1.İbtidai icma dövrünün bölgüsü? Daş, tunc, dəmir



Yüklə 60,05 Kb.
səhifə5/13
tarix02.01.2022
ölçüsü60,05 Kb.
#47520
1   2   3   4   5   6   7   8   9   ...   13
tarix test


Partav (bərdə)

77.15-ci əsrin 20-30-cu illərindəazərbaycana yürüş etmiş dövlət.

Qaraqoyunlu dövründə idi teymurilər yürüş edirdi

78.Qoyluhisar döyüşü-1461-ci il Ağqoyunlularla Osmanlılar arasında Qoyluhisar döyüşü. 

Malatya-1473-cü il avqustun 1-də Malatyada Ağqoyunlularla Osmanlılar arasında döyüş baş verdi.

Otluqbeli-11 avqust 1473

qoçhisar-Qoçhisar və ya Dədə Qarkın döyüşü- 1516-cı il 25 may tarixində Səfəvi-Osmanlı dövlətləri arasında baş verən döyüş 

çaldıran-Səfəvilər və Osmanlılar arasında 1514-cü il avqustun 23-də Çaldıran düzündə baş vermiş vuruşma.

mərv- 2 dekabr 1510-cu ildə baş vermiş və Səfəvi dövlətinin Şeybani üzərində həlledici qələbəsi ilə tamamlanmış döyüş. 

79.Azərbaycan hindistan ticarət əlaqələrinin genişləndirilməsini sübut edirdi..

Hind tacirlərinə məxsus karvansarayların tikilməsi

80.Şiraz qonaqlığı-"Şiraz qonaqlığı" - Fətəli xan Əfşara qarşı mübarizədə bir sıra Azərbaycan xanları İran hökmdarlığına iddia edən Kərim xan Zəndə kömək edirdilər. Fətəli xan Əfşarı əsir götürdükdən sonra Kərim xan Zənd 1763-cü ildə, guya, qələbənin şərəfinə bayram keçirilməsi adı ilə ona kömək göstərən xanları Şiraza ziyafətə dəvət etmişdir. Onun qonaqları arasında qarabağlı Pənahəli xan, xoylu Şahbaz xan və digər xanlar da olmuşdur. Kərim xan Zənd qardaşı edam olunan yerdə Fətəli xan Əfşarı edam etdirdi. Ziyafətə dəvət edilənlər isə faktik olaraq öz xanlıqlarından təcrid edilmiş və Kərim xan Zəndin əsiri olmuşlar. "Şiraz qonaqlığı" belə başa çatmışdır.

Rəşt müqaviləsi şərtləri-Müqavilə 8 maddədən ibarət idi. Preambulada müqavilənin bağlanması səbəblərindən bəhs olunur, Rusiya hökmdarı Anna İvanovnanın nümayəndələri V.Levaşov və P.Şafirovun səlahiyyəti təsdiq edilirdi.

I maddədə İranda onun cəlb edilmiş olduğu ziddiyyətlər və düşmənçilik hərəkətlərinin hər iki tərəfdən unudulmasından, tərəflər arasında sülhün bərqərar olmasından bəhs edilirdi.

II maddədəyə əsasən Rusiya silah gücünə tutduğu əraziləri-Lahican, Vanapux əyalətini, Səfidrud çayının о tayındakı bütün əraziləri bu traktatın tərtib olunub təsdiq olunduğu vaxtdan bir ay müddətinə İran dövlətinə qaytaracaq. Gilan və Astrabad əyalətləri isə hətta Kür çayı boyu ərazilər də bu traktatın təsdiqləndiyi vaxtdan sonra beş ay müddətinə qoşunlardan təmizlənəcək, abad vəziyyətdə Şah hakimiyyətinə qaytarılacaq. Başqa əyalətlər və Kür çayından şimalda olan torpaqlar isə Rusiya torpaqlarına və təbəələrinə təhlükə sovuşandan sonra İmperatorun qərarı ilə qaytarılacaq, yəni İran öz düşmənlərini məhv edəcək, öz dövlətində sabit hakimiyyət bərqərar edəcək. Dağıstanda yaşayan, İran dövlətinin təbəələri ilə birləşərək böyük narahatlıq yaradan xalqlar sakitləşəcəklər, о vaxt Rusiya qoşunları qeyd-şərtsiz bu torpaqları da tərk edib, İran dövlətinə təhvil verəcəklər. İran dövlətinə qaytarılan torpaqlar heç vaxt, heç bir şərtlə başqa bir dövlətə təhvil verilməyəcək.

III maddəyə görə bunun müqabilində Şah həzrətləri özü və varisləri adından bütün Rusiya imperator həzrətləri ilə əbədi və qırılmaz dostluğunu elan edirdi. Rusiya imperatoru həzrətləri bütün öz torpaqları və vilayətlərində həm Rusiyadan İrana gətirilən, həm də İran malları, orada alınan və dəyişdirilən mallarla azad, müstəqil, rüsumsuz ticarət elan edirdi. Qərarlarla hər yerdə, şəhər və vilayətlərdə idarəedici adamlarla və gömrükxana xidmətçilərinə tapşırılırdı ki, bütün Rusiya tacirlərindən heç bir gömrük və b. vergi tələb etməsinlər və almasınlar. Rusiya imperator həzrətlərinin torpaq və yerlərində azad, gömrüksüz ticarətə, Rusiya təbəələrinin Hindistan və ya başqa dövlətlərə İran torpaqları və vilayətlərinə quru və ya dəniz yolu ilə azad və rüsumsuz ticarətinə yol verilirdi. Hər hansı bəhanə və yol ilə Şah həzrətlərinə rüsum, başqa vergi, hədiyyə və rüşvətin verilməsi qadağan edilirdi. Əlverişli yerlərdə ticarət üçün karvansara, dükanlar, evlər, anbarlar tikməyə icazə verilirdi. Onlara İran hakimləri tərəfindən hər cür yardım edilməli idi. Əgər Rusiya tacirlərinin malları olan gəmilərə hər hansı şəkildə zərər dəysəydi, İran ərazisində ziyan çəkənlərin malları, mülklərini xilas etmək üçün İran təbəələri hər cür yardım etməli idi. Rusiya təbəələrindən kimsə İran vilayətlərində vəfat etsə, onun bütün mülkiyyəti qohumu və ya yoldaşına ərizə ilə ləngidilmədən, zərərsiz siyahı üzrə verilməli idi.

IV maddədə göstərilirdi ki, qarşılıqlı surətdə İran Rusiya dövlətinə və oradan başqa dövlətlərə ticarət üçün müstəqillik və yardım vəd edir. Rusiya tərəfindən tacirlər haqqında, onlar İran sarayından ticarət üçün fərmanla, şəhadətnamə ilə gəlsəydilər, Şah həzrətlərinin məişət şeyləri üçün göndərilmiş olsaydılar, onların mallarına dövlət rüsumu alınmayacağı vəd edilirdi.

V maddədə qeyd olunurdu ki, İran dövlətində qiyamçıların həyəcanları zamanı xeyli Rusiya taciri döyülmüş və yüz minlərlə malları, malikanələri qarət edilmiş, nəticədə Rusiya tacirlərinin çoxu tamam müflisləşmişdi. Belə olduqda Rusiya İran dövlətindən tələb etmişdir ki, Rusiya tacirlərinə onun tərəfindən ədalətlilik və qarət edilmiş mülklərin xərcinin ödənilməsi həyata keçirilsin. Bu işdə ədalətlilik, Rusiya təbəələrini incidənlərin cəzalandırılması, onların var-dövlətindən yuxarıda göstərilənlərin mükafatlandırılacağı vəd olunurdu.

VI maddədə yazılırdı ki, hər iki dövlət arasında səmimi razılıq, gedib-gəlişlər üçün, tacirlərin mühafizəsi üçün səfir və ya müvəkkil rütbəli adamın olması vacibdir. Bu tacirlər incidilmişsə, lazım gələrsə, onları müdafiə etməyə, ədalət tələb etməyə səy göstərməlidirlər. Hər bir tərəf onları rahat mənzil, yemək pulu ilə təmin etməli, ticarəti müdafiə üçün şəhərlərdə öz Əlahəzrətlərindən rütbə almış səfir və müvəkkil saxlamalıdır. Onlar hər yerdə ehtiramla qarşılanmalı, hər iki tərəfin komandaları onları hər cür haqsızlıq və inciklikdən müdafiə etməli idi. Hər iki tərəfin təbəələrinə qarşı haqsızlığı onlar əngəlsiz, ədalətlə aradan qaldırmalı idi.

VII maddəyə görə rus qoşunlarının İran əyalətlərinə daxil olması və orada olduğu dövrdə Rusiya xidmətində və təbəəliyində olanlara İran dövləti tərəfindən etimadsızlıq göstərilməməli idi. Onların şəxsiyyəti və mülkiyyətinə heç bir zərər dəyməməli, cəza və müflisləşməyə yol verilməməli, əvvəlki kimi Şah həzrətlərinin himayəsi altında öz malikanələrində dinc yaşamalı idi.

VIII maddə ilə gürcü çarı Vaxtanq öz mülklərindən məhrum edilirdi. İran dövlətinə vəd edirdi ki, Gürcüstan İran daxilində, Şah həzrətlərinin himayəsində olanda əvvəlki qayda üzrə mülkləri və idarə hüququ çar xarakterində müəyyən olunacaq. Müqavilənin sonunda Rusiya tərəfindən vəd edilirdi ki, imperator həzrətlərinin bu müqaviləsini təsdiq etməsi, qarşılıqlı surətdə bir-birinə göndərilməsi dörd ay ərzində başa çatacaq. Müqavilədə yuxarıda göstərilən vəd edilmiş əyalətlərin verilməsi vaxtı isə İran həmin müqaviləni təsdiq edib, Rusiyaya təqdim edildiyi tarixdən hesab olunurdu.

Gəncə müqaviləsi-Müqavilə 10 mart 1735-ci ildə Səfəvilər tərəfdən Nadir xan Əfşar, Çar Rusiyası tərəfdən isə knyaz Sergey Qolitsın tərəfindən imzalanmışdı. Müqavilənin imzalandığı ildə Nadir xan Gəncə qalasını mühasirəyə almışdı və Osmanlı qüvvələri ilə döyüşlər gedirdi. Razılığa da elə Gəncə yaxınlığında Nadir xanın düşərgəsində gəlinmişdi. Lakin 1747-ci ildə Nadir xanın ölümündən sonra Rəşt müqaviləsi və Gəncə müqaviləsi ləğv olundu.

Müqavilənin şərtlərinə görə Nadir xan Rusiyanın düşmənlərini öz düşməni hesab edir və qaytarılan torpaqları bir də heç vaxt Osmanlılara verməməyi öz üzərinə götürürdü. Rusiya isə 19-21 mart 1735-də bütün Xəzəryanı vilayətlərdən (Kürün axarından Dərbəndədək) birdəfəlik çıxmağa razı oldu. Bu andlaşmaya görə, Rusiya Bakını 15 günə, Dərbəndi 2 aya boşaltmalıydı, Nadirsə öhdəsinə götürdü ki, Rusiyanın daimi müttəfiqi olacaq, Bakı və Dərbəndi heç kəsə verməyəcək. Solaq qalası Rusiya və Səfəvi dövlətləri arasında sərhəd oldu. Dövlətlər bir-birindən xəbərsiz Osmanlıyla müqavilə bağlamamağa da razılaşdılar. Lakin Nadir xan 1746-da Osmanlılarla müqavilə bağlayarkən rusların rəyini nəzərə almamışdı.




Yüklə 60,05 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin