1.İbtidai icma dövrünün bölgüsü? Daş, tunc, dəmir



Yüklə 60,05 Kb.
səhifə9/13
tarix02.01.2022
ölçüsü60,05 Kb.
#47520
1   ...   5   6   7   8   9   10   11   12   13
tarix test

İstanbul müqaviləsi — (Rusca: Константинопольский договор, İngiliscə: Treaty of Constantinople) 24 İyun 1724-cü ildə Rusiya və Osmanlı İmperiyaları arasında müqavilə bağlandı. Bu müqaviləyə əsasən Səfəvi İranının torpaqlarının böyük hissəsi Rusiya ilə Osmanlılar arasında bölündü.

1724- cü il iyunun 12-də İstanbulda Türkiyə ilə Rusiya arasında müqavilə bağlandı.[2] Müqavilə 6 maddə və 1 nəticədən ibarət idi. Müqaviləyə əsasən Osmanlı tərəfi Rusiyanın işğal etdiyi Xəzərboyu əyalətlərin Rusiyaya güzəşt edilməsini təsdiq etdi. Rusiya tərəfi isə Qərbi Qafqazın və Cənubi Azərbaycanın Osmanlıya çatmasına etiraz etmədiyini bildirdi. İstanbul müqaviləsinə görə osmanlıların Şirvanda qoşun saxlamağa ixtiyarı yox idi. Şirvan osmanlıların himayəsi altında yarımmüstəqil xanlıq elan olunurdu. Müqavilənin imzalanması sayəsində Osmanlı və Rusiya qoşunlarının Azərbaycan ərazisində toqquşmasının qarşısı alındı.



Preambulada müqavilənin rezident Neplyuyev və Böyük vəzir İbrahim paşa arasında İranda yalançı Mahmudun peyda olması, İran vilayətlərinin bu və ya digər dövlətin sərhədlərinə aidiyyatı üzrə Rusiya və Türkiyəyə birləşdirilməsinə Rusiya sarayı ilə Türkiyənin razılığı əsasında imzalanması göstərilir. Mir Mahmudun Səfəvilərin paytaxtı İsfahanı tutub Şah Sultan Hüseyni həbs etdiyinə görə osmanlıların sərhəd torpaqlarını tutmaq üçün qoşun göndərməsi, Rusiyanın isə Dərbənd və Bakını tutması əsaslandırılır. Preambulada daha sonra qeyd edilir ki, Qəzvin və Təbriz diyarlarında özünü Şah Hüseynin oğlu Təhmasib adlandıran bir kimsə peyda olub ki, Çar həzrətləri onunla müqavilələrində Şirvandakı Bakı və Dərbənd sərhədlərinin, Xəzər boyundakı Gilan, Mazandaran və Astrabad vilayətlərinin Çarın hakimiyyətində olması qərarlaşdırılmışdır. Həmin Çar da qarşılıqlı olaraq Təhmasibə söz verib ki, onun öz taxtına çıxması üçün qoşunla kömək edəcək, Mir Mahmudu qovacaq, Osmanlı sarayına müraciət edəcək ki, bu işə öz təsirini göstərsin, əvəzində İran əyalətlərinin bir hissəsini Osmanlı dövlətinə versin. Bunun üçün də öz vəkilini İvan Neplyuyevi təyin etmişdir. Bundan başqa Fransa sarayından Osmanlı sarayında səfir olan Markiz de Bonak vəkil edilmişdir. Beləliklə, tərəflər arasında aşağıdakı maddələrdən ibarət qərar qəbul edilmişdir.

Yüklə 60,05 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin