Osmanlı və Rusiyaya icazə verilirdi ki, Kür və Arazın birləşdiyi nöqtədə, yəni 3 dövlətin Rusiya, Osmanlı və Səfəvi sərhədlərinin toqquşduğu ərazidə istehkamlar və qarnizonlar saxlasın.Sərhədlərin hüdudlandırılması üçün tərəflər komissarlar ayırmalı, onlar Fransanın iştirakı ilə bu işi yerinə yetirməli idi. Qoyulmuş sərhəd nişanı Şirvan əyalətinin hansı hissəsinin Osmanlı sarayına aid olduğunu bildirməli idi. Həmin nişandan Xəzər dənizinə qədər olan torpaqlar çarın tabeliyində olmalı idi. Həmin nişandan bir saatlıq yolla, Kür və Arazın yaxınlaşdığı yerə qədər çəkilən xətti sərhəd kimi qəbul olunacaq, dənizə yaxın hissə çara, daxilə olan hissə isə Osmanlı Sarayına tabe olacaq. Kür və Araz çaylarının yaxınlaşdığı yerdən cənub hissə İran dövlətinə aid olacaq. Bu üç sərhədin qovuşduğu yerdə Osmanlı Sarayı qala tikdirib qarnizon saxlaya bilərdi. Çar da belə bir qala tikdirə bilərdi. Ancaq bu qalalar sərhəddən üç saatlıq yolla aralıda tikilməli idi.