Rusiya II Təhmasibə sözü gedən ərazilərin Osmanlıya verilməsi üçün təsir göstərəcəkdir.
V maddə
II Təhmasib 3-cü maddədə göstərilən əraziləri Osmanlıya könüllü verdiyi təqdirdə Osmanlı və Rusiya əfqanların Səfəvi imperiyasından çıxarılmasına kömək edəcəkdir.
VI maddə
II Təhmasib bu şərtləri qəbul etmədiyi təqdirdə isə Osmanlı və Rusiyanın birləşmiş orduları onu taxtdan salacaq və Səfəvi taxtına öz adamlarını təyin edəcəkdirlər. Nəticədə müqaviləni imzalayan tərəflərə keçən torpaqların onların əbədi zamanadək hakimiyyətində qalmasından, sülh və dostluğun möhkəmliyindən və s. bəhs olunurdu. Bu müqavilə ilə Cənubi Qafqazın Xəzər sahili əraziləri istisna olmaqla bütün torpaqlar: Kartli, Kaxetiya, Gəncə-Qarabağ və Çuxursəd vilayətləri rəsmi olaraq Osmanlı imperiyasına birləşdirilmişdir. Buna baxmayaraq Kartlidən başqa digər ərazilər faktiki olaraq Osmanlının idarəsində deyildi. Bu səbəbdən Osmanlı imperiyası bu ərazilərin zorla Osmanlıya birləşdirilməsi üçün Səfəvi imperiyasına 3 istiqamətdən yürüşlərə başladı.
89.Dövləti qayda-qanunla idarə etmək üçün ədalət divanı yaratmış səfəvi hökmdarı
I Şah Abbas
90.Miyanə döyüşü-1752
Şiraz qonaqlığı-1763
Bayat savaşı-1748
Qaraçəmən döyüşü-1761
Kiçik qaynarca sülhü-1774
Qubalı Fətəli xanın İstanbula elçi göndərməsi-1786
92.Paris sülh konfransında azərbaycan nümayəndə heyətinə başçılıq edən şəxs
Parlamentin sədri Ə.M.Topçubaşov nümayəndə heyətinə başçı təyin olundu.
93.Bakı-Tiflis-Ceyhan boru kəməri nə vaxt çəkildi
1994-cü ilin sentyabr ayında Bakıda Azərbaycanın Dövlət Neft Şirkəti ilə dünyanın 11 böyük neft şirkəti arasında Xəzər dənizinin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli" yataqlarının istifadə edilməsi barədə "Əsrin müqaviləsi" adlanan müqavilə imzalandı. 17 Sentyabr 2002-ci ildə Azərbaycanda boru xəttinin başlandığı Səngəçal terminalında boru xəttinin keçdiyi dövlətlərin başçılarının qatıldığı təməlatma mərasimi keçirildi. 10 İyun 2003-cü ildə sayca altıncı dəfə keçirilən Üç Dənizin Hekayəsi adlı konfransda Türkiyə prezidenti Əhməd Necdət Sezər etdiyi çıxışda BTC xəttinin nə qədər əhəmiyyətli olduğunu bir daha vurğulayaraq, bu xəttə Qazaxıstanın da daxil edilməsinin vacib olduğunu bildirdi.