1.İnnovasiya anlayışı və onun müəyyən edilməsinə baxışlar



Yüklə 24,48 Kb.
səhifə1/4
tarix04.02.2022
ölçüsü24,48 Kb.
#52103
  1   2   3   4
1 yeni


1.İnnovasiya anlayışı və onun müəyyən edilməsinə baxışlar

2. İnnovasiyaların təsnifatı

3.İnnovasiya menecmentinin predmeti və vəzifələri

1.İnnovasiya anlayışı və onun müəyyən edilməsinə baxışlar

Ən ümumu şəkildə innovasiya bazar tələblərinə uyğun xidmətlərin və məhsulların effektivliyinin keyfiyyətçə yüksəltməsinə kömək edən yenilikdir.

Innovasiya - yeni və ya əhəmiyyətli dərəcədə yaxşılaşdırılmış məhsulun ( malların və xidmətlərin) və ya prosesin , yeni satış metodu təşkil edir.

İnnovasiya Insan intellektual fəaliyyətinin , onun təxəyyüllü, yaradıcılıq prosesinin, kəşflər , ixtiralar və səmərələşdiriciliyin son nəticəsidir. İnnovasiyaya nümunə kimi yeni istehlak xüsusiyyətləri olan məhsulun yaradılması və ya və istehsal sistemlərinin səmərəliliyinin keyfiyyətcə yüksəldilməsini göstərmək olar.

Tikinti sahəsində İnnovasiya özünü yeni layihələrin, tikinti-montaj işlərin və materiallarının istehsalında, tikinti istehsalında, texnoloqiyada, təşkilatın ənənəvi idarəetmə üsüllarının və xidmətin dəyişməsində göstərir.



İnnovasiya termini latınca “novatiya” (yeniləşdirmə) və istiqamət bildirən “in”sözlərindən qaynaqlanır və hərfi mənada “dəyişiklik istiqamətində” mənasını verir. "İnnovasiya" anlayışı elmi tədqiqatlarda XIX əsrdə əvvəllərində işlənilmişdir. İqtisad elminə innovasiyanı Jozef Şumpetterin gətirdiyini demək olar. İqtisadi innovasiya terminini də O, elmi dövriyyəyə daxil etmişdir.

Konkret məqsəddən asılı olaraq ədəbiyyatlarda innivasiya anlayışına fərqli təriflər verilir. Məsələn B. Tvist innovasiyanı ixtiranın və ya ideyanın iqtisadi məzmun aldığı proses kimi müəyyən etmişdir. F. Niksona görə bazarda yeni və yaxşılaşdırılmış proseslərin və avadanlıqların meydana gəlməsinə səbəb olan texniki, istehsal və kommersiya tədbirlərinin məcmusudur. B Santo isə hesab edir ki, innovasiya ideya və ixtiraların praktiki istifadəsi vasitəsilə daha yaxşı xassəli məmulat və texnologoyaların yaradılmasına gətirib çıxaran ictimai, texniki iqtisadi proseslərdir. J.Şumpetter isə innovasiyaya istehsal amillərinin sahibkarlıq ruhu ilə motivasiya olunmuş yeni elmi-təşkilati kombinasiyası kimi traftovka vermişdir.

İnnovasiyanın həyata keçirilməsinə dair praktiki sənədlərdə bu anlayışa daha təslifatlı müəyyənlik verilir. Məsələn, “İnnovasiyalar üzrə məlumatların toplanılması və təhlili üzrə Tövsiyələr”də (“Oslo Rəbəliyi”) innovasiyalar hər hansı yeni və ya əhəmiyyətli dərəcədə yaxşılaşdırılmış məhsulun (və xidmətin) və ya prosesin istifadəyə verilməsi, yeni marketinq metodunun, habelə işgüzar praktikada, iş yerinin təşkilində, xarici əlaqələrdə yeni təşkilati üsulun tətbiqi kimi səciyyələndirilir.




Yüklə 24,48 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin