1.İnnovasiya anlayışı və onun müəyyən edilməsinə baxışlar


İnnovasiyaların təsnifatı



Yüklə 24,48 Kb.
səhifə2/4
tarix04.02.2022
ölçüsü24,48 Kb.
#52103
1   2   3   4
1 yeni

2. İnnovasiyaların təsnifatı

İnnovasiyalar kompleksli və sistemli səciyyəyə malikdir. Bununla əlaqədar onların müxtəlif əlamətlərə görə təsnifatını aparmağa ehtiyac yaranır.

Tətbiq obyektlərinə görə innovasiyanın aşağıdakı tipləri ayrılır:

- Məhsul innovasiyaları. Bunlara yeni və faydalı xassələri olan məhsulların yaradılması, habelə istehsal olunan məhsul və xidmətlərin xassələrində əhəmiyyətli dəyişikliklərin həyata keçirilməsi aid edilir.

- Proses (texnoloji) innovasiyalar. Bunlara Məhsulların və ya xidmətlərin istehsal və çatdırılma metodlarında əhəmiyyətli dəyişikliklərin aparılması aid edilir. Bu halda yeni və ya təkmilləşdirilmiş texnoloji proseslərin yaradılması və tətbiqi həyata keçirilir.

- Təşkilatı innovasiyalar. Bunlar yeni təşkilati formaların tətbiqi sferasına aid edilir. Bu işgüzar praktikada, iş yerlərinin təşkilində və ya müəssisənin xarici əlaqələrində dəyişikliklər ola bilər. Nəticədə menecment sistemi təkmilləşir.

- Marketinq innovasiyaları. Bunlar yeni və ya əhəmiyyətli dərəcədə yaxşılaşdırılmış marketinq metodlarının reallaşdırılmasını əhatə edir. Bu metodda məhsulların dizayn və qablaşdırılmasında əhəmiyyətli dəyişiklikləri, məhsul satışı və təqdimatının, onların satış bazarlarına yeridilməsinin yeni üsullarının istifadəsini, yeni qiymət strategiyalarının formalaşdırılmasını əhatə edir.

- Sosial innovasiyalar. Bunlar insan həyatı sferalarında yeniləşmə prosesini, sosiumun ( idarəetmə sistemi, xeyriyyəçilik, xidmət vəs.) yendən təşkilini əhatə edir.




Yüklə 24,48 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin