1.İnnovasiya anlayışı və onun müəyyən edilməsinə baxışlar


Həyata keçirilmə tempinə görə innovasiyalar yavaş, sürətli, sıçrayışlı tiplərə bölünür



Yüklə 24,48 Kb.
səhifə3/4
tarix04.02.2022
ölçüsü24,48 Kb.
#52103
1   2   3   4
1 yeni

Həyata keçirilmə tempinə görə innovasiyalar yavaş, sürətli, sıçrayışlı tiplərə bölünür.

İntensivlik dərəcəsinə görə zəif, ahəngdar, kütləvi innovasiyalar fərqləndirilir.

Miqyaslarına görə kontnentlərarası, transmilli, regional, iri, orta, kiçik innovasiyalar ayrılır.

Səmərəlilik formasına görə iqtisadi, ekoloji, sosial, inteqral innovasiya tipləri mövcuddur.

Bəzən müəssisədə struktur səciyyəsinə görə də innovasiyaların tipləri müəyyən edilir. Belə hallarda aşağdakılar ayrılır:

- Müəssisənin “girişində” innovasiyalar

- Müəssisənin “şıxışında” innovasiyalar

-Müəssisənin bir sistem kimi strukturunda innovasiyalar.

3. İnnovasiya menecmentinin predmeti və vəzifələri

İnnovasiya menecmenti innovasiya proseslərinin, innovasiya fəaliyyətinin səmərəliliyinin yüksəldilməsinə yönəldilmiş, müasir idarəetmə prinsipləri, metodları və formalarının məcmusudur.

Innovasiya menecmenti akademik fənn kimi sosial elmlərə aid edilir. Onun predmeti sosial təşkiletməni öyrənməkdir.

İnnovasiya menecmenti makro və mikro iqtisadi səviyyələrdə innovasiya proseslərin stimullaşdırılması və səmərəli idarə edilməsinə yönəldilmişdir. Ənənəvi menecmentdən fərqli olaraq, innovasiyaların idarə edilməsi təşkilatların daxili və xarici əlaqələrinin qeyri-stabilliyi, qeyri-müəyyənlik və risklərin yüksək dərəcəsi ilə əlaqədardır.

Qeyd edilənlərlə əlaqədar bu sahədə idarəetmə qərarlarının qəbulu ilə bağlı xüsusi yanaşmalar və metodlar hazırlanır.

İnnovasiya menecmentinin məqsədi iqtisadiyyatın müxtəlif sahələrində yeniliklərin yaradılması, mənimsənilməsi və kommersiyalaşdırılması yolu ilə təşkilatın inkişafı və bazarda rəqabət mövqelərinin gücləndirilməsinin təmin edən idarəetmə metodları və texnologiyalarının öyrənilməsidir.

İnnovasiya menecmentinin obyektləri innovasiya və innovasiya prosesləridir.


Yüklə 24,48 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin