1.İqtisadi metodologiyanın məqsədi və vəzifələri


İqtisadi tədqiqatın mənbələri



Yüklə 27,23 Kb.
səhifə3/4
tarix04.12.2022
ölçüsü27,23 Kb.
#72322
1   2   3   4
i 2

4. İqtisadi tədqiqatın mənbələri

Tədqiatın keyfiyyət və etibarlığını müəyyənləşdirən amillərdən biri tədqiqatın əsaslandığı və istifadə etdiyi məlumat mənbələridir. Onlar iki qrupa bölünür – birinci (ilkin informasiya) və ikinci (mövcud olan) dərəcəli mənbələr. Əgər birinci dərəcəli mənbəyə tədqiqatçının özünün birbaşa apardığı tədqiqat vasitəsilə topladığı materiallar aid edilirsə, ikinci dərəcəli mənbəyə başqaları tərəfindən toplanılan, ancaq digərlərinin istifadə etdiyi informasiya mənbələri daxil edilir.


Lakin birinci dərəcəli informasiyanı toplamaq heç də həmişə araşdırmacıların imkanları daxilində olmur. Məhz burada ikinci (mövcud olan) dərəcəli mənbələr ön plana çıxır. Bura vaxtı ilə kim tərəfindənsə öz xüsusi məqsədləri üçün toplanan, “emal” olunmuş şəkildə hazırlanan məlumatlar aiddir.
Məlumatların ikinci təhlili metodu hazır sənədlər, informasiya mənbələri və tədqiqatlardakı məlumatların təhlil edilməsi yolu ilə həyata keçirilən informasiya toplanması üsuludur.
Məlumatların ikinci təhlilindən müxtəlif məqsədlərlə istifadə edilə bilər:

  • tədqiqatçının özünün, yaxud başqasının apardığı tədqiqatın araşdırılmamış məqamlarını öyrənmək, cavablandırılmayan suallara cavab axtarmaq;

  • mövcud nəzəriyyəni təkmilləşdirmək, yaxud yeni nəzəriyyə işləyib hazırlamaq;

  • bir mövzuya dair çoxsaylı məlumat mənbələrindən istifadə edərək, daha obyektiv, hərtərəfli və dolğun informasiya toplamaq;

  • əsas araşdırma üçün hazırlıq.

İkinci dərəcəli araşdırmada istifadə edilə biləcək məlumat mənbələri aşağıdakılardır:

  • statistik icmallar;

  • elmi jurnallar;

  • dövlətin rəsmi hesabatları;

  • dövrü mətbuat;

  • müxtəlif QHT və şirkətlərin hesbatları və s.

Məlumatların ikinci təhlili, adətən, daha rahat başa gəlir və həyata keçirilməsi nisbətən asan olur.
Birdən çox subyektiv (və ya obyektiv) müqayisəli tədqiqatın həyata keçirildiyi tədqiqat strategiyası müqayisə xarakterli tədqiqat adlanır.

Yüklə 27,23 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin