1.İqtisadi metodologiyanın məqsədi və vəzifələri


İqtisadi tədqiqatda “həqiqət” və “yanılma”problemi



Yüklə 27,23 Kb.
səhifə4/4
tarix04.12.2022
ölçüsü27,23 Kb.
#72322
1   2   3   4
i 2

5.İqtisadi tədqiqatda “həqiqət” və “yanılma”problemi.
İdeoloji (siyasi və iqtisadi) dəyərlər.

İqtisad elmində “həqiqət “problemi bütün metodoloji problemlərdən yəqin ki, ən köhnəsi və ən ağırıdır. Bu problem haqqında aşağıdakıları demək olar:


1)İqtisadi həqiqətin tapılmasında ən etibarlı və səmərəli metod elmi metoddur. Gündəlik, səthi, inama, avtoritetə (şəxsiyyətə), mifə əsaslanan iqtisadi tədqiqat metodları az səmərəli və az etibarlıdırlar.
2)Hər bir iqtisadi həqiqətin zəruri elementi kimi onun dəyər aspekti çıxış edir. Belə bir aspekt təsərrüfat təzahürləri haqqında fikir söyləməklə nəinki hər hansı bir iqtisadi faktlar haqqında məlumat verir, bu və ya digər bir şəkildə bu faktları şərh edir
3) İqtisadi həqiqət problemi iqtisadi yanılma problemi ilə sıx əlaqədardır. İqtisadçılar öz təlimlərində və konsepsiyalarında aşağıdakı müxtəlif səbəblərdən yanılmaya yol verirlər:
a) yanılma şəxsiyyətə inamın nəticəsi kimi;
b) yanılma dildə olan məntiqi səhvin, anlayışların nəticəsi kimi;
c) yanılma müxtəlif ideoloji stereotiplərin təsirinin nəticəsi kimi;
d) yanılma iqtisadi faktların və təsəvvürlərin düzgün olmayan şərhinin nəticəsi kimi.
6.Bütün elmi metodologiya sistemində iqtisadi metodologiyanın
yeri və əhəmiyyəti
İqtisadi metodologiya boş yerdə yaranmır. Onun yaranması 2 istiqamətdə baş verir:
Birincisi, o tədqiqatçı - iqtisadçılar tərəfindən yaranır; onlar yeni iqtisadi biliyin dərk edilməsinin bu və ya digər metodlarını işləyib hazırlayırlar;
İkincisi, o daha yüksək səviyyəli metodologiya - ən ümumi, ümumi və xüsusi elmi metodologiya istiqamətində yaranır. Ən ümumi metodologiya rolunu fəlsəfə oynayır.
Birincisi, o alət, üsul və vasitə funksiyasını yerinə yetirir, yəni iqtisadi tədqiqat üçün alət və vasitə rolunu oynayır(instrumental funksiya);
İkincisi, iqtisadi təhlilin istiqamətlərindən biri kimi, o tədqiqatçı-iqtisadçıya ondan tədqiqat refleksiyası kimi istifadəyə, yəni bu və ya digər məqsədlərə çatmağın üsulları haqqında düşünməyə, son nəticədə bu üsulları yaxşılaşdırmağa imkan verir (refleksiv funksiya).


Yüklə 27,23 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin