71
UOT 334.012
İNFORMASİYANIN MÜHAFİZƏSİ BİZNESİN TƏHLÜKƏSİZLİYİNİN
TƏMİN EDİLMƏSİ İSTİQAMƏTLƏRİNDƏN BİRİ KİMİ
1
OSMANOV İLQAR OSMAN oğlu
2
BAXŞƏLİYEVA TAVAT MƏDƏT qızı
Sumqayıt Dövlət Universiteti, 1-müəllim, 2-operator
ilqarosmanov1975@mail.ru
Açar sözlər: iqtisadi təhlükəsizlik, biznesin təhliükəsizliyi, informasiya təhlükəsizliyi, hesablama
sistemi, davamlı inkişaf
İqtisadi təhlükəsizlik sistemində biznesin təhlükəsizlik problemləri mühüm yer tutur. Biznesin
təhlükəsizliyi hüquqi, inzibati, təşkilati-idarəetmə,
mühəndis-texniki, tərbiyəvi, xüsusi tədbirləri
özündə birləşdirir. Onların kompleks tətbiqi riski mümkün qədər daha aşağı səviyyəyə azaltmaqda
sahibkara
kömək edir ki, o biznes fəaliyyətində baş verə biləcək riskləri mümkün qədər aşağı
səviyyəyə endirə bilsin. Biznes fəaliyyəti inkişaf etdikcə onun informasiya təhlükəsizliyinin
təminatı problemi aktuallaşır. İnformasiya təhlükəsizliyi dövlət və iqtisadiyyatın ayrı-ayrı sahələri
üçün aktualdır. İnformasiya təhlükəsizliyi müasir biznesin əsas prioritetlərindən biridir. Çünki bu
sahədə pozuntular istənilən şirkətin işi üçün fəlakətli nəticələrə səbəb olur. Müasir dövrdə yüksək
informasiya texnologiyalarından istifadə bir tərəfdən müəssisə və təşkilatların fəaliyyətində mühüm
üstünlüklər
təmin edir, digər tərəfdən isə neqativ nəticələrə gətirib çıxarır. İnformasiya
təhlükəsizliyinə təhdidlərin nəticələri iqtisadi ziyan, ekoloji fəlakətlər və hətta həyat itkisi ola bilər.
Buna görə informasiya təhlükəsizliyinin təmin edilməsi yollarını araşdırmaq, bu sahədə riskləri
zərərsizləşdirmək və zərərin azaldılması yollarını tapmaq mühüm vəzifə kimi qarşıya qoyulmalıdır.
Məlumdur ki, biznesin təhlükəsizliyinin təmin edilməsi – mümkün itkilərin qabağını almaq və
müəssisənin hazırkı anda və gələcəkdə iqtisadi təhlükəsizliyinin maksimal səviyyəsinə çatmaq
məqsədilə onun funksional tərkib hissələrinin reallaşdırılması prosesidir. Hazırkı
dövrdə
müəssisənin davamlı və maksimal səmərəli fəaliyyətinin, biznesin gələcəkdə yüksək inkişafı
potensialının təmin edilməsi mühafizə tədbirləri kompleksinin həyata keçirilməsinin əsas
məqsədidir. Kompleks mühafizə tədbirlərinin həyata keçirilməsinin başlıca
məqsədi müəssisənin
hazırkı vaxtda dayanıqlı və maksimum effektiv fəaliyyətini və gələcəkdə biznesin inkişafının
yüksək potensialını təmin etməkdir. Firmalarda biznesin təhlükəsizliyinin təmin edilməsi üçün
xüsusi bölmələr yaradıla və kompleks mühafizə tədbirləri işlənib hazırlana bilər.
Bazar münasibətlərinin inkişafı yeni biznes fəaliyyət növlərinin yaranmasına və hər şeydən
əvvəl informasiya biznesi ilə məşğul olan firmaların yaranmasına,
informasiya və hesablama
proseslərini avtomatlaşdıran proqram məhsullarının yayılmasına səbəb olmuşdur. Biznes fəaliyyəti
müxtəlif informasiya axınlarının alınması, yığılması, saxlanması, emalı və istifadəsi ilə sıx bağlıdır.
Müasir biznesdə, müəssisənin xarici mühitində təklif olunan imkanlar haqqında informasiyanı daha
səmərəli toplayan, emal edən və istifadə edən qalib gəlir. Biznesin informasiya təhlükəsizliyi
sistemi məlumat sahibləri və istifadəçilərinin maraqlarını qorumaq üçün təsirli bir vasitədir. Müasir
məlumatların emalı və ötürülməsi sistemlərində informasiya təhlükəsizliyini və məlumatların
qorunmasını təmin etmək üçün tədbirlər dəsti olduqca genişdir. Vahid məlumat qoruma sisteminin
dizaynında əsas mərhələlərdən biri mümkün təhlükələrin və məlumatların yayılması kanallarının
müəyyənləşdirilməsidir. Həm də müəssisənin fəaliyyətini təhlil etmək, bölmələrdən keçən məlumat
axınlarını öyrənmək, məxfi məlumatların siyahısını tərtib etmək lazımdır. İnformasiya sistemlərində
Sumqayıt Dövlət Universiteti –
“ELMİ XƏBƏRLƏR”– Sosial və humanitar elmlər bölməsi