Uot 334. 012 İnformasiyanin mühafiZƏSİ Bİznesin təHLÜKƏSİZLİYİNİn təMİn ediLMƏSİ İSTİqaməTLƏRİNDƏn biRİ KİMİ



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə3/4
tarix03.12.2022
ölçüsü0,74 Mb.
#72118
1   2   3   4
797417(meqale)

Biznesin mühafizə tədbirləri 
Müəssisədə təşkilati-idarəetmə və inzibati 
tədbirlər 
Hüquqi 
Sığorta 
Mühəndis–texniki tədbirlər. Müəssisədə texniki 
təhlükəsizlik və əməyin mühafizəsi 
Hüquq-mühafizə orqanlarının və 
ixtisaslaşdırılmış firmaların xidmətləri
Biznesmenlərin və heyətin şəxsi 
təhlükəsizliyinin təmin edilməsi 
Maariflənmə və tərbiyəvi tədbirlər. Heyətlə iş. 
Müəssisənin təhlükəsizlik xidmətinin hərəkəti 
İnformasiyanın mühafizəsi biznesin təhlükəsizliyinin təmin edilməsi istiqamətlərindən biri kimi
 


73 
Mühafizənin məqsədi hesablama sistemində informasiyanın təhlükəsizliyi təmin olunduqdan 
əsas problem təhlükələrin qarşısını əvvəlcədən almaqdan ibarətdir. 
Hesablama sistemlərində informasiyanın kompleks mühafizənin təşkili üçün ümumi halda
4 mühafizə səviyyəsi nəzərə alına bilər: 
1. Hesablama sisteminin yerləşdiyi bütün ərazini əhatə edən xarici səviyyə; 
2. Hesablama sisteminin qurğularının və rabitə xətlərinin yerləşdiyi ayrı-ayrı ərazilərin səviyyəsi; 
3. Hesablama sisteminin komponentlərinin və informasiya daşıyıcılarının səviyyəsi; 
4. İnformasiyanın saxlanması, emalı və ötürülməsi texnoloji proseslərin səviyyəsi. 
Birinci üç səviyyədə çəpərləmə, siqnalvermə sistemi, keçid rejiminin təşkili, məftillərin 
ekranlaşdırılması və s. yolları ilə informasiya təhlükəsizliyi fiziki olaraq təmin edilir. Sonuncu 
səviyyə isə informasiyaya fiziki müraciət mümkün olan halda onu məntiqi mühafizə etməyi nəzərdə 
tutur [2]. 
Müəssisənin işgüzar informasiyasının təhlükəsizliyinin təmin edilməsi prinsiplərini dəqiq 
ayırmaq lazım gəlir.
1. Mühafizənin sadəliyi. Mühafizənin sadə metodu, bir qayda olaraq, daha etibarlı sayılır; 
2. İnformasiyaya icazə üzrə imtiyazların minimuma endirilməsi; 
3. Mühafizə sisteminin nəzarət altında olmaması; 
4. İstifadəçi üçün mühafizənin məqbul sayılması; 
5. İnformasiyanın təhlükəsizliyini təmin edən şəxsin xüsusi məsuliyyəti; 
6. Mühafizə obyektlərinin izolyasiyası və qruplara bölünməsi elə şəkildə olmalıdır ki, 
mühafizəni pozanlardan biri digərlərinin təhlükəsizliyinə təsir etməsin; 
7. Mühafizə sisteminin etibarlılığı;
8. Mühafizə sisteminin çevikliyi və uyğunlaşması; 
9. Nəzarət vasitələrinin mövcudluğu gözə çarpmalı və kimə qarşı tətbiq edilirsə, ondan gizli 
saxlanılmalıdır.
Araşdırmalardan aydın olur ki, biznesin təhlükəsizliyinin təmin edilməsi məsələsində 
diletantlıq böyük itkilərə gətirib çıxarır. Peşəkar işləmələrin və təhlükəsizlik sisteminin tətbiqinin 
gecikdirilməsi gələcəkdə daha çox pis nəticələrə səbəb olur. Təsadüfi deyil ki, qərb biznesmenləri 
təhlükəsizlik sisteminin saxlanmasına öz gəlirlərinin 25 %-ni sərf edirlər. Qeyd edək ki
informasiya təhlükəsizliyinin təmin edilməsi əhəmiyyətli xərclərə qənaət edə bilər. Buna görə 
effektiv informasiya təhlükəsizliyi siyasətini həyata keçirərkən, məlumatla işləmək üçün dəqiq 
qaydalar hazırlamaq və onlara ciddi riayət etmək, müəssisənin informasiya mühitinin 
infrastrukturunu qorumaq və inkişaf etdirmək, məlumatların qorunması və tətbiqi, informasiya 
təhlükəsizliyi sahəsində kadr səviyyəsinin yüksəldilməsi üçün tədbirlər həyata keçirmək lazımdır. 
Ümumiyyətlə, biznesin iqtisadi təhlükəsizliyinin təmini üzrə bir sıra tədbirlər sistemi 
yaradılmalıdır. Həmin tədbirlər sistemi ilkin olaraq mövcud ola biləcək təhlükə əlamətlərini 
vaxtında aşkarlamağa və həmin təhlükənin ilkin mərhələdə qarşısını almağa imkan verməlidir. Bu 
isə öz növbəsində biznes fəaliyyətinin böyük itkilər olmadan iqtisadi təhlükəsizliyinin təmin 
edilməsinə əlverişli şərait yaradacaqdır. Odur ki, iqtisadi təhlükəsizlik məqsədinin strategiyasının 
qoyuluşunun müəyyən edilməsi, vəzifə və tədbirlərin konkretləşdirilməsi mühüm məsələ kimi 
qarşıya qoyulmalıdır. Yuxarıda qeyd edilən istiqamətlərdə iqtisadi təhlükəsizliyin təmin olunması 
bütövlükdə biznesin dayanıqlı inkişafında mühüm rol oynaya bilər. 

Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin