Uot 334. 012 İnformasiyanin mühafiZƏSİ Bİznesin təHLÜKƏSİZLİYİNİn təMİn ediLMƏSİ İSTİqaməTLƏRİNDƏn biRİ KİMİ



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə2/4
tarix03.12.2022
ölçüsü0,74 Mb.
#72118
1   2   3   4
797417(meqale)

Cild 16 № 1 2020 


72 
informasiyanın mühafizəsi probleminə proqram və aparat vasitələrinin mühafizəsi problemi ilə 
birlikdə baxılması məqsədəuyğun hesab edilir, çünki informasiya sistemlərinin fəaliyyət mühitinin 
əsasını proqram və aparat vasitələri təşkil edirlər. Proqram və verilənlərin mühafizəsi üçün mövcud 
olan üsul və vasitələr verilənlər bazası proqramları və verilənlər bazasında saxlanan verilənlər üçün 
də tətbiq edilə bilər. Mühafizə sisteminin qurulma prinsiplərini və hesablama sisteminin müxtəlif 
komponentlərinin imkanlarını yaxşı bilməklə, informasiya sistemlərinin zəif yerlərini 
qiymətləndirmək və məxfi informasiyanın mühafizəsini yaxşı təşkil etmək olar. Şəbəkə rejimi 
kompüterlərdən istifadə edilmənin ümumi halı olduğundan, informasiyanın mühafizəsi probleminə 
baxarkən, adətən, kompüterlər arasında şəbəkə əlaqələrinin olması nəzərə alınır [4]. 
 
Şəkil. Biznesin təhlükəsizliyinin təmin edilməsi istiqamətləri 
Hesablama sisteminin keyfiyyətli mühafizəsini təmin etmək üçün təkcə onun yerləşdiyi 
binanın mühafizəsini təşkil etmək və proqram mühafizə vasitələri qurmaq kifayət deyil. Hesablama 
sisteminin mühafizəsinin təşkilinə onun strukturuna, həll olunan məsələlərə, mühafizənin 
məqsədinə və imkanlarına uyğun kompleks yanaşma tələb olunur. 
Cədvəl. 
Mühafizəsinə ehtiyac duyulan informasiyalar 
Sənaye informasiyası 
Kommersiya informasiyası 
- elmi kəşflərin, patentlərin işlənməsi və tərtibi 
mərhələsində onlar haqqında informasiya; 
- konstruktor sənədləşməsi; 
- hər hansı qurğunun elektron sxemi; 
-elektron hesablama maşınının proqram 
təminatı; 
- xörəyin hazırlanma resepti; 
- parçanın istehsal prosesi və s.
- kreditlər və bank əməliyyatları haqqında informasiya; 
- müqavilələr, sazişlər, haqqında məlumatlar; 
- məhsulun satış planı; 
- müştərilərin siyahısı; 
- rəqabətqabiliyyətliliyin təhlili; 
- marketinq və tədbirlər sistemi; 
- işgüzar yanaşmalar; 
- əməkdaşların əməkhaqqı. 
İnformasiyaların mühafizəsinin etibarlı sisteminin təşkili üçün onun itirilməsi kanalları 
barəsində dəqiq məlumata malik olmaq lazımdır. Onlardan ən ehtimal edilənləri aşağıdakılardır: 
- informasiyalara birbaşa girişə malik olan heyət; 
- bu informasiyaların daxil olduğu sənədlər; 
- informasiyanın texniki vasitələri və emal sistemi, o cümlədən onların ötürüldüyü rabitə xətti. [3] 

Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin