1.İqtisadi metodologiyanın məqsədi və vəzifələri


İqtisad elmində tədqiqat proqramları (paradiqmaları)



Yüklə 27,23 Kb.
səhifə2/4
tarix04.12.2022
ölçüsü27,23 Kb.
#72322
1   2   3   4
i 2

2.İqtisad elmində tədqiqat proqramları (paradiqmaları)

ingilis iqtisadçısı D.Hansman tədqiqat proqramları kimi xarakterizə edilə bilən 4 əsas metodoloji istiqaməti seçib ayırır:


1.Deduktivist (Ç.St.Mill);
2.Pozitivist (M.Blauq);
3.Prediksionist (prediction – ingilis sözü olub əvvəlcədən görmək, proqnoz deməkdir) (M.Fridmen);
4.Eklektik (D.Makkloski) (müxtəlifcinsli paradiqmalar).
O.U.Anan iqtisadi biliklərdə 4 paradiqmanın olduğunu göstərir:
1.Klassik siyasi iqtisadın paradiqması (“sərvət dünyasını” öyrənir);
2.Tarixi institusionalist paradiqma (iqtisadi institutlar və onların tarixi öyrənilir);
3.Marjinalist paradiqma (tədqiqat obyekti kimi təsərrüfat subyektləri çıxış edirlər);
4.Eklektik paradiqma (anlaşılmaz, müxtəlifcinsli metodologiyalara əsaslanır).
U.P.Qurova 3 əsas nəzəri iqtisadi sistemlərin (paradiqmaların, tədqiqat proqramlarının) olduğunu bildirir:
1.Liberalizmin nəzəri iqtisadi sistemi (monetarizm, neoklassik təlim və.s);
2.Aktivizmin nəzəri iqtisadi sistemi (keynsçilik, tarixi məktəb, institutsionalizm və neo- institutsionalizm);
3.Totalitarizmin nəzəri iqtisadi sistemi (marksist siyasi iqtisad).
Araşdırmalar göstərir ki, iqtisadi fikir tarixində ən azı 5 elmi inqilabı (paradiqmanı) seçib ayırmaq olar:
1.Smit-Rikardo paradiqması; (XVIII əsrin axırı –XIX əsrin əvvəli, klassik məktəb);
2.Marksist paradiqması (XIX əsrin axırı –XX əsrin əvvəli );
3.Marjinalist paradiqma (XIX əsrin axırı –XX əsrin əvvəli); (Avstriya və Kembric məktəbləri);
4.Keynsçi paradiqma (XX əsrin 30-60-cı illəri);
5.Konservativ-monetarist paradiqma (XX əsrin 60-80- ci illər).
Təbii ki, belə təsnifat şərti xarakter daşıyır, lakin məhz belə bir təsnifat iqtisadi təlimlər tarixinin və iqtisadi metodologiyanın şərhində daha çox rast gəlinir.


3. İqtisadi tədqiqatın əsas mərhələləri

İqtisad elmində iqtisadi tədqiqatın 3 əsas mərhələsini seçib ayırmaq olar:


1. Elmi problemin müəyyən edilməsi;
2. Hipotezanın (fərziyyənin) irəli sürülməsi;
3. Hər hansı bir fərziyyə əsasında nəzəriyyənin yaradılması(həm də bu zaman bütün digər fərziyyələrin səhv hesab edilməsi).
1.Elmi problem-iqtisadi tədqiqat zamanı çətin iqtisadi vəzifə olub, düzgün müəyyən və şərh olunmağı tələb edir. Elmi problemin müəyyən olunması onun düzgün şərhini, yəni problemin yazılı, şifahi və heç olmasa əqli (şüurda) şərhini zəruri edir. Bu problem, həmçinin formallaşdırılmış (riyazi, statistik) və ya verbal (yəni, konseptual, sözlə ifadə edilən) ola bilər.
2.Fərziyyə (hipotez)-axıra qədər düzgün, doğru hesab edilə bilməyən hər hansı elmi faktların olması ilə bağlıdır. Fərziyyə hər hansı bir təzahür və ya faktları əvvəlcədən göstərir, lakin onun nəticələri vaxt keçdikcə (zaman ötdükcə) ya inkar edilir, ya da ki, nəzəriyyəyə çevrilirlər. Fərziyyə 1) mümkün olan qədər daha çox faktları izah etməlidir, 2) özündən əvvəlki nəzəriyyələrlə uyğunlaşmalıdır; və 3) daha çox evristik (axtarış, kəşf, yenilik) xarakterinə, qüvvəsinə malik olmalıdır.
3.İqtisadi nəzəriyyə - iqtisad elmi sahəsində əksər alimlər tərəfindən doğru və həqiqi kimi qəbul edilən, əsaslandırılmış və sübuta yetirilmiş müddəalar sistemidir

Yüklə 27,23 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin