1.İqtisadiyyat Anlayışı. cəmiyyətin həyatinda rolu



Yüklə 106,97 Kb.
səhifə19/30
tarix04.11.2022
ölçüsü106,97 Kb.
#67435
1   ...   15   16   17   18   19   20   21   22   ...   30
iqtisadiyyat son

Sadələşdirilmiş Vergi
Vergi Məcəlləsinin qüvvəyə minməsi ilə Azərbaycan Respublikasının qanunvericiliyində tamamilə yeni – sadələşdirilmiş sistem üzrə vergi tətbiq olundu. Bu verginin tətbiq olunmasının əsas məqsədi kiçik sahibkarlığın inkişafına yönəldilmişdi. Sadələşdirilmiş verginin üstünlükləri aşağıdakılardır: 1. Kiçik sahibkarlıq fəaliyyətinin genişləndirilməsi; 2. Əsas meyar kimi yalnız rüblük dövriyyənin həcminin müəyyənləşdirilməsi (bir sıra ölkələrdə rentabellik səviyyəsi, işçilərin sayı və s. meyarlar da nəzərə alınır); 3. Rüblük dövriyyənin həcminin 123,75 mln. AZM həddində müəyyənləşdirilməsi daha çox sahibkarlıq subyektlərinə bu vergi növünü seçmək imkanı verdi; 4. Bu verginin həm fiziki və həm də hüquqi şəxslərə şamil edilməsi; 5. Digər vergi növlərindən fərqli olaraq 2 və 4%-lik (aşağı) dərəcələrin tətbiq edilməsi (Misal üçün, ƏDV-nin dərəcəsi 18%, mənfəət vergisinin isə 24% təşkil edir); 6. Xüsusilə regionlar üzrə aşağı 2%-lik dərəcənin tətbiq edilməsi; 7. Digər 8 vergidən 6-sı üzrə güzəşt müəyyənləşdirildiyi halda sadələşdirilmiş vergi özü güzəştli vergi rejimi hesab edilə bilər
32. Bazar iqtisadiyyatının qanunları
bazar iqtisadiyyatı sistemi hakim olan ölkələrdə bütöv bir iqtisadi qanunlar sistemi mövcuddur. Onların hər biri xüsusi fəaliyyət dairəsinə malikdir. Onları makrosəviyyədə və mikrosəviyyədə fəaliyyət göstərən qanun-lara ayırırlar.

  1. Tələb qanunu

  2. Təklif qanunu

  3. Rəqabət qanunu

  4. Pul tədavülü qanunu

  5. Dəyər qanunu

  6. Mənfəət qanunu

  7. Ümumi yığım qanunu

  8. İqtisadi inkişafın proporsionallığı qanunu

  9. İctimai əmək bölgüsü

  10. Tələbatın artması qanunu

  11. İctimai əmək məhsuldarlığının artması qanunu



Tələb – tələb (alıcılıq qabiliyyətidir) bazarda əmtəələrə olan tələbatdır ki, istehlakçı bazar qiymətindən və pul gəlirindən asılı olaraq ala bilər, yəni ala biləcəyi əmtəənin miqdarıdır.
Təklif – bu, mövcud qiymətlərlə satılmaq üçün bazarda olan əmtəələrin miqdarıdır. Tələb və təklifin nisbətindən asılı olaraq, onların dəyişməsilə qiymət «tarazlı» adlanan qiymət ətrafında enib-qalxacaq.
Rəqabət – bazar mexanizmində hərəkətverici «mühərrik» rolunu oynayır. Belə ki, hər bir sahibkarın məqsədi maksimum mənfəət əldə etməkdir. Buna görə o, təsərrüfat fəaliyyətinin miqyasını genişləndirir. Bu zaman hər bir sahibkar daha əlverişli istehsal şəraitinə malik olmağa, əmtəələrini satmağa, istehsalını genişləndirməyə çalışır. Bu zaman sahibkarların münasibətləri bəhsləşmə, rəqabət forması alır. Əgər təklif tələbdən çoxdursa, bu zaman həmin əmtəənin satıcıları arasında rəqabətə başlayır. Öz əmtəələrini satmaq üçün hər bir satıcı qiyməti aşağı salmaqla müştərini özünə cəlb etməyə çalışır. Prosesin uzun çəkdiyi bir şəraitdə həmin əmtəənin istehsalı azalır. Tələb təklifdən çox olduqda isə rəqabət alıcılar arasında baş verir. Imkanlı alıcı daha yüksək qiymət təklif edir. Defisit olan həmin əmtəəyə tələb artdığına görə onun istehsalı genişləndirilir. Bazar mexanizmi bu qayda ilə fasiləsiz fəaliyyət göstərir.
Pul tədavülü — ölkənin daxili iqtisadi dövriyyəsində, xarici iqtisadi əlaqələr sistemində, əmtəə və xidmətlərin realizasiyının nəğd və qeyir-nəğd formasında pulun hərəkəti.



Yüklə 106,97 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin