59.Vergi nədir və nə üçün məcburi hesab olunur? Vergi - dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədi ilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində dövlət büdcəsinə və yerli büdcələrə köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq, Azərbaycan Respublikasında aşağıdakı vergilər müəyyən edilir və ödənilir: dövlət vergiləri; muxtar respublika vergiləri; yerli vergilər (bələdiyyə vergiləri).
Dövlətin vergiləri içərisində:Dövlət vergilərinə aşağıdakılar aiddir: Fiziki şəxslərin gəlir vergisi;
Hüquqi şəxslərin mənfəət vergisi (bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatlardan başqa);
əlavə dəyər vergisi aksizlər; Hüquqi şəxslərin əmlak vergisi; Hüquqi şəxslərin torpaq vergisi;
yol vergisi; mədən vergisi; sadələşdirilmiş vergi; Yerli vergilərə aşağıdakılar aiddir: fiziki şəxslərin torpaq vergisi; fiziki şəxslərin əmlak vergisi; yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi; bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəət vergisi. Vergilər ona gorə məcburdurki aldigin mənfəətin muəyyən hissəsini dovlətə verməlisən b uradanda pul dovlət budəsinin bir hissəsini təskil edir ordan isə pul mudafiə tibb dovlətin abadlasdirilmasina gedir pul və bu yolla dovlətə mənfəət verirsən bu pulu verməsən vergidən yayinmis olursanki bununlada muəyyən məsuliyyətə cəlb oluna bilərsən
60.Büdcə kəsiri necə yaranır və aradan qaldırılması yolları hansılardır?
Büdcə kəsiri – dövlət büdcəsinin gəlir və xərclərinin mənfi saldosudur. Büdcə kəsirinin səbəbləri aşağıdakılar ola bilər: – dövlət xərclərinin artması – həm planlaşdırılmış, məsələn, iqtisadiyyatın modernizasiyası, milli proqramların həyata keçirilməsi və s., həm də fövqəl: təbii fəlakətlər, müharibələr və s.; – iqtisadi böhran, tənəzzül, ixrac olunan malların, məsələn, xammal, eləcə də elektronika və s. qiymətlərinin düşməsi səbəbindən dövlət gəlirlərinin azalması; – dövlət siyasətinin və maliyyə sisteminin effektiv olmaması. Aşağı vergi, kölgə bazarın yüksəlişi. Hazırkı hökumətin populizmi; – yüksək büdcə xərcləri, dövlət sektorunda rüşvətxorluq; – vergi siyasətinin effektiv olmaması, nəticədə iqtisadiyyatda kölgə sektorunun artması; – büdcə kəsiri ilə vəsait çatışmazlığı anlayışları eyni deyil. Bir qayda olaraq, real büdcə kəsiri planlaşdırma xarakteri daşıyır: onun maksimal parametrləri qəbul edilir və təsdiq olunur; Büdcə kəsirini azaltmağın bir neçə üsulu var. Birincisi, pulların emissiyası yolu ilə. Bu, inflyasiyaya, yəni dövriyyədəki pulun dəyərsizləşməsinə və milli valyutaya inamın azalmasına gətirib çıxarır. İkincisi, əlavə vergilərin tətbiqi, o cümlədən əhalinin müəyyən təbəqələri (“varlılar üçün vergi”), şirkətlərin müəyyən fəaliyyətləri üçün (siqaret istehsalı) və s. Üçüncüsü, büdcə sekvestrasiyası – xərclərin azaldılması. Lakin burada da ehtiyatlı olmaq lazımdır: məsələn, sosial sektorda bu metod cəmiyyətdə gərginliyin artmasına səbəb ola bilər. Dövlət büdcəsində kəsir yarandıqda defisitin aradan qaldırılması üçün dövlət bu və ya digər mənbələrdən borc kapitalı cəlb edir. Bu istiqrazların buraxılması, xarici ölkələrdən və maliyyə qurumlarından borc kapitalı cəlb etmək və s. üsulla həyata keçirilə bilər.
61.Mülkiyyətinizi necə reallaşdıra bilərsiz?