1.İqtisadiyyat Anlayışı. cəmiyyətin həyatinda rolu



Yüklə 106,97 Kb.
səhifə26/30
tarix04.11.2022
ölçüsü106,97 Kb.
#67435
1   ...   22   23   24   25   26   27   28   29   30
iqtisadiyyat son

Mənəvi və maddi tələbat
Mənəvi tələbat - fərdin və insan qrupunun qarşısında hər hansı maddi məqsəd müəyyən etmədən onu mənəvi cəhətdən stimullaşdırmaqla aktiv sosial mövqelərə sövq edən ehtiyacdan ibarətdir. Məsəl üçün, şəxsin öz insanlıq, qohumluq və ya dostluq borcunu yerinə yetirməsi onun üçün heç bir maddi əhəmiyyət kəsb etmir və şəxs bu zaman heç bir əvəz güdmür. Cəmiyyətin sosial həssas olan insan qruplarına etdiyi yardım da hər hansı əvəz güdmədən mənəvi ehtiyacdan qaynaqlanan tələbatın nəticəsidir.
Maddi tələbat - fərdin və insan qrupunun daha münasib həyat tərzinin fiziki ekvivalentini reallaşdırmağa yönəlmiş ehtiyacından ibarətdir. Gündəlik həyatla bağlı yüzlərlə misallar çəkmək mümkündür. Məsəl üçün, insanlar daha münasib həyat tərzinə nail olmaq üçün müəyyən əvəzli ictimai faydalı əməklə məşğul olurlar. Yaxud da, elə hal da ola bilər ki, bu zaman insan nəinki əvəzli ictimai faydalı əməyin nəticəsi olaraq hər hansı mənfəət əldə edir, hətta əldə etdiyi mənfəətdən xərcləyərək daha münasib həyat tərzini digər maddi tələbatda axtarır. Məsəl üçün, şəxsin müalicə olunmaq üçün tibb xidmətinə müraciət etməsi onun sağlamlığını bərpa etmək məqsədilə bağlıdır. Bu halda şəxsin maddi tələbatı daha münasib həyat tərzinin reallaşması üçün sağlam vücudun əldə olunmasına yönəlmiş ehtiyacda ifadə olunur. Başqa bir misal. Cəmiyyət olaraq dövlətin vergilərin yığımına dair hüquqi münasibətləri tənzimləyən qanun qəbul etməsi və ya onu təkmilləşdirməsi də maddi tələbatı ifadə edən ehtiyacın nəticəsidir. Bu halda dövlət vergi hüquq münasibətlərini yaratmaqla və bu münasibətlərin əsasını təşkil edən qanunvericiliyin daha əlverişli olması üçün onu təkmilləşdirməklə vergi hüquq münasibətlərini ictimai maraqlar naminə inkişaf etdirir və nəticədə hüquqi və fiziki şəxslərin daha da əlverişli olan fəaliyyətini təmin etməklə, bunun da müqabilində dövlətin büdcə daxil olmalarının artımı dinamikasına nail olur

  1. Azərbaycan nə üçün bazar sistemini seçdi?

Azərbaycan suverenlik və iqtisadi-siyasi müstəqillik qazandıqdan sonra dağılmış iqtisadi sistemi bərpa etmək qeyrimümkün olduğuna və məqsədəuyğun olmadığına görə onu yalnız bazar iqtisadiyyatına keçidlə əvəz etmək ən doğru yol idi. Məhz SSRİ dağıldıqdan sonra bütün onun tərkibindən ayrılan gənc milli dövlətlər bazar münasibətləri yolu ilə gedən ölkələrin əhatəsində idi.


Azərbaycan dövləti üçün bəzi ölkələrin dövlətçilik və təsərrüfatçılıq təcrübələrindən siyasi və maddi-mənəvi imkanlarından yararlanmaq üçün bazar iqtisadiyyatı yolunu seçmək tarixi zərurət idi. Ona görə də Azərbaycan Respublikası ilk növbədə bazar iqtisadiyyatına keçidin hüquqi-normativ bazasını yaratmalı idi ki, bu yolda lazımi addımlar atmağa icazə versin, görülən işlərin hüquqi təminatı olsun. Çünki Azərbaycan yeni sistemə, bazar iqtisa-diyyatına keçmək üçün ictimai mülkiyyəti özəl mülkiyyətlə, mövcud inzibati-amirlik sistemini yeni mahiyyətli təsərrüfat sistemi ilə əvəz etməli idi. Buna isə xeyli uzun dövr tələb olunur ki, bu da respublikamızın bazar iqtisadi sisteminə keçməsini çətinləşdirən əsas məsələlərdən biri idi. Çox mühüm və lazımi islahatların həyata keçirilməsi tələb olunurdu. Dövlət mülkiyyətinin özəlləşdirilməsi yolu ilə bazar iqtisadiyyatına keçidin mülkiyyət bazasını yaratmaq təmin edilməli idi. Özəlləşdirmə yolu ilə müxtəlif mülkiyyət formaları və onların da əsasında müxtəlif təsərrüfat formalarının yaradılması mümkün olur.Bazar iqtisadiyyatını ayrılmaz tərkib hissəsi olan sahib-karlıq, onun müxtəlif formaları qeyd etdiyimiz mülkiyyət isla-hatları ilə sıx əlaqədardır. Belə ki, özəlləşdirmə nəticəsində mülkiyyət üzərində dövlət inhisarı ləğv edilir, azad sahib-karlığın maddi zəmini yaranır. azad rəqabət üçün şərait, imkan yaranır çünki, çoxsaylı sahibkarlıq mühiti yaranır. xüsusi keçid dövründə bazar iqtisadiyyatının formlaşması, qərarlaşması üçün iqtisadi, siyasi, psixoploji, hüquqi, təşkilati və sosial zə-minlər əsas tutulur

58.Azərbaycanda ən geniş yayılmış mülkiyyət formaları hansılardır?



  1. Fərdi mülkiyyət forması – bu mülkiyyətin sahibləri əsasən xırda əmtəə istehsalçılarıdır və istehsal şəxsi əməyə əsaslanır (sənətkarlar, xırda kəndli təsərrüfatları, xırda xidmət obyektləri);

  2. Xüsusi mülkiyyət forması – bunun əsasında xüsusi sahibkarlıq təsərrüfatları yaranır. Yaradılmış müəssisələr kiçik, orta, iri ola bilər. Bu təsərrüfatlarda muzdlu əməkdən istifadə olunur. Məqsəd mənfəət əldə etməkdir.

  3. Dövlət mülkiyyəti forması – bu bilavasitə dövlətə məxsusdur və onun əsasında dövlət təsərrüfatları yaradılır. Yaradılmış müəssisələr dövlətin təyin etdiyi rəhbərlər tərəfindən idarə olunur. Əldə olunmuş mənfəət dövlət büdcəsinə daxil olur.

  4. Bələdiyyə mülkiyyət forması. Burada söhbət yerli özünüidarə orqanı olan bələdiyyələrin sərəncamında olan mülkiyyətdən gedir. Bələdiyyə mülkiyyəti əsasında müəyyən təsərrüfatlar yaradılır.

  5. Şəxsi mülkiyyət - ailənin şəxsi ehtiyaclarının ödənilməsinə xidmət edən na varsa hamısını əhatə edir.

  6. Qarışıq mülkiyyət – müxtəlif mülkiyyət sahiblərinin razılaşması əsasında yaradılır. İdarə işləri və qərarların qəbulu mülkiyyət sahiblərinin birgə səyilə həyata keçirilir[5].




Yüklə 106,97 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin