1.İqtisadiyyat Anlayışı. cəmiyyətin həyatinda rolu


Qloballaşmanın mərhələləri



Yüklə 106,97 Kb.
səhifə24/30
tarix04.11.2022
ölçüsü106,97 Kb.
#67435
1   ...   20   21   22   23   24   25   26   27   ...   30
iqtisadiyyat son

Qloballaşmanın mərhələləri
Qloballaşma fenomeni əslində dörd mərhələli tarixi bir prosesdən keçib: sənətkarlıq, manufaktura, mexanikləşmə və avtomatlaşdırma

  • Sənətkarlıq dövründə əmək ən əhəmiyyətli istehsal vasitəsi olub. Bazarda əmtəə-əmtəə mübadiləsi hökm sürüb.

  • Manufaktura mərhələsində isə əmək sahibi, əvəzində istehsal etdiyinin bir qismini almaq şərti ilə əməyini satır və ya müəyyən bir əmək haqqı alırdı.

  • Mexanikləşmə dövründə əmək gerçək mənada ilk dəfə texnologiya ilə tanış oldu. XIX əsrin 80-ci illərində gerçəkləşən məhsuldarlıq inqilabı, bu mərhələdə fəhləni (proletariatı) işçiyə çevirdi. Mexanikləşdirmə böyük ölçüdə əməyi əvəz etməyə başladı. Dolayısı ilə əmək keyfiyyət dəyişdirərək müxtəlif mexaniki qurğuları, ehtiyatları, nasazlıq və problemləri nəzarətdə saxlayan bir mövqeyə gəldi.

  • Avtomatlaşdırma mərhələsində isə daha əvvəl aşağı keyfiyyətli əməyin gördüyü və ya görə bilmədiyi demək olar ki, bütün işləri müasir robotlar artıqlaması ilə yerinə yetirirlər.

Qloballaşma problemləri özünəməxsus xarakterik xüsusiyyətlərə
malikdir: - bu problemlər ümumbəşəri xarakter daşıyır. Belə ki, yaşından, cinsindən, yaşadıqları ölkələrin sosial-iqtisadi inkişaf səviyyəsindən asılı olmayaraq bütün insanlar daim qlobal problemlərlə üzləşir; - qlobal problemlər beynəlmiləl xarakterə malikdir. Yəni dünya birliyi ölkələrinin bütün səylərinin əlaqələndirilməsini tələb edir. - qlobal problemlərə ümumbəşəri siyasi, iqtisadi, ekoloji, texniki təhlükəsizlik, sağlamlıq, müharibə, sülh, müdafiə və digər problemlər kompleksi daxildir; - qloballaşma problemləri dünya ölkələrinin və xalqlarının ümumbəşəri mənafelərinin uyğunlaşması və reallaşması prosesidir;
48.Müəssisə və ya firma açmaq üçün ilk olaraq nəyi etməyimiz lazımdır?
Müəssisə (firma) əmlak mülkiyyətçisinin (mülkiyyətçilərinin), yaxud onun (onların) vəkil etdiyi orqanın, müəssisənin, təşkilatın qərarı ilə yaradıla bilər. Firmanın təsisçisi aşağıdakılar ola bilər:
1. Dövlət əmlakını idarəetməyə vəkil edilmiş dövlət orqanları;
2. Azərbaycan Respublikasının fiziki və hüquqi şəxsləri;
3. Xarici dövlətlər;
4. Əcnəbi ölkələrin vətəndaşları;
5. Beynəlxalq təşkilatlar. Müəssisə və ya firma yaradılarkən təsisçilər, habelə müəssisə və təsisçi (təsisçilər) arasındakı qarşılıqlı münasibətləri tənzimləmək məqsədilə təsis müqaviləsi tərtib olunur. Təsis müqaviləsində müəssisənin adı və növü, təsisçilər haqqında məlumat, Nizamnamə fondu, hər təsisçinin bu fonddakı payı, öhdəliklər, mənfəətin bölüşdürülməsi qaydası və s. göstərilir. Fərdi və dövlət müəssisələri təsis edilərkən təsis müqaviləsi tərtib edilmir. Təşkilati-iqtisadi və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün müəssisələr nizamnamə əsasında fəaliyyət göstərirlər. Müəssisənin nizamnaməsi təsisçisi bir fiziki və ya hüquqi şəxs olduqda onun özü tərəfindən, müəssisənin təsisçiləri iki və daha çox olduqda isə təsisçilərin ümumi yığıncağı tərəfindən qəbul edilir. Müəssisənin nizamnaməsində onun adı və növü, hüquqi ünvanı, təsisçilər haqqında məlumat, müəssisənin hüquq və vəzifələri, Nizamnamə fondu, fəaliyyətinin məzmunu və məqsədi, idarəetmə və nəzarət orqanları, səlahiyyəti, müəssisə əmlakının yaranması və mən- Fəsil 2. İstehsal firmalarının təsnifatı, quruluşu və formaları fəətin (gəlirin) bölüşdürülməsi qaydası, yenidən təşkil olunmanın şərtləri, müəssisənin fəaliyyətinin dayandırılması və ləğvi məsələləri göstərilir. Ölkə prezidenti İ. Əliyevin «Sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinin «bir pəncərə» prinsipi üzrə təşkilinin təmin edilməsi haqqında» sərəncamına qədər Azərbaycan Respublikasında müəssisələrin yaradılması aşağıdakı qaydalar əsasında həyata keçirilirdi. Ədliyyə Nazirliyində qeydiyyatdan keçdikdən sonra firma və ya müəssisə yaradılmış hesab olunurdu. Müəssisənin dövlət qeydiyyatından keçməsi üçün Ədliyyə Nazirliyinə təsisçi tərəfindən aşağıda göstərilən sənədlər təqdim edilirdi: a) təsisçinin ərizəsi. Ərizə təsisçi (bir neçə təsisçi olduqda isə, bütün təsisçilər) və ya onun (onların) müvafiq qaydada vəkil etdiyi şəxs tərəfindən imzalanır və notariat qaydasında təsdiqlənirdi. b) təsis sənədləri dövlət qeydiyyatından keçirilən müəssisənin təsisçisi (təsisçiləri) və ya onun (onların) səlahiyyətli nümayəndəsi tərəfindən təsdiq edilmiş nizamnaməsi, həmin müəssisənin yaradılması və nizamnaməsinin təsdiq olunması haqqında qərar (qərarda qeydiyyatdan keçmək istəyən müəssisənin təsisçiləri tərəfindən onun təsis edilməsi niyyəti, birləşmə, ayrılma və bölünmə zamanı yeni müəssisə yaradılarkən yenidən təşkilinin şərtləri, nizamnamənin təsdiq edilməsi, qanuni təmsilçi və onun səlahiyyətləri, habelə təsisçilər tərəfindən zəruri hesab olunan digər məsələlər göstərilir və bu qərar bütün təsisçilər tərəfindən imzalanır); c) dövlət rüsumunun ödənilməsi haqqında sənəd; d) təsisçi hüquqi şəxs olduqda onun dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin (dövlət reyestrindən çıxarışın) və nizamnaməsinin notariat qaydasında təsdiq olunmuş surəti; e) icraedici və sərəncamverici səlahiyyətlərə malik olan qanuni təmsilçinin adı, soyadı, atasının adı, yaşayış yeri barədə məlumatları əks etdirən və onun təmsilçilik səlahiyyətini təsdiq edən sənəd, habelə notariat qaydasında təsdiq olunmuş imza nümunələri; f) dövlət qeydiyyatından keçirilən müəssisənin hüquqi ünvanını təsdiq edən sənəd.
49.Dövlət iqtisadiyyatı niyə tənzimləməlidir?
Bazar münasibətləri dövləti iqtisadiyyatın idarə edilməsi və tənzimlənməsi proseslərindən azad etmir. İqtisadiyyatın dövlət tənzimlənməsinə iki aspektdən baхmaq olar və burada istifadə olunan mеtodların bir-birindən fərqlənməsi qeyd olunmalıdır. Bu istiqamətlər aşağıdakılar olmaqla mahiyyətinə diqqət yetirək: Birinci istiqamətdə dövlətin iqtisadiyyata müdaхiləsi maliyyə, krеdit alətləri vasitəsilə həyata kеçirilir və bu istiqamətdə dövlətin iqtisadiyyata müdaхiləsi məhduddur. İkinci istiqamət - iqtisadiyyatda dövlətin aktiv iştirakını nəzərdə tutur. Dövlət məqsədyönlü struktur dəyişikliyi aparır, invеstisiya, sosial siyasət həyata kеçirir, yanacaq-еnеrji rеsurslarına və zəruri istеhlak məhsullarına və sosial əhəmiyyət kəsb edən xidmətlərə qiymətləri tənzimləyir. Qeyd edək ki, iqtisadiyyatın dövlət tənzimlənməsinin metodları isə çoxcəhətlidir. Bununla belə, bu mexanizmlərdən ən geniş yayılmışları aşağıdakı formada təsnifləşdirilmişdir: 1. Dolayı metodlar - bunlar iqtisadi tənzimləmə metodları olub vəhdət halında tətbiqi başa düşülür. 2. Birbaşa tənzimləmə metodları - bunlar inzibati-amirlik qaydasında olduğu kimi dövlətin iqtisadiyyata daha yaxından müdaxiləsini nəzərdə tutan tənzimləmə metodlarıdır. Birbaşa tənzimləmə metodundan fərqli olaraq iqtisadi tənzimləmə metodları təsərrüfat subyektlərinə fəaliyyət sərbəstliyi verir, sərbəstlik imkanlarını genişləndirir. Bunlar dövlətin iqtisadi siyasətinin əsasını ifadə edir. Bu metodlar silsiləsinə aşağıdakılar aiddir [3, 9]: S.Səməndərov. Azərbaycanın sovetləşdirilməsinin ilk illərində N.Nərimanovun ictimai-siyasi hadisələr kontekstində... AZƏRBAYCANIN VERGİ JURNALI. 1/2012. 89 1. Dövlətin maliyyə-kredit siyasəti 2. Dövlətin büdcə-vergi siyasəti 3. Dövlətin büdcə xərcləri və gəlirləri siyasəti 4. Dövlətin idxal-ixrac siyasəti (xarici iqtisadi əlaqələrin tənzimlənməsi) 5. Dövlətin valyuta siyasəti 6. Kapital hərəkəti balansı Bu proseslər dövlətin təsərrüfat subyektlərinin istehsal-maliyyə fəaliyyətinə bilavasitə müdaxiləsini istisna etməməlidir. Dövlət bazar mexanizmlərinin fəaliyyəti üçün zəruri olan normal şəraiti yaratmalıdır və demək olar ki, bu mexanizmlərdən biri, eyni zamanda ən əsası vergilərin köməyilə tənzimləmədir. Vergilər iqtisadiyyata təsir edən, iqtisadi inkişafa stimul yaradan, maliyyə-iqtisadi sisteminin bir hissəsi olmaqla dövlətin iqtisadi tənzimlənməsinin əsas aləti kimi çıxış edir. Dövlət ölkənin vergi sistemini yaratmaqla müəyyən maliyyə siyasətinin məqsədləri üçün ondan istifadə etməyə çalışır. Bununla əlaqədar olaraq vergi siyasəti maliyyə siyasətinin nisbətən müstəqil istiqaməti kimi formalaşır
50.Azərbaycanda hansı mülkiyyət formaları var?
Hər bir iqtisadi sistemdə əsas, aparıcı mülkiyyət forması vardır. Hər bir mülkiyyət formasına əsaslanan təsərrüfat formaları da yaranır və fəaliyyət göstərir.

  1. Fərdi mülkiyyət forması – bu mülkiyyətin sahibləri əsasən xırda əmtəə istehsalçılarıdır və istehsal şəxsi əməyə əsaslanır (sənətkarlar, xırda kəndli təsərrüfatları, xırda xidmət obyektləri);

  2. Xüsusi mülkiyyət forması – bunun əsasında xüsusi sahibkarlıq təsərrüfatları yaranır. Yaradılmış müəssisələr kiçik, orta, iri ola bilər. Bu təsərrüfatlarda muzdlu əməkdən istifadə olunur. Məqsəd mənfəət əldə etməkdir.

  3. Dövlət mülkiyyəti forması – bu bilavasitə dövlətə məxsusdur və onun əsasında dövlət təsərrüfatları yaradılır. Yaradılmış müəssisələr dövlətin təyin etdiyi rəhbərlər tərəfindən idarə olunur. Əldə olunmuş mənfəət dövlət büdcəsinə daxil olur.

  4. Kooperativ mülkiyyət forması – Kooperativlər müəyyən təsərrüfat növü olmaqla ona daxil olan üzvlərin könüllü qoyduqları vəsait hesabına təşkil olunur. Kooperativ əvvəlcədən təsdiq edilmiş nizamnaməyə uyğun idarə olunur, gəlir ədalətli bölüşdürülür. Kooperativ hüquqi şəxsdir.

  5. Əmək kollektivlərinin mülkiyyəti. Müəyyən bir müəssisənin bütün əmlakı orada işləyənlərin sahibliyində olur, kollektiv bu əmlaka sərəncam verir, onu istifadə edir. Müəssisə əmtəə istehsalçısı olur və hüquqi şəxsdir. Kollektivin üzvləri idarə işlərində iştirak edir, gəliri müəyyən etdikləri qaydaya uyğun bölürlər, hərə öz payını alır.

  6. Bələdiyyə mülkiyyət forması. Burada söhbət yerli özünüidarə orqanı olan bələdiyyələrin sərəncamında olan mülkiyyətdən gedir. Bələdiyyə mülkiyyəti əsasında müəyyən təsərrüfatlar yaradılır.

  7. Səhmdar cəmiyyəti mülkiyyət forması. Bu mülkiyyətə səhmlərin satılması yolu ilə yaradılmış müəssisələrin mülkiyyəti daxildir. Səhmin sahibi cəmiyyətin əldə etdiyi mənfəətin bölgüsü nəticəsində dividend (gəlir) əldə edir. Cəmiyyətin işini ümumi yığıncağın seçdiyi idarə heyəti tənzimləyir.

  8. Şəxsi mülkiyyət - ailənin şəxsi ehtiyaclarının ödənilməsinə xidmət edən na varsa hamısını əhatə edir.

  9. Qarışıq mülkiyyət – müxtəlif mülkiyyət sahiblərinin razılaşması əsasında yaradılır. İdarə işləri və qərarların qəbulu mülkiyyət sahiblərinin birgə səyilə həyata keçirilir[5].

  10. İntellektual mülkiyyət – intellektual resurslar əsasən elmdə, təhsildə, səhiyyədə, idarəetmədə kütləvi informasiyada, konstruktur bürolarında və s. sahələrdə mərkəzləşir. 1967-ci ildə Stokholmda "İntellektual mülkiyyət"lə bağlı ümumdünya təşkilatının təsis edilməsi haqqında konvensiya imzalanmışdır. Mülkiyyətin bu forması ilə bağlı hüquqlar da müəyyən edilmişdir: patent hüququ; müəlliflik hüququ və s. İntellektual mülkiyyət elmi yaradıcılıq, ədəbiyyat, kəşflər, ixtiralar, layihələr, məlumatlar və s ilə bağlıdır. İqtisadi sahədə intellektual mülkiyyətin subyektləri konstruktor bürosu əməkdaşları, mühəndislər, müəssisə rəhbərləri, menecerlər, ustalar, aqronomlar, zootexniklər və s.-dir.

52.Qloballaşmanın müsbət tərəfləri nələr ola bilər?


qloballaşmanın bənzərsiz müsbət tərəfləri ilk növbədə insan həyatının mədəni tərəfləri ilə əlaqəlidir. Mədəni qloballaşma dini və milli sərhədləri silməyə çalışan bir prosesdir. Əsas hədəfi üçün bütün bəşəriyyəti bir qlobal sivilizasiyaya birləşdirməyi qarşısına qoyur. Düzdür, bir çox insanlar mədəni qloballaşmanın əsas vasitəsini - kütləvi mədəniyyətini qınayır, ancaq bu, məsələni kifayət qədər tanımadıqları üçün olur Ayrıca, milli və dini fərqləri buraxan mütərəqqi dövlətlər arasında münasibətlər quran mədəni qloballaşma. Bu, Yaxın Şərqdə aydın görünür. Qətər, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri kimi dövlətlər ənənəvi İslam dəyərlərini tətbiq etməyə davam edən qonşularından daha uğurlu və firavandırlar.Sərhədlərin açılması sayəsində mümkün olan miqrasiya mədəni mübadilə imkanı verir və bu da öz növbəsində bəşəriyyətin ümumdünya birləşməsinə kömək edir.

Yüklə 106,97 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin