30.Diqqətin növləri
Diqqətin 3 növü var:
1.İxtiyari diqqət 2.Qeyri-ixtiyari diqqət 3.İxtiyaridən sonraki diqqət
1.İxtiyari diqqət- qarşıya qoyulmuş şüurlu məqsədlə əmələ gələn və
müəyyən iradi səy tələb edən diqqətə deyilir. Bunun yaranması insanın
xüsusi niyyəti və məqsədilə bağlıdır. İxtiyari diqqətdə cisim və hadisələr
insan üzərində deyil əksinə insan onların hakim olur.
2.
Qeyri-ixtiyari diqqət- heç bir xüsusi məqsədlə niyyət bağlı olmayan və
iradi cəhd tələb etməyən diqqətə deyilir. Qeyri-ixtiyari diqqət
heyvanlardada vardır. Bu insanın emosional vəziyyətindən asılı olaraq
əmələ gəlir (əhval,təlabat,maraq). Qeyri ixtiyari diqqətin əmələ gəlməsi
üçün təsir edən qıcıqlandırıcılar bəzi xüsusıyyətlərə malik olmalıdır.
Qıcıqlayıcının qüvvəsi və gözlənilmədən təsiri -(qüvvətli səs,güclü
işıq,kəskin iy).Qıcıqlayıcının yeniliyi- yeni əyani vəsait,yeni maşın
modeli,sinifdə yeni şagirdin olması və s. ətrafda
olan yenilik,dəyişiklik
dərhal diqqəti cəlb edir bələdləşmə refleksi əmələ gətirir. Obyektin
hərəkətdə olması-hərəkətin bir anda başlıyıb daha sonra kəsilməsi
diqqəti cəlb edir. Hərəkətdə olmayan şeylər insanın diqqətini cəlb
etmir.
3.İxtiyaridən sonrakı diqqət- diqqətin bu növünün birinci mərhələsi
ixtiyari diqqətə, ikinci mərhələsi isə qeyri-ixtiyari diqqətə oxşayır. Yəni
ixtiyari olaraq baş verir daha sonra qeyri-ixtiyari olaraq davam edir.
31.Hafizənin ümumi səciyyəsi
Hafizə
keçmiş təcrübənin insan beynində nəqşlənməsi,hifz
edilməsi,yadda saxlanması və yada salınmasından ibarət olan psixi
prosesə deyilir. Hafizə insan təcrübəsinin bünövrəsini təşkil edir.
Hafizənin əsasını həmişə müəyyən rabitələr təşkil edir. Bunlar Aristotel
tərəfindən irəli sürülən
3 prinsipə əsaslanır: 1.Qonşuluq rabitəsi
2.Oxşarlıq rabitəsi 3.Əkslik rabitəsi.