1.Yaddasaxlama 2.Hifzetmə və unutma 3.Yadasalma 1.Yaddasaxlama- xarici və daxili mühitin təsirinin beyində həkk
olunmasıdır. Yaddasaxlama həmişə seçici olur. Yəni biz hər şeyi yadda
saxlamırıq. Yaddasaxlama 3 əsas formada cərəyan edir: a) əksinialma və ya nəqşləndirmə- emosional sarsıntı yaradan, həyat
əhəmiyyətli hadisələrin beyində həkk olunmasıdır. b)Qeyri ixtiyari yaddasaxlama- cismin dəfələrlə qavranılması sayəsində
baş verir. Bunlar tam dəqiq olmur və dərin bilik üçün kifayət deyildir.
c)İxtiyari yaddasaxlama- bu halda insan qarşısına məqsədlər qoyur
materialı yadda saxlamaq üçün iradi səy göstərir. 2.Hifzetmə və unutma- hifzetmə əslində unutma ilə mübarizəsayəsində
mümkün olur. Bu mənada unutma çox məqsədə uyğun təbiki və zəruri
prosesdir.
3.Yadasalma- keçmişdən indiki an üçün zəruri olan informasiyanı
canlandırılmasıdır. Tanıma, xatirə, niyyətsiz və niyyətli yadasalma ayırd
edilir. Tanıma yadasalmanın nisbətən aşağı səviyyəsi kimi cismin
təkrarən qavranılmasına istinad edilir. Bu mənada tanıma
yadasalmadan sadə prosesdir. Xatirə prosesinin mərkəzində şəxsin özü
onun başına gələn və ya şahidi olduğu hadisələr durur. Niyyətsiz yadasalma müəyyən cismin və ya hadisənin qarşıya xüsusi məqsəd
qoymadan sanki öz özünə yada düşməsidir. Niyyətli yadasalma hər
hansı bir cismi,hadisəni xüsusi səygöstərməklə yadasalınmasıdır.
34.Təfəkkürün ümumi səciyyəsi Cisim və hadisələr arasındakı əlaqə və münasibətlərin insan beynində ümumiləşmiş və vasitəli şəkildə əks olunmasından ibarət olan psixi prosesə deyilir. Psixologiyada təfəkkür ilk növbədə idrak fəaliyyəti kimi
nəzərdən keçirilir. Onun özünəməxsus xüsusiyyətləri var. (nitqlə
vəhdətdə olması vasitəli idrak prosesi olması ümumiləşmiş idrak prosesi
olması)