hisslərdəndir. Əxlaqi hisslər sosial mühitin yüksək əxlaq normaları
mövcud olan bir mühitin təsiri altında təşəkkül tapır.
•Estetik hisslər- təbiətin, incəsənət əsərlərinin gözəlliyini qavramaq,
dərk etməklə əlaqədardır. İnsanın estetik hisslərinin ilk mənbəyi
təbiətin gözəlliyidir. Füsunkar təbiət mənzərələri, yaşıl çəmənliklər,
güllü, çiçəkli yamaclar, axan bulaqlar, aylı gecələr, quşların nəğməsi və
s. insanda estetik hisslər doğurur. Bundan sonra insana gözəllik hissini
təlqin edən bədii ədəbiyyat, incəsənət əsərləri və musiqidir. İnsanın
özünün hərəkət və rəftarları da bu və ya digər estetik hisslər doğura
bilər. Bəzən insanın estetik hissləri əxlaqi hissləri ilə birləşir. Məsələn,
insan Vətənin təbii mənzərələrindən də gözəl mənzərələrə rast gələ
bilər, ondan həzz alar, lakin bir az keçən kimi həmin gözəllik Vətən
həsrətinin təsiri altında öz cazibədarlığını itirir, adam darıxmağa
başlayır, Vətənin boz çölləri belə, insanın nəzərində dəyişir, gözəlləşir və
daha cazibədar olur.
43.Zehni və praksis hisslər
•Zehni hisslər- insanın idrak fəaliyyəti ilə əlaqədar olub, onu ətraf aləmi
daha dərindən dərk etməyə yönəldən mürəkkəb hisslərdir. Həmin
hisslər təlim prosesində, elmi axtarışlar və yaradıcı fəaliyyət zamanı
meydana çıxır. Hər hansı bir məsələni həll etmək üçün insan
düşündükdə, onda bir sıra zehni hisslər əmələ gəlir. Əgər insan öz
həyatında tamamilə yeni bir obyektlə rastlaşırsa, onda təəccüb hissi
özünü göstərir. Həmin məsələnin həllində isə şübhə hissi əmələ gəlir.
Əgər məsələnin düzgün həll edilməsinə insan inanırsa, bu zaman şübhə
hissi öz yerini inam hissinə verir. Şübhə, təəccüb, inam, yenilik və heyrət
hissləri zehni hisslər hesab olunur. Çünki həmin hisslər insanın zehni
fəaliyyəti zamanı əmələ gəlməklə onu daha geniş axtarışlar aparmağa
təhrik edir.
Dostları ilə paylaş: