Akkumulyatorla işləyərkən təhlükəsizlik texnikası qaydaları Texniki xidmət işlərini aparılması və təşkili zamanı elektrik avadanlıqlarının texniki istismarı və təhlükəsizlik texnikası qaydalarına riayət etmək və həmçinin sahənin spesifik xüsusiyyətlərini nəzərə almaq əsas şərtlərdəndir.
Akkumulyator batareyalarına xidmət edən işçilər növcud normalara uyğun olaraq xüsusi geyimlə və digər müdafiə vasitələri ilə təmin edilməlidirlər.
Xüsusi geyim gündəlik mülkü geyimdən kənarda şkafın xüsusi gözündə saxlanılmalıdır. Xüsusi geyimdən ancaq akkumulyator batareyalarına xidmət edən zaman istifadə etmək olar.
Akkumulyatorlar doldurularkən və formalaşdırılarkən respiratorlardan istifadə etmək lazımdır. Turşu, qələvi məhlulu və elektrolitlə işləyərkən hökmən rezin əlcək və qaloşlardan, rezin gödəkcə və pambıq parçadan hazırlanmış xüsüsi maddə ilə hopdurulmuş geyimdən və qoruyucu eynəkdən istifadə edilməlidir.
Akkumulyator işləyən otağın yaxınlığında əl-üz yumaq üçün yer, sabun, pambıq dəsmal və 5-10%-li çay sodası ilə qarışdırılmış məhlul olan bağlı qab olmalıdır.
Qələvi akkumulyatorları istismar etdikdə neytrallaşdırıcı məhlul kimi 5-10%-li bor turşusu məhlulundan istifadə etmək lazımdır. Gözü yumaq üçün yuxarıda göstərilən turşunun 2-3%-li məhlulundan istifadə etmək lazımdır. Məhlul olan qabların üzərində onların adı yazı ilə göstərilməlidir. Bədənin açıq hissəsinə turşu və ya qələvi düşdükdə həmin yeri əvvəlcə su ilə, sonra isə neytrallaşdırıcı məhlulla yumaq lazımdır. Akkumulyator olan otaqda işə başlamazdan əvvəl hökmən həmin otağın havası dəyişdirilməlidir.
Akkumulyator otağının ventilyasiya sistemi akkumulyatorları doldurmağa başlamazdan əvvəl işə salınmalı və akkumulyatorların doldurulması qurtardıqdan sonra 1,5 saatdan tez olmamaq şərtilə söndürülməlidir.
Elektrolit stolun üzərinə dağılarsa, onu neytrallaşdırıcı məhlula batırılmış əski ilə silmək lazımdır. Elektrolit döşəməyə dağölarsa o əvvəlcə ağac yonqarı ilə (kəpəklə) yığılmalı, sonra isə döşəmə neytrallaşdırıcı məhlula batırılmış əski ilə quruyanadək silinməlidir. Sulfat turşusu ilə dolu qablar bir yerdən başqa yerə xüsusi aparıcıda iki adam tərəfindən aparılmalıdır. Sulfat turşusu ilə dolu qabın əldə və ya çiyində aparılması qəti qadağandır.
Turşulu eloktrolit hazırlayarkən sulfat turşusunu suyn üzərində az-az porsiyalarla və nazik şırnaq kimi tökmək və eyni zamanda bu qarışığı şüşə çubuqla qarışdırmaq lazımdır. Suyu turşunun üzərinə tökmək qadağandır.
Möhkəm qələvini ancaq naqqaşla götürməyə icazə verilir. Qələvini əllə götürmək qadağandır. Qələvi parçasını xırdalayarkən onun kiçik parçalarının gözə və bədənə düşməsinin qarşısını almaq üçün onu təmiz əksiyə büküb sonra əzmək lazımdır. Qələvi elektroliti hazırlayarkən bərk qələvinini su ilə dolu qaba salmaq və ya hazır qələvini tökmək üçün onu kiçik porsuyalarla əlavə etmək və məhlulu metal və ya şüşə çubuqla qarışdırmaq lazımdır. Elektroliti hazırlayarkən ebonit qablardan istifadə edilməlidir. Elektroliti hazırlayarkən, həmçinin dəmir çubuq və qablardan istifadə etmək olar.
Elektrolit və ya distillə edilmiş su akkumulyatora rezin armudvari sifonla, kolba və ya şüşə fincanla tökülməlidir. Elektrolitin sıxlığını və ya temperaturunu yoxlamaq üçün xüsusi areometr və termometrlərdən istifadə etmək lazımdır.
Akkumulyatorlarla iş qurtardıqdan sonra əlləri və üzü sabunla yumaq lazımdır. Akkumulyator olan otaqda çörək yemək, su içmək və həmçinin başqa materiallar və əşyalar saxlamaq qadağan olunur.
Yükün qeyri simmetriliyi, məftillərin müqaviməti böyük olduqda işlədicilərin simmetrikliyi pozulur. neytral məftil olmadıqda gərginliyin qeyri -simmetriliyi çox yüksək olur. Belə ki fazaları qeyri -müntəzəm yüklənmiş ücfazalı işlədicinin işi zamanı sıbır məftilinin qırılması və ya olmaması cərəyan və gərginliyin yenidən paylanmasına səbəb olur. Tutaq ki, fazaları qeyri- müntəzəm yüklənmiş neytral məftili olmayan üçfazalı işlədici sistemi verilib. Burada A fazası qısa qapandıqda (ZA=0). Sıfır nöqtəsi A nöqtəsinin üzərinə düşər.
Onda B və C fazalarda gərginlik dəfə artır, cünki onlar xətt məftilləri arasında qoşulur. Əgər A fazası qırılarsa B və C fazalarının müqavimətləri xətt məftilləri arasında qoşulur. Onda xətt gərginliyi iki fazaya ayrılır və fazaların gərginliyi azalır. Ona görə də 4 məftilli sistemdə neytral məftilin qırılması ehtimalını azaltmaq üçün onun dövrəsinə qırıcı (açarlar, ayırıcılar) qoyulur. Neytral məftil olduqda fazaların qeyri-müntəzəm yüklənməsindən irəli gələn hamısı aradan qalxır.