1.Üçfazalı sistemlər haqqında ümumi məlumat



Yüklə 1,76 Mb.
səhifə18/23
tarix09.05.2023
ölçüsü1,76 Mb.
#110039
1   ...   15   16   17   18   19   20   21   22   23
1. fazal sisteml r haqq nda mumi m lumat

bir tutumdan ibarət HS
Tutum süzgəcinin iş prinsipi kondensatorun xüsusiyyətinə əsaslanır. Kondensator elektrik cərəyanını cəld yığır , ventildən cərəyan axmadığı halda yavaş- yavaş yük müqavimətinə böşalır.
Diodda olan gərginlik kondensatorda və mənbədə olan gərginliklərin fərqinə bərabərdir, ud=u-UC Bu fərq müsbət olarsa onda diod açılır və C kondensatoru dolur. Belə ki, D diodunun müqaviməti çox kiçik olduğu üçün kondensator u-ya qədər dola bilər. Sonra u-UC olduqda diod bağlıdır və kondensator Ry yavaş- yavaş boşalır. Kondensator o vaxta qədər boşalacaqdır ki, mənbəyin gərginliyi u yenidən UC -dən böyük olsun. Boşalma vaxtı zaman sabitindən asılıdır. Zaman sabiti kondensatorun gərginliyinin hansı vaxtda 2,72 dəfə azaldığını göstərir.
Tutum süzgəcinin hamarlama əmsalı kondensator dövrədən acılanda döyünmə əmsalının kondensator dövrəyə qoşulanda düzləndiricinin çıxışındakı döyünmə əmsalına olan nisbətinə bərabərdir.

Tutumlu süzgəclərdən bir qayda olaraq kiçik güclü düzləndiricilərdə istifadə olunur.
İnduktiv-tutum süzgəcləri
Təcrübədə ən cox Г şəkilli induktiv - tutum süzgəclərindən istifadə olunur. Şək.1. Bu növ süzgəclə döyünməni hamarlamaq üçün kondensator -tutum müqaviməti döyünmənin aşağı tezliyi üçün yük müqavimətindən çox kiçik olmalıdır.

Г şəkilli LC süzgəci П şəkilli CLC süzgəci


Bundan başqa birinci harmonika üçün kondensator -tutum müqaviməti drosselin induktiv müqavimətindən çox kiçik olmalıdır. ,
olduğundan, drosselin aktiv müqavimətini nəzərə almasaq və yuxarıdakı şərtləri nəzərə alsaq, Г-şərilli süzgəcin hamarlama əmsalı
- süzgəcin xüsusi tezliyi olduğu üçün hamarlama əmsalını süzgəcin giriş və çıxışındakı məlum döyünmə əmsallarına görə təyin etmək olar. Beləliklə lazım olan induktiv və tutum hasili

П şəkilli CLC süzgəcini iki süzgəcdən barət təsvir etmək olar. Birinci C0 tutumundan, ikinci Г şəkilli LC1 süzgəci .Bu növ süzgəcin hamarlama əmsalı tutum süzgəci və Г şəkilli LC üzgəcinin hamarlama əmsalına bərabərdir
П şəkilli süzgəcdə olanda hamarlama əmsalı öz maksimum qiymətini alır. Böyük qiymətli hamarlama əmsalı almaq üçün çox dövrəli süzgəclərdən istifadə olunur.
Aktiv-tutum (RC) süzgəci
B əzi hallarda az güclü düzləndiricilərdə RC-süzgəclərindən istifadə edilir.Bu növ süzgəcdə R rezistorunda enerji itgiləri və gərginlik düşgüsünün qiyməti çox olur.Lakin LC-süzgəcinə nəzərən qiyməti və qabariti az olur.
Г şəkilli RC süzgəci П şəkilli CRC süzgəci
RC-süzgəcinin hamarlama əmsalı: bu ifadədə müqvimətləri Om-la və -konden-satorunu mikrofaradla göstərməklə,aşağıdakı hesabat ifadələrini alarıq:
f=50 Hs olanda ; f=400Hs olanda Süzgəcin -müqavimətinin qiyməti onun f.i.ə-nın optimal qiymətindən təyin olunur.Optimal f.i.ənın qiyməti 0,6 olur.η=0.8 olanda Onda süzgəcin girişindəki gərginlik Ugir=
П şəkilli CRC süzgəcini iki süzgəcdən barət təsvir etmək olar. Birinci C0 tutumundan, ikinci Г şəkilli RC1 süzgəci .Bu növ süzgəcin hamarlama əmsalı tutum süzgəci və Г şəkilli RC üzgəcinin hamarlama əmsalına bərabərdir.
Rezonans süzgəci
B əzi hallarda hamarlamanın keyfiyyətini yaxşılaşdırmaq üçün rezonanas rezonans süzgəclərindən istifadə olunur.

a) paralel rezonans konturlu süzgəc b) ardıcıl rezonans konturlu süzgəci


Şəkildə göstərilən süzgəc adi süzgəclərdən fərqli olaraq,induktivliyə paralel olaraq -tutumu qoşulmuşdur. -tutumunun qiyməti elə seçilir ki,rəqs konturu düzlənmiş gərginliyin birinci harmonikanın tezliyinə köklənir. Birinci harmonika üçün konturun ekvivalent müqaviməti:
burada -drossel dolağının aktiv müqavimətidir.
Düzlənmiş gərginliyin birinci harmonika üçün konturun ekvivalent müqaviməti ən böyük qiymətə malik olur və düzlənmiş gərginliyin dəyişən toplananı konturda tam ayrılır. Bu süzgəcin hamarlama əmsalı:
Adi - Г tipli LC-süzgəclə müqayisədə paralel konturlu rezonans süzgəcinin hamarlama əmsalı 3-4 dəfə çox olur.
b) şəklində ardıcıl rezonans konturlu süzgəc göstərilmişdir. Burada -tutumuna ardıcıl olaraq -drosseli qoşulmuşdur. Drossel dolağının induktivliyi elə seçilir ki, konturu düzlənmiş gərginliyin əsas harmonikanın rezonans tezlıyinə köklənsin.Bu zaman konturun müqaviməti birinci harmonikanın cərəyanı üçün az olur və olur
burada -drosselin polad materialındakı itgiləri nəzərə alan konturun aktiv müqaviməti və -kondensatoru- nun itgiləri nəzərə alan müqavimətdir.
bu növ süzgəcin hamarlama əmsalı: burada -bucaq tezliyi ; - şəbəkə tezliyi m- düzləndiricinin sxemindən asılı olan düzlənmiş gərginliyin əsas harmonikasının tezliyinin şəbəkə tezliyindən neçə dəfə çox olduğunu göstərən əmsaldır.
Rezonans süzgəcinin mənfi xüsusiyyəti ondan ibarətdir ki, onun effektivliyi ancaq bir rezonans tezliyi üçündür. Rezonans tezliyindən fərqlənən başqa tezliklər üçün konturun müqaviməti daha az olur və hamarlama keyfiyyəti aşağı düşür. Bundan başqa cərəyanın qiyməti dəyişən zaman süzgəc kökdən düşür.
Elektron hamarlayici süzgəclər
Düzləndirici sxemlərdə elektron süzgəcləri geniş istifadə olunur. Burada induktiv dolaqların yerinə tranzistorlar qoşulur. Bu yükün və düzləndiricinin işinə mənfi təsir göstərən kecid proseslərinin təsirinin azalmasına və düzləndiricilərin ölçülərini, kütləsini və dəyərini azaltmağa imkan verir.
Tranzistor yükə ardıcıl və paralel qoşula bilər. Ardıcıl qoşulma yüksək çıx.ş gərginliyi (300-400V) olan düzləndiricilərdə istifadə edilir. Paralel qoşulma çıxış gərginliyi kiçik (on voltlarla ölçülən) olan düzləndiricilər üçün xarakterikdir.
Şəkil 1a -tranzistoru yükə ardıcıl qoşulmuş sadə elektron süzgəc verilmişdir. Elektron süzgəcin girişinə RC dövrəsi qoşulmuşdur. Bu dövrənin zaman sabiti ( düzləndirilmiş gərginliyin əsas harmonikasının döyünmə periodundan qat-qat kiçik olmalıdır. termostabilləşdirmə üçündür.
Əgər yük müqaviməti emitter dövrəsinə qoşularsa (şəkil 1b ) düzləndirici ilə süzgəcin kiçilk çıxış müqaviməti təmin olunur. Belə süzgəc yük cərəyanının dəyişmələrinə az həssas olur. Məhz buna görə emitter təkrarlayıcısı olan belə süzgəc çox geniş yayılmışdır

Tranzistorun yükə paralel qoşulması düzləndirilmiş gərginliyin kiçik qiymətlərində istifadə edilir (şəkil 1c ). iş rejimini termostabilliyi təmin edir. Bu sxemin mənfi cəhəti tranzistordan axan düzlənmiş cərəyanın süzgəcin girişindəki düzləndirilmiş gərginlikdən çox asılı olmasıdır. Bu rranzistordakı gərginlik düşküsünü artırır və düzləndiricinin faydalı iş əmsalını aşağı salır.


Elektron süzgəclərə xas olan mənfi xüsusiyyət ondan ibarətdir ki, girişdəki gərginliyin kiçik dəyişmələri çıxış gərginliyinin mütanasib qiymətlərinə gətirib çıxarır
Stabilizatorlar və onların klassifikasiyası
Ş əbəkə gərginliyi və tezliyi, ətraf mühitin temperaturu və yük cərəyanı dəyişəndə çıxış gərginliyi dəyişir. Qidalandırma bloklarında çox vaxt çıxış gərginliyini sabit (dəyişməz) səviyyədə saxlamaq tələb olunduğundan düzləndirici və yük arasında süzgəcdən sonra əlavə bir qurğu gərginlik stabilizatoru daxil edilir. Şəkil 1. Şəbəkə gərginıliyinin və ya yük müqavimətinin dəyişdiyi halda yükdəki gərginliyi sabit saxlayan qurgu stabilizator adlanır.

Bəzi qurğularda gərginliyi yox cərəyanı stabilləşdirmək lazım gəlir (məs.elektromaqnit dövrələri) . Bu cür qurğularda cərəyan stabilizatorları qoyulur. Gərginlik və cərəyan dəyişmələri işlədicinin – elektron qurğusunun işinə mənfi təsir göstərdiyindən stabilizator aramsız və avtomatik işləməlidir. Stabilizatorlar çıxış gərginliyinin dəyişmələrini azaltmaqla yanaşı həm də periodik dəyişmələri, daha doğrusu döyünmələri də azaldır.


Stabilləşdirilən kəmiyyətə görə gərginlik və cərəyan stabilizatorları mövcuddur. Stabilləşdirmə üsuluna görə stabilizatorlar parametrik və kompensasiyalı stabilizatorlara bölünürlər.
Parametrik stabilizatorlarda əsas element qeyri – xətti element olan stabilitrondur. Parametrik stabilizatorlarda stabilləşdirmə prinsipi cərəyanın qiymətinin dəyişməsi halında stabilitronların köməyi ilə müəyyən hüdudlar daxilində gərginliyin qiymətini sabit saxlamaqdır.
Kompensasiyalı stabilizatorlar prinsipcə avtomatik tənzimləyici sistemlərdən ibarətdir. Burada stabilləşdirmə sxemə daxil edilən tənzimləyici elementin (tranzistorun) parametrlərini dəyişməklə aparılır. Stabilləşdirmə dəqiqliyinə görə stabilizatorlar 4 qrupa bölünür
1) dəqiqliyi kiçik olan-çıxış kəmiyyətinin qeyri-stabilliyi 2,5 dən çox
2) orta dəqiqliyə malik (0,5 – 2,5 ) ; 3) yüksək dəqiqliyə malik (0,1 – 0,5 ) ; 4) presizion (0,1 - dən kiçik).
Stabilizatorları xarakterizə edən əsas parametrləri: Gərginliyi stabilləşdirmə əmsalı; cıxış müqaviməti; gərginlik temperatur əmsalı; faydalı iş əmsalıdır
Sxemlərin təyinatında asılı olaraq stabilizatorlara aşağıdakı tələblər qoyulur: yüksək f.i.ə., stabilləşdirmə əmsalı, çıxış gərginliyinin minimal döyünməsi, yüksək iş sürəti,temperatur dəyişmələrinə minimal həssaslıq, çixiş gərginliyinin (cərəyanının) səlis tənzim edilə bilməsi, ölçülərinin və kütləsinin minimal olması.
Stabilizatorların əsas göstəriciləri
Stabilizatorları xarakterizə edən əsas parametrlər aşağıdakılardır:

  1. Gərginliyi stabilləşdirmə əmsalı – girişdəki gərginliyin nisbi dəyişməsinin çıxışdakı gərginliyin nisbi dəyişməsinə olan nisbətidir;


Burada, .

  1. Çıxış müqaviməti – çıxışdakı gərginlik artımının yük cərəyanı artımına olan nisbətidir:


Mənfi işarəsi yük cərəyanının artması nəticəsində çıxış gərginliyinin artmasını və azalmasını götərir.

  1. Gərginlik temperatur əmsalı- temperatur dəyişən zaman çıxış gərginliyinin stabilliyini xarakterizə edir:

burada - temperatur dəyişməsidir.

  1. Faydalı iş əmsalı :

Yükə daxil olan gücün stabilizatorun girişinə daxil olan nisbəti faydalı iş əmsalı adlanır
Parametrik sabit gərginlik stabilizatoru
Parametrik gərginlik stabilizatorlarının ən sadə sxemndə xətti və qeyri – xətti elementlər ardıcıl birləşdirilir. Belə bir pilləli sxem mənbəylə ardıcı qoşulmuş ballastik (söndürücü, məhdudlaşdırıcı) rezistordan və yük müqavimətinə paralel birləşdirilmiş stabilitrondan ibarətdir, şək.1.1. Bir pilləli parametrik gərginlik stabilizatorunun iş prinsipi aşağıdakı kimidir. Stabilizatorun girişində gərginlik artanda VD1 stabilitronundan axan cərəyan kəskin artır və bu rezistorundakı gərginlik düşgüsünü artırır. Ballastik rezistordakı gərginlik artımı tədricən stabilizatorun girişindəki gərginliklə bərabərləşir və nəticədə stabilizatorun çıxış gərginliyi sabit qalır. Buradan görünür ki, ballastik müqavimətdə gərginlik düşküsü giriş gərginliyinin dəyişmələri nəticəsində dəyişərək çıxış gərginliyinin sabit saxlanmasına kömək edir. Sxemin işçi rejimi olan və - də kifayət qədər gərginlik düşgüsü yaranan haldır. Burada: . Stabilizasiya əmsalını artırmaq üçün çox vaxt iki pilləli gərginlik stzbilizatorundan istifadə edilir. şək.1.2. Sxemdə çıxış pilləsi bir pilləli sxemdə olduğu kimi VD1 stsbilitronundan və ballastik rezistorundan ibarətdir.
Bu pillə VD2, VD3 stabilitronları və rezistoru üzərində yığılmış ilkin pillədən qidalanır.
Iki pilləli sxemdə stabilizasiya əmsalı birinci və ikinci pillənin stabilizasiya əmsallarının hasilinə bərabərdir :
Parametrik gərginlik stabilizatorlarının köməyi ilə 1V a və hətta 100V – a qədər gərginliyi stabilləşdirmək olur. Parametrik stabilizatorların müsbət cəhəti sxemin sadəliyi, mənfi cəhəti isə f.i.ə-nın kiçik olması, daxili müqavimətin böyük (5-20Om) olması,stabilləşdirmə əmsalının çox böyük olmaması və bu sxemin yalnız yük müqavimətinin kiçik qiymətlərində işləyə bilməsidir.
Kompensasiyali sabit gərginlik stabilizatorlar
Kompensasiyalı sabit gərginlik stabilizatorları yük cərəyanın böyük dəyişmələrində gərginliyin geniş diapazonda stabilliyini təmin edir və cıxış gərginliyini tənzimləməyə imkan verir.
Bu stabilizatorlar qapalı MƏƏ – yə malik avtomatik tənzimlənən sistemdən ibarətdir. Sistemdə çıxış gərginliyi ölçülür, sabit dayaq gərginliyi ilə müqayisə edilir, yaranan siqnal fərqi sxemə daxil edilir və çıxış gərginliyini verilən qiymətdə qərarlaşdırır.
Kompensasiyalı stabilizatorlar xətti və açar tipli olur.Tənzimləyici elementin yükə qoşulmasından asılı olaraq stabilizatorlar ardıcıl və paralel tipli stabilizatorlara ayrılırlar. Sxem a – da fasiləsiz tənzimlənən elementin ardıcıl qoşulması göstərilmişdir. Burada stabilizator sabit və ya dəyişən cərəyan mənbəyindən qidalanır. Qida gərginliyi düzləndirici və süzgəcdən keçərək stabilizatora daxil olur. Giriş gərginliyi və yük cərəyanı dəyişəndə çıxış gərginliyi dəyişir. Bu zaman ölçü elementi (ÖE) çıxış gərginliyini dayaq gərginliyi ilə müqayisə edir və onun çıxışında fərq siqnalı yaranır. Dayaq gərginliyi mənbəyi kimi parametrik stabilizatordan istifadə olunur. Fərq siqnalı gücləndirici (G) vasitəsilə gücləndirilərək tənzimləmə elementinə (TE) təsir edir. Tənzimləmə elementi kimi tranzistorlardan istifadə olunur. TE -dəki gərginlik dəyişərək çıxış gərginliyini müəyyən dəqiqliklə kompensasiya edir. Çıxış gərginliyinin artması TE-in müqavimətini və ondakı gərginlik düşküsünü artırır və nəticədə stabilizatorun çıxışında gərginliyin qiyməti azalır.
Sxem b -də fasiləsiz tənzimlənən elementin paralel qoşulması verilmişdir. Paralel sxemdə cıxış gərginliyi tənzimləyici elementdən axan cərəyanı dəyişməklə tənzim edilir.Tənzimləyici element yükə paralel qoşulur. Giriş gərginliyinin dəyişməsi ilk anda çıxış gərginliyini dəyişdirir. Ölçü elementinin (ÖE) çıxışında giriş gərginliyi ilə dayaq gərginliyi arasındakı fərq siqnalı yaranır. Fərq siqnalı gücləndirici (G) vasitəsilə gücləndirilir, tənzimləyici elementin (TE) girişinə ötürülür. TE-də cərəyan dəyişir, bu sxemin qida mənbəyindən aldığı cərəyanın dəyişməsinə səbəb olur. Giriş cərəyanının dəyişməsi müqavimətində gərginlik düşgüsünü dəyişdirir və nəticədə çıxış gərginliyi öz əvvəlki qiymətinə qayıdır. Çıxış gərginliyi azalanda hər iki sxemdə əks tənzimləmə prosesi baş verir.
Ikinci dərəcəli elektrik qida mənbələrində fasiləsiz sabit cərəyanla işləyən diskret və inteqral elementlər üzərində yığılmış kompensasiyaedici gərginlik stabilizatorlarından geniş istifadə edilir.


İNVERTORLAR
Sabit gərginliyi dəyişən gərginliyə çevirən çeviricilərə invertorlar deyilir. Bu halda sabit cərəyanın istiqaməti saxlanılmalıdır. Gərginliyin qütbü isə dəyişdirilir, yəni enerji verən mənbənin cərəyanının istiqaməti enerji qəbul edən mənbənin elektrik hərəkət qüvvəsinə tərəf yönəldilmişdir.
İnvertorlarda tiristorların açılıb qoşulması dəyişən cərəyan şəbəkəsinin gərginliyi ilə yerinə yetrilir. Bu invertorların çıxış gərginlik və tezlikləri şəbəkə gərginliyinin göstəricilərinə uyğun gəlir.
Təcrübədə ən çox birfazalı orta noqtəli (şəkil 1a ) və üçfazalı körpü invertor sxemi (şəkil 1b ) istifadə edilir.

Lg induktivliyi invertorun əks e.h.q-nin ani qiyməti ilə qida mənbəyi gərginliyi (Uq ) arasındakı fərqi hamarlayır. İnvertor ventillərinin normal iş rejimi aşağıdakı şərtdən təyin edilir:



burada invertor ventillərinin qoşulmasının tezləşditmə bucağı; kommutasiya bucağı; tristorun bağlayıcı xüsusiyyətlərinin bərpa bucağıdır.
Sabit cərəyanı dəyişən cərəyana çevirən, avtonom yükə işləyən çeviriciyə avtonom invertorlar deyilir. Avtonom invertorların çıxış parametrləri gərginliyin tezliyi, amplitudu, əyrinin forması, çeviricinin sxemi, onun iş rejimləri və idarə sistemi ilə təyin edilir.
Avtonom invertorlar çıxış gərginliyinin fazasına görə birfazalı və üçfazalı olurlar. Elektromaqnit proseslərinin xüsusiyyətlərinə görə cərəyan, gərginlik, rezonans invertorları mövcuddur. Avtonom invertorlar idarəolunma xüsusiyyət -lərinə görə öz-özünə təsirlənən və xaricdən təsirlənən invertorlara bölünürlər.
Təcrübədə ən çox xaricdən təsirlənən avtonom invertorlardan istifadə olunur. Bu invertorların idarə sistemində dəyişən gərginlik generatorlarının köməyi ilə tezliyin stabilliyi və tənzimi əldə edilə bilir.
Avtonom invertorlardan stabilləşdirilmiş çıxış göstəricilərinə görə tezlik çeviriciləri kimi və ikinci qida mənbəyi kimi istifadə etmək olar.
.Tezlik çeviriciləri. Sıfır nöqtəli üçfazalı birbaşa rabutəli tezlik çevirici sxemi
Tezliyi, sənaye tezliyindən fərqli olan dəyişən cərəyan işlədicilərini qidalandırmaq üçün tezlik (impuls) çeviricilərdən istifsdə edilir. Tezlik çeviriciləri iki hissədən ibarətdir: 1) Sənaye tezlikli dəyişən cərəyanı sabit cərəyana çevirən - düzləndiricidən; 2) Sabit cərəyanı tələb olunan tezlikli dəyişən cərəyana çevirən - avtonom invertordan. Tezliyin çevrilməsi müxtəlif struktur sxemlərə malik sistemlərin köməyi ilə əldə edilir. Bunlardan aşağıdakı iki sistem daha çox tətbiq olunur:

  1. Aralıq dövrəli sabit cərəyan sistemi; 2) Birbaşa rabitəli dövrə sistemi. Birbaşa rabitəli tezlik çevirici sxemləri aşağıdakılara bölünür :

  1. Üçfazalı və ya çoxfazalı sxem (coxçfazalı sxem körpü və sıfır nöqtəli sxemlərə ayrılır);

  2. Birfazalı və üçfazalı faza parcalanma sxemləri.

Sıfır nöqtəli üçfazalı sistemdə (şəkil1) iki tristor qrupu məhdudlaşdırıcı drossellərı ilə qarşılıqlı paralel qoşulur.

Şəkil 1


Hər iki qrup razılaşdırılmış rejimdə işləyir: V1 qrupu düzləndirici rejimində (ventillərin açılma bucağı qrupu invertor rejimində ( ) işləyir. drosselləri tristorlarının arasından axan bərabərləşdirici cərəyanın səviyyəsini azaldır.Burada ventil qrupları ayrıca idarə edilir.Ventillərin açılma bucaqlarını dəyişməklə xüsusi idarəetmə sxeminin köməyi ilə çeviricinin çıxışında dəyişən gərginlik alınır. Bu gərginliyin amplitud və tezliyi idarə edən siqnalın amplitud və tezliyi ilə təyi edilir. Zamanın hər istənilən anında hər iki tristor qrupundakı gərginliklərin orta qiyməti eyni, ani qiymətləri müxtəlif olur. Nəticədə çeviricinin daxili konturunda dəyişən işarəli gərginlik təsir göstərir və drossel ilə məhdudlanan bərabərləşdirici cərəyan əmələ gəlir.
Sıfır nöqtəli üçfazalı çeviricinin mənfi cəhəti onun çıxış gərginlik əyrilərinin formasının çox təhrif olunmasıdır. Bu çeviricinin f.i.ə - nın azalmasına səbəb olur.
Birbaşa tezlik çeviriciləri idarə olunan elektrik intiqallarının qidalandırılması üçün istifadə edilir.
Sənayedə müxtəlif növ tezlik çeviriciləri istehsal edilir: asinxron mühərriklərin fırlanma
sürətlərinin səlis tənzimi, sənaye tezlikli üşfazalı cərəyanın 150, 200, 400 hs tezlikli dəyişən cərəyana çevrilməsi və.s
.
Geniş impuslu sabit gərginlik impuls ceviricisi
Sabit gərginlik impuls çeviricilərində sabir gərginlik ardıcıl bir qütblü impulslara çevrilir. Çıcış impulslarının tezliyini və davam etmə müddətini dəyişməklə çıxış gərginliyi tənzimlənir.
Sabit gərginlik impuls çeviricilərinin iki növü var:

  1. Geniş impulslu çeviricilər – bunlarda çevrilmənin sabit qiymətində impulsların davam etmə müddətini dəyişməklə gərginlik tənzimlənir;

  2. Tezlik impuls çeviriciləri – bunlarda əmsallarının sabit qiymətlərində çevrilmənin tezliyi dəyişdirilir.


Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin