2 Dİskİn və həlqənİn ətalət momentlərİnİn təyİnİ


Diskin və həlqənin ətalət momentlərinin təyini



Yüklə 1,09 Mb.
səhifə5/6
tarix20.12.2022
ölçüsü1,09 Mb.
#76808
1   2   3   4   5   6
2L DİSKİN ƏTALƏT MOMENTİNİN TƏYİNİ (1)

Diskin və həlqənin ətalət momentlərinin təyini

Yuxarıda qeyd edildiyi kimi diskin kütlə mərkəzindən keçən, onun doğuranına paralel tərpənməz oxa nəzərən ətalət momenti nəzəri olaraq
düsturu ilə hesablana bilər. Burada, m- diskin kütləsi, R isə radiusudur. Həlqə üçün bu düstur

kimidir. Burada m- həlqənin kütləsi, R- həlqənin xarici, r isə daxili radiusudur.
Bir daha qeyd edək ki, disk və həlqənin ətalət momentlərini bu düsturlar vasitəsilə nəzəri hesablamaq mümkündür.
Disk və həlqənin ətalət momentlərini təcrübi olaraq fırlanma hərəkəti dinamikasının əsas tənliyi olan qanunundan istifadə etməklə tapmaq olar.

Burada, M- qüvvə momenti, - fırlanan cismin bucaq təcilidir.
Qüvvə momentini tapmaq üçün fırlanma hərəkəti sensorunun üfüqi müstəvidə fırlanan şkivinə bağlanmış və digər ucundan yük asılmış ipi şkivə bir neçə dəfə dolayaraq buraxmaq lazımdır (şəkil 1 ).



Şəkil 1.
Bu zaman ipin F gərilmə qüvvəsinin momenti düsturu ilə hesablana bilər. Yük düşərkən sürtünmə olmadıqda ipin gərilmə qüvvəsi Nyutonun II qanununa görə



olacaqdır (şəkil 2 b). Burada, m- ipə bağlanan yükün kütləsi, g- sərbəstdüşmə təcili, a-isə şkivin tangensial təclidir. Şkivin tangensial təcili düsturu ilə hesablanır.
Burada, - bucaq təcili, r- isə şkivin radiusudur. Onda olar.
M-in bu qiymətini düsturunda nəzərə alsaq, fırlanan cismin ətalət momenti

olar. Bu düsturunun köməyi ilə diskin, yaxud həlqənin ətalət momentini təcrübi hesablaya bilərik.

İşin gedişi: İnterfeys ilə işə başlamaq üçün tələb olunan hazırlıqlar

  1. Fırlanma hərəkəti sensoru və onun hissələri 2-ci şəkildə göstərilmişdir. Sensor üfüqi vəziyyətdə şaquli dayağa bərkidilir. Təcrübə aparılarkən disk, yaxud həlqə sensorun üzərinə qoyulur. Ucundan yük asılmış ip şaquli müstəvidə fırlanan blokdan aşırılaraq sensorun şkivinə bərkidilir. İpi sensorun şkivinə elə dolamaq lazımdır ki, yük buraxıldıqda şkiv bir neçə dəfə fırlana bilsin.

Şəkil 2.



  1. Fırlanma hərəkəti sensorunun sarı və qara rəngli məftilləri interfeysin 1-ci və 2-ci kanallarına daxil edilir. Qeyd edək ki, bu məftillərin yerlərini dəyişməklə şkivin fırlanma hərəkətinin istiqamətini dəyişmək olar.

  2. Kompüterdə « Date Studio»da «Ətalət momenti» faylını açmalı



Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin