2 Dİskİn və həlqənİn ətalət momentlərİnİn təyİnİ



Yüklə 1,09 Mb.
səhifə6/6
tarix20.12.2022
ölçüsü1,09 Mb.
#76808
1   2   3   4   5   6
2L DİSKİN ƏTALƏT MOMENTİNİN TƏYİNİ (1)

Tapşırıq 1. Fırlanma hərəkəti sensorunun şkivinin, diskin və həlqənin ətalət momentlərinin nəzəri yolla hesablanması
1. Qollu tərəzidən istifadə etməklə fırlanma hərəkəti sensorunun skivinin, diskin və həlqənin kütlələrini təyin etməli.
2.Stangenpərgarın köməyi ilə skifin, diskin və həlqənin diametrlərini ölçərək, onların müvafiq radiuslarını hesablamalı.
3. və düsturlarından istifadə edərək diskin və həlqənin ətalət momentlərinin nəzəri qiymətlərini hesablamalı.

Tapşırıq 2. Diskin və həlqənin tangensial təcilinin tapılması

T əcrübə aparılarkən disk və həlqə fırlanma hərəkəti sensorunun oxuna geydirilərək şkivin üzərinə qoyulur və sistem hərəkətə gətirilir. Hər bir hal üçün interfeys vasitəsilə bucaq sürətinin zamandan asılılığı ( kompüterin ekranında qeyd olunur. Bucaq sürətinin zamandan asılılığı düz xətt verir. Bu düz xəttin meyl bucağının tangensi isə fırlanma hərəkətinin bucaq təcilinə bərəbər olur.


a. Disk və həlqəni qurğudan götürərək fırlanma hərəkəti sensorunun şkivinə bərkidilmiş ipə 5 q kütləli yük bağlanmaqla sistem hərəkətə gətirilir. Kompüterin ekranında asılılığı qeyd olunur. Alınmış düz xəttin meyl bucağının tangensinə əsasən ε bucaq təcili müəyyən edilir və düsturu vasitəsilə tangensial təcil hesablanır.

Şəkil 3.
b. Ətalət momenti təyin ediləcək diski fırlanma hərəkəti sensorunun üzərinə yerləşdirib, ipdən 20 q kütləli yük asılaraq sistem hərəkətə gətirilir (şəkil 2). Yenə asılılığına əsasən əvvəl təyin edilir, sonra isə düsturu vasitəsilə diskin tangensial təcili hesablanır.
c. Həlqəni diskin üzərinə yerləşdirib, disk üçün aparılmış təcrübəni təkrar etməklə həlqənin tangensial təsilini tapmaq olar (şəkil 3 ).

Tapşırıq 3. Fırlanma hərəkəti sensorunun şkivinin, diskin və həlqənin ətalət momentlərinin təcrübi yolla hesablanması

1. Fırlanma hərəkəti sensorunun şkivinin, diskin və həlqənin ətalət momentlərinin təcrübi qiymətlərini ayrı-ayrılıqda hesablayın.


2. Fırlanma hərəkəti sensorunun şkivinin disklə birlikdə ətalət momentindən, sensorun şkivinin ətalət momentini çıxmaqla diskin ətalət momentinin təcrübi qiymətini tapın.
3. Fırlanma hərəkəti sensorunun şkivinin disk və həlqə ilə birlikdə ətalət moimentindən şkivin disklə birlikdə ətalət momentini çıxmaqla həlqənin ətalət momentinin qiymətini tapın.
4. Disk və həlqənin ətalət momentinin və düsturlarına əsasən hesablanmış nəzəri qiymətləri ilə təcrübi qiymətləri arasındakı kənara çıxmaları

ifadəsinə əsasən hesablayın.
Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin