2-Dünyagörüşü anlayışı, onun məzmunu, strukturu və tipləri


mexaniki hərəkətə - məkanca yerdəyişməni,  kütlələrin hərəkətini;  fiziki



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə10/86
tarix07.08.2023
ölçüsü1,66 Mb.
#138834
1   ...   6   7   8   9   10   11   12   13   ...   86
2-D nyag r anlay , onun m zmunu, strukturu v tipl ri (1)

mexaniki
hərəkətə - məkanca yerdəyişməni, 
kütlələrin hərəkətini; 
fiziki 
hərəkətə - elektromaqnetizm, istilik, səs və s. 
kimyəvi
hərəkətə - mad-
dələrin atom və molekullarının şevrilməsini; 
bioloji 
hərəkətə - canlı zülalı, maddələr mübadiləsini; 
sosial
hərəkətə - cəmiyyətdə baş verən dəyişiklikləri. 
Varlıq anlayışının konkretləşdirilməsi isə ilk növbədə 
materiya
kateqoriyası vasitəsilə yerinə 
yetirilir. Materiya anlayışını fəlsəfəyə Platon gətirmişdir. Onun fikrincə, materiya istənilən həndəsi 
fiqur forması alan formasız, qeyri-müəyyən makandan ibarətdir. Materiya insana öz duyğuları ilə 
bəlli olan, duyğularımızdan asılı olmayaraq mövcud olan və duyğularımızla əks olunan. surəti 
alınan, şəkli alınan, inikas edılən obyektiv reallığı göstərmək üçün fəlsəfi bir kateqoriyadır.
Materiyanın mövcudluq formalarından əsasən hərəkət, məkan və zamanı göstərmək olar. 
Hərəkət materiyanın atributu, onun mövcudluq üsulu olmaqla ümumiyyətlə dəyişiklik deməkdir. 
Məkan materiyanın strükturunu, uzunluğunu, yanaşı mövcud olmasını, müəyyən sıraya 
düzülməsini və o materiyanın varlıq formasıdır. Zaman isə maddı obyektlərin mövcud olmasının, 
sürəkliliyini, halların və vəziyyətlərin dəyişilmək ardıcıllığını ifadə edərək materiyanın atributu, 
varlığının forması kimi çıxış edir. 
Müasir elm materiyanın quruluşunun yeni səviyyələrini kəşf etmişdir və buna uyğun olaraq 
hərəkətin yeni formaları aşkar olunmuşdur. Ona görə də Engelsin təsnifatını inkişaf etdirmək və 
tamamlamaq lazımdır, lakin onun əsasında qoyulan prinsiplər öz dəyərini saxlayır, çünki hərəkətin 
formaları materiyanın növlərinin qarşılıqlı əlaqəsinin mühüm xüsusiyyətlərini və onların inkişafını 
nəzərə almaqla əhatə edir. 
Bu təsnifatda sadalanan hərəkətin formalarını materiyanın inkişafının üç mühüm mərhələsinə 
və bu inkişafda yaranan maddi aləmin sahələrinə müvafiq olaraq 
üç bloka – cansız təbiətdə, canlı 
təbiətdə və cəmiyyətdə
- ayırmaq olar. Cansız təbiəti hərəkətin fiziki və kimyəvi formalarının 
qarşılıqlı əlaqəsi, canlı təbiəti bioloji, cəmiyyəti isə hərəkətin sosial forması xarakterizə edir. Bu 
bloklar arasındakı əsas genetik əlaqə Engelsin təsnifatında düzgün aşkar olunmuşdur. Onların 
daxili parçalanmasına və onların maddi daşıyıcıları haqqında təsəvvürlərə gəldikdə isə müasir elm 
özünün ciddi düzəlişlərini etmişdir. 
Daha əhəmiyyətli dəyişiklik hərəkətin mexaniki, fiziki və kimyəvi formalarına aiddir. XX əsr 
elmi XIX əsrdə məlum olmayan 
fiziki hərəkətin yeni formalarını 
kəşf etmişdir: elementar 


19 
hissəciklərin çevrilməsi və subelementar səviyyənin qarşılıqlı fəaliyyəti ilə bağlı olan mikroaləm 
prosesləri; meqaaləm prosesləri – qalaktik qarşılıqlı fəaliyyət və Metaqalaktikanın genişlənməsi. 
Hərəkətin fiziki və kimyəvi formaları arasındakı qarşılıqlı münasibət problemi də yeni qaydada 
qoyulmuşdur: hərəkətin kimyəvi forması bir tərəfdən mikroaləmin qarşılıqlı fəaliyyətindən 
yaranır, digər tərəfdən isə molekulyar fiziki hərəkət kimi formaların yaranmasının şəraitidir. O 
sanki mikroaləm fizikasından makrofizik proseslərə keçidi təmin edir. 
Müasir elm 
bioloji hərəkətin
təbiətini anlamağa çox yenilik gətirdi. Onun ilkin maddə 
daşıyıcıları dəyişdirildi. Biosferanın bütövlüyü haqqında baxışlar formalaşdı, hərəkatın bioloji 
formasının müxtəlif növaltıları aşkarlandı. Elmin gələcək tərəqqisi həm materiyanın, həm də 
hərəkətin yeni formalarının kəşfinə gətirib çıxaracaqdır, müasir baxışları dəqiqləşdirəcək və 
dəyişəcəkdir. Bu inkişaf prosesində materiyanın hərəkət formaları haqqında dialektik – materialist 
təlim konkretləşdiriləcək, yeni məzmunla zənginləşdiriləcək, bir çox hallarda dəyişdiriləcəkdir.
Materiyanın hərəkət formaları haqqında təlimin ən mühüm tərəflərindən biri 
ictimai 
proseslərin materiyanın hərəkətinin sosial forması
kimi şərhidir.Bu şərh tarixin materialist 
anlaşılmasının kəşfi və işlənib hazırlanması hesabına mümkün olmuşdur. Ona görə də o dünyaya 
marksist fəlsəfi baxışlar üçün xasdır. İctimai həyatda maddi və mənəvi prosesləri ayıran dialektik 
materializm maddi proseslərin birinciliyini qeyd edir, ancaq onları cəmiyyətin mənəvi həyatından 
ayırmır. Yalnız mücərrəd şəkildə ictimai həyatın bu sahələrini bir-birindən ayırmaq olar. Real 
gerçəklikdə isə onlar qarşılıqlı şəkildə fəaliyyət göstərir, məhz bunun hesabına materiyanın quru-
luşunun xüsusi səviyyəsi kimi cəmiyyət mövcuddur. 
Materiyanın hərəkətinin ali formasını bütövlükdə və tam şəkildə aşağı formaya endirmək, 
azaltmaq olmaz
– tutaq ki, yalnız fiziki-kimyəvi xassələrdən çıxış edərək, materiyanın 
quruluşunun bioloji səviyyəsinin keyfiyyət xüsusiyyətlərini nəzərə almadan, biotəkamülü, təbii 
seçməni inkar etməklə və s. bioloji prosesləri təsvir etmək olmaz. Eyni ilə insan cəmiyyətinin 
inkişafını da yalnız bioloji qanunauyğunluğa əsaslanaraq, sosial inkişafın xüsusiyyətlərini nəzərə 
almadan başa düşmək mümkün deyildir. 
Hərəkətin keyfiyyətcə müxtəlif formaları arasındakı genetik əlaqənin inkar edilməsi maddi 
gerçəkliyin bu və ya digər obyektlərinin elmi tədqiqindəhəqiqətin cidditəhrifinə gətirib çıxara 
bilər. 
Fəlsəfəni həmişə predmetin keyfiyyətinin dəyişməsi, yəni onun əsas xassələrinin dəyişməsi 
müşahidə olunan hərəkət növləri maraqlandırmışdır. Predmetin xassələri qaldıqca o özü olaraq 
qalır. Oxuduğun dərsliyin kağızları sarala bilər, yazılar pozular, çirklənə bilər, ancaq nə qədər ki, 
mətni oxumaq mümükündür o öz keyfiyyətini saxlayır – dərslik olaraq qalır. Bu keyfiyyətlər 
itdikdə isə kitab artıq kitablıqdan çıxır və başqa şeyə çevrilir – kirli kağız parçası olur. Lakin 
predmetin dəyişikliyi prosesində keyfiyyət yalnız yox olmur, bu vaxt predmet yeni keyfiyyər də 
kəsb edə bilər. Deyirlər ki, nə vaxtsa meymunlar insana çevrilmişlər, südəmər, düşüncəsiz uşaq 
çox vaxt ağıllı yetkin olur, kareta avtomobilə çevrilir və s. Bundan başqa keyfiyyətin dəyişməsinin 
həm geriyə dönən (su-buz-su), həm də geriyədönməz (uşaq-yeniyetmə) ola - bilər sonuncu 
dəyişiklik növü
 inkişaf
adlanır. 
Beləliklə, 
inkişaf 
– geriyədönməz keyfiyyət dəyişikliyidir. Belə hesab olunur ki, inkişaf həm 
mütərəqqi,
yəni artan mürəkkəbliklə və obyektin nizamlanması ilə baş verən, həm də 
tənəzzül
– 
obyektin cırlaşması, onun dağılması, məhv edilməsi və s. kimi olur. 

Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin