2-Dünyagörüşü anlayışı, onun məzmunu, strukturu və tipləri


-Materiyanın fəlsəfi anlamı



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə6/86
tarix07.08.2023
ölçüsü1,66 Mb.
#138834
1   2   3   4   5   6   7   8   9   ...   86
2-D nyag r anlay , onun m zmunu, strukturu v tipl ri (1)

5-Materiyanın fəlsəfi anlamı 
 
Son dərəcə ümumi mücərrədlik kimi çıxış edən varlıq kateqoriyası mövcudluq əlamətlərinə 
görə ən müxtəlif hadisələri, predmetləri və prosesləri – təbiət obyektlərini, onların xassələrini, 
əlaqə və münasibətlərini, insan kollektivlərini və ayrı-ayrı adamları, sosial institutları, insan 
şüurunun vəziyyətini və s. özündə– birləşdirir. Bütün mövcud olanlar – bizim də məxsus 
olduğumuz dünyadır. 
Varlığın əsas sahələrini (təbiət, cəmiyyət, şüur) ayırmaqla biz qeyri-iradi olaraqbelə güman 
edirik ki, bu sahəyə daxil olan müxtəlif hadisələr proseslər bəzi ən ümumi əsaslarla birləşirlər. 
Bununla belə bir sual yaranır: bu sahələri birləşdirən nəisə ümumi bir şey varmı, dünyanın sonsuz 
müxtəlifliyi haqqında danışmaq olarmı? 
Belə vəhdət ideyası bütün mövcud olanların ən ümumi əsası haqqında baxışlara gətirib çıxarır 
– bunu ifadə etmək üçün fəlsəfədə substansiya kateqoriyası (substantia latın sözü olub - əsasda 
olan şey deməkdir) işlənib hazırlanmışdır. 
Substansiya
konkret şeylərin, hadisələrin, proseslərin 
müxtəlifliyinin daxili vəhdətini ifadə edir – şeylər, hadisələr proseslər onun vasitəsi ilə və onunla 
mövcuddurlar. 
Biz substansiyadan çıxış edərək dünyanın vəhdətini izah edən təlim 
monizm 
fəlsəfəsinə aiddir. 
Ancaq substansiyanın anlaşlımanın özü müxtəlif ola bilər: substansiya kimi materiya və ruhu 
düşünmək olar. Buna uyğun olaraq materialist monizmi (məsələn, Fales, Heraklit, Spinozanın 
təlimləri) və idealist monizmi (məsələn Platonun, Hegelin fəlsəfəsi) fərqləndirmək lazımdır. 
Monizmin əksi kimi dünyanın 
dualist
şərhi dayanır – bu şərhə görə dünya mövcud olan iki 
başlanğıcdan – maddi və ideal – yaranmışdır. Maddi olan cisim – predmet reallığının sahəsini, 
ideal isə ruhlar sahəsini özündə birləşdirir. 
Marksizim-leninizm fəlsəfəsi ənənəvi fəlsəfi materialist monizm ənənələrini davam 
etdirmişdir – bu o deməkdir ki, o varlığın müxtəlifliyinə bütün təzahürləri ilə birlikdə
 maddi vəhdət 
nöqteyi- nəzərindən yanaşmışdır. Şüur isə substansiya kimi yox, materiyanın quruluşunun yalnız 


12 
ali formasına xas olan materiyanın xüsusi xassəsi kimi başa düşülür. Strukturluq hərəkət, məkan 
və zaman materiyanın atributları kimi verilir –bunlar materiyanın xassələridir, onlarsız materiya 
mövcud ola bilməz. Bununla belə bu xassələr materiyadan ayrı ola bilməzlər. 
Yaşadığımız və bir hissəsi olduğumuz dünya 
maddi aləmdir
– o müxtəlif predmetlərdən və 
proseslərdən təşkil olunmuşdur, onlar bir – birinə çevrilir, yaranır və yox olur, şüurumuzda 
inikas 
olunur, ondan asılı olmayaraq mövcuddur. Bu predmetlərdən heç biri ayrıca götürülmüş şəkildə 
materiya ilə eyniləşdirilə bilməz, lakin onların, əlaqələri də daxil olmaqla müxtəlifliyi maddi 
gerşəkliyi təşkil edirlər. 
Materializmin ilkin mərhələlərində materiya şeylərlə yanaşı mövcud olan, konkret şeylərin 
yarandığı və yox olduğu bəzi cisimlər kimi qəbul olunurdu. Dialektikmaterializm materiyanın 
substansiallığı haqqında başqa baxışları inkişaf etdirən – ona vahid maddi aləmin sonsuz inkişaf 
edən müxtəlifliyi kimi baxmağa başladı. Bu nöqteyi-nəzərdən materiya konkret obyektlərlə yanaşı 
deyil, yalnız onların müxtəlifliyi, onlar vasitəsi ilə mövcuddur.

Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin