A. A. Potebnyanın dilçilik görüşləri



Yüklə 148,3 Kb.
Pdf görüntüsü
tarix27.04.2023
ölçüsü148,3 Kb.
#103606
Belge (6)



A.A.Potebnyanın dilçilik görüşləri 

Aleksandr Afanyaseviç 


Potebnya 
görkəmli 
slavyan 
dilçisidir. O dövrün bütün dilçiləri kimi Potebnya da Humboldtun 
güclü təsiri altında olmuşdur. Potebnya Humboldtun “xalq ruhu” və dil 
ideyasını qəbul edir və göstərir ki, dilsiz ruh mövcud ola bilməz, çünki 
ruh dil vasitəsilə yaranır və dil zamanca onda birinci hadisədir. 
Potebnya Humoldtun dilin fəaliyyət olması haqqındakı ideyasını da 
qəbul edir. Humboldtun bu fikri dilin mahiyyətini, dilin öz formalarını 
təkmilləşdirməyə daim can atdığını başa düşməkdə Potebnyaya kömək 
edir. Bunun əsasında Potebnya dilin inkişafını irəliyə doğru hərəkət 
kimi, aşağı formadan yuxarı formaya yüksəliş kimi qiymətləndirir. O 
yazır ki, dil daim inkişafdadır və onda heç bir şeyə donuq baxmaq 
olmaz.
Potebnya yaradıcılığının mahiyyətinə görə psixoloji cərəyanın 
nümayəndəsidir. Onun ümumdilçilik görüşlərini əks etdirən ən mühüm 
əsərləri bunlardır: “Təfəkkür və dil”, “Filologiya elmləri üzrə 
mühazirələrdən”, “Rus dili qrammatikası üzrə qeydlərdən”, 
“Filologiya elmləri nəzəriyyəsi üzrə qeydlərdən”, “Rus dili səslərinin 
tarixinə dair”. Bunlardan başqa Potebnyanın folklor, poetika, rusistika, 
slavistika və dialektologiya haqqında da maraqlı əsərləri vardır. 
Potebnyanın fəlsəfi görüşləri klassik alman fəlsəfəsinin təsiri 
altında formalaşmışdır. Klassik alman filosoflarından İ.Kant, İ.Fixte, 
Q.Hegel, F.Şellinq, alman dilçilərindən V. Fon Humboldt və 
H.Ştayntalın əsərləri Potebnyanın yaradıcılığında öz izini buraxmışdır. 
Potebnya yaradıcılığını iki dövrə bölmək olar. 1860 – 1865-ci illəri 
əhatə edən birinci dövr – bu dövrdə Potebnya Humboldt və Ştayntalın 
ideyalarını, habelə İ.F.Herbart və Q.Lotsenin psixoloji tədqiqatlarını 
tənqidi surətdə mənimsəyib dilin fəlsəfəsi – psixoloji nəzəriyyəsi 
sahəsində tədqiqatlar aparmışdır. Bu dövrdə Potebnya, əsasən 
dilçilikdə psixoloq və filosof kimi çıxış etmişdir. 1865 – 1891-ci illəri 
əhatə edən ikinci dövr – bu dövrdə Potebnya, əsasən rus dilinin 
dialektologiyası, qrammatikası və fonetikası sahəsində tədqiqat 
aparmış, tədqiqatda hind – Avropa dilçiliyi sahəsində əldə edilmiş 
nailiyyətlərdən istifadə etmişdir. 


Potebnyanı bütün yaradıcılığı boyu maraqlandıran əsas problem dil 
və təfəkkürün münasibəti məsələsi olmuşdur. Dilçiliyin bütün 
problemlərinin, o cümlədən dil və təfəkkür probleminin tədqiqində 
Potebnya yaradıcılığında materialist və idealist müddəalar bir – birinə 
sarmaşmışdır. Potebnya göstərir ki, dil sahəsi təfəkkür sahəsi ilə uyğun 
gəlmir. Lakin bunun ardınca dilçi belə bir idealist fikir irəli sürür ki, 
bəşər tarixində elə bir dövr olmuşdur ki, dil təfəkkürlə bağlı 
olmamışdır. Potebnya göstərir ki, dil və fikir ona görə uyğun gəlmir ki, 
rəssamın, musiqiçinin, şahmatçının yaradıcı təfəkkürü sözdə ifadə 
edilmir, riyaziyyatçı isə ən mürəkkəb məfhumları sözlərlə yox, şərti 
işarələrlə ifadə edir. 
Potebnyanın söz haqqında təliminin əsasını sözdə səslənmə və 
mənanın vəhdətdə, sıx əlaqədə olması təşkil edir. Potebnya sözü ya 
üzvlərinə bölünən səslə mənanın vəhdəti, ya da xarici cəhətdən səs 
birliyi, daxili cəhətdən təsəvvür və mənanın birliyi kimi 
müəyyənləşdirir. Onun fikrincə, səslə mənanın bu vəhdəti sözün 
fəaliyyətini təmin edir. Sözlərdən onları təşkil edən səslə mənanı 
ayırsaq, onda onlar söz olmaz. Potebnya sözü üzvlərinə bölünən səslə 
mənanın vəhdəti hesab edir və bu cütlüyə üçüncü bir ünsürü – 
təsəvvürü əlavə edir. Təsəvvür dedikdə, müəllif məna məzmununu, 
yaxud mənanın təsviri üsulunu nəzərdə tutur. Potebnya yazır ki, 
istisnasız olaraq hər hansı bir söz üç ünsürdən ibarətdir: üzvlərinə 
bölünən səsdən, bunsuz söz ola bilməz; təsəvvürdən; sözün 
mənasından.
Potebnya sözdə iki məna – xüsusi, yaxud leksik və ümumi, yaxud 
qrammatik məna görürdü. O göstərirdi ki, söz həqiqi leksik mənasından 
başqa bir sıra ümumi dərəcələrə də işarə edir. Bu dərəcələr dilçilikdə 
qrammatik kateqoriyalar adlanır. O, sözləri iki qrupa bölür: 1) əşyəvi 
və leksik sözlər, tam mənalı, yaxud leksik mənalı sözlər; 2) formal və 
qrammatik sözlər, köməkçi, yaxud leksik mənası olmayan 
sözlər. Potebnya qrammatik forma, qrammatik kateqoriya və nitq 
hissəsi anlayışının tədqiqinə də böyük əhəmiyyət vermişdir. Onun 
fikrincə, qrammatik kateqoriya sözün leksik mənası ilə sıx əlaqədardır. 
Qrammatik kateqoriyalar və nitq hissələri bir başlıq altında tədqiq 
edilməlidir. 


Potebnyanın dilçilik konsepsiyasının əsas mahiyyəti ondadır ki, o, 
dilçiliyin əsas problemlərinin təhlilində özünəməxsus mövqeyi ilə çıxış 
etmişdir.

Yüklə 148,3 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin