51
baxışı üçün səciyyəvidir. Məntiqi olaraq cənnətə və cəhənnəmə inamı aradan qaldıran, orta
əsrlərdə oğuz düşüncəsində möhkəm yer tutan bu azadfıkirlilik islam mühitində meydana çıxmış
bidət deyil, ondan çox qabaq mövcud olan əski əqidədir. Oğuz elində ailənin əsasını
bir-birinə
qarşılıqlı məhəbbət və rəğbət bəsləyən ər-arvad münasibəti təşkil edir. “Kitabi-Dədə Qorqud”da
ata, ana, oğul, qız, gəlin və başqa qohumlar arasında təəssübkeşlik hissi güclüdür.
“Kİtabi-Dədə Qorqud”da müsbət etik-əxlaqi keyfiyyətlər yüksək qiymətləndirilir. İnsanın
həm fiziki, həm də əqli yetkinliyinə böyük əhəmiyyət verilir. “Kitabi-Dədə Qorqud”da oğuz
təəssübkeşliyi, oğuzlar arasında birlik əzmi güclüdür. Oğuzlar arasında birlik çətin vaxtda, dar
ayaqda daha artıq dərəcədə özünü göstərir.
Dədə Qorqud müəyyən dövrdə əxalq mənəviyyatının mücəssəməsi kimi çıxış etmişdir. Bu
abidə Azərbaycan xalqının etnoqrafiyasını, tarixi coğrafiyasını, dilini, düşüncə tərzini,
dünyagörüşünü, sosial-siyasi və əxlaqi baxışlarını, bir sözlə, zəngin mənəviyyatını, mədəniyyətini
təcəssüm etdirən misilsiz qaynaqdır. “Kitabi-Dədə-Qorqud“da verilən kəlamların vacibliyini şərti
olaraq müəyyən mövzulara ayırmaqla-ilahi iradənin müəyyənediciliyi,
zərurətin dərk edilməsi,
təbiət və həyat qanunauyğunluğu, ağlın, idrakın və müsbət xasiyyətlərin qiymətləndirilməsi,
qohum-əqrəba, ailə-övlad münasibətlərini və s.-onun möhtəşəmliyini görmək mümkündür.
Dastanda tanrıya sitayiş, peyğəmbərlərə alqış, dualar, diləklər və başqa mövzular öz əksini
tapmışdır. Müasir dövrdə ailə problemlərində yaranan ziddiyyətlər, gənclərin bu məsələdə bəsit
düşüncəyə, el, ailə qayğısı ilə bağlı yetkin fikrə malik olmamasını
nəzərə alsaq dastandaki bu
məsələlərlə bağlı dəyərli məsləhətlərin bu gün üçün əhəmiyyətini görə bilərik. “Kitabi-Dədə-
Qorqud“da müsbət etik-əxlaqi keyfiyyətlər yüksək qiymətləndirilir, insanın həm fiziki, həm də
əqli yetkinliyinə böyük əhəmiyyət verilirdi. Bu möhtəşəm abidədə ağıl qəhrəmanın hunərini, son
nəticədə isə qələbəsini təmin edən mühüm amildir.
Orta əsrlərdə din ilə bidət arasında gedən açıq mübarizələr çox vaxt ağır faciələrə gətirib
çıxarırdı. X əsrin sonlarında yaranan
və gizli fəaliyyətə başlayan, xalq kütlələri içərisində təbii
elmi biliklər yayan, dini fəlsəfələşdirməyə çalışan, “Saflıq qardaşları“ və “Vəfa munisləri”
cəmiyyəti Bəsrədə yaransa da Azərbaycanda da geniş yayılmışdır. “Saflıq qardaşları və vəfa
munisləri” cəmiyyəti müxalifətçi sxolastlar kimi özlərini “ədalət əhli və həmd övladları”
adlandırırdılar. “Saflıq qardaşları” geniş xalq kütlələri içərisində təbii-elmi biliklər yayır, dini
fəlsəfələşdirməyə çalışırdılar. Dörd hissədən ibarət “Saflıq qardaşları” və “Vəfa munisləri
“ensiklopediyasındakı 52 traktatın on dördü riyaziyyat, on yeddisi təbiət, onu metafizika və on biri
ilahiyyat məsələlərinə həsr olunmuşdur.
“Saflıq qardaşları”nın təlimində təbiət elmi yeddi qismə aynlır: cismani başlanğıclar
haqqında elmdə beş şey-ilk materiya, forma, zaman, məkan və hərəkət, habelə onların arasındakı
münasibətlər, səma və aləm haqqında elmdə göylərin, planetlərin substansiyaları, əmələgəlmə və
məhvolma haqqında
elmdə od, hava, su və torpaqdan ibarət dörd ünsürün mahiyyəti,
meteorologiyada planetlərin hərəkətləri və ünsürlər üzərinə şüa buraxmaları ilə onlara təsir
göstərmələri sayəsində havanın dəyişməsi keyfiyyəti,
mineralogiyada minerallar, botanikada
bitkilər, onların növlərinin xüsusiyyətləri və nəhayət zoologiyada qidalanan, böyüyən, hiss və
hərəkətt edən cisimlər (orqanizmlər) öyrənilir. “Saflıq qardaşları”nın varlıq təlimində Pifaqorun
və onun ardıcıllarının ideyaları mühüm yer tutur. “Saflıq qardaşları”nın fikrincə, filosoflar, alimlər
və hikmət sahibləri mövcud şeylərin başlanğıclarına dair varlığın əsaslarından bəhs etmişlər.
“Saflıq qardaşları”mn traktatlarında ikiliyə materiya və forma, substansiya və aksidensiya,
səbəb və nəticə, işıq və qaranlıq, hərəkət edən və sükunətdə olan, xeyir və şər və s. üçlüyə üç ölçü
(xətt, səth və cisim), üç zaman (keçmiş, indi və gələcək) və i.a. dördlüyə dörd ünsür (od, hava, su
və torpaq), dörd qatışıq (səfra, qan, bəlğəm və öd), dörd fəsil (yaz, yay, payız, qış), dörd cəhət
52
(şərq, qərb, şimal və cənub) və i.a. birrəqəmlilərdən hər birinə bu qayda üzrə
müvafiq misallar
çəkilir. Maraqlıdır ki, “Saflıq qardaşları” beşlik tərəfdarı kimi xürrəmiləri təqdim etmişlər. Beş
səyyari planet - Satum, Yupiter, Mars, Venera, Merkuri, beş növ cisim - od, hava, su, torpaq və
göyün cismi, beş duyğu - eşitmə, görmə, iybilmə, dadbilmə və toxunma, bitkidə beş hissə - kök,
gövdə, yarpaq, çiçək və meyvə beşliyə misal çəkilir.
Orta əsrlər Şərq peripatezminin görkəmli nümayəndəsi, orta əsr müəlliflərinin
“Azərbaycan ölkəsindən”, yaxud “Azərbaycanlı” (“əl-Azərbaycani”) adlandırdığı, ilk
mənbələrdə atəşpərəst hesab olunan, islamı sonradan qəbul
etdiyi söylənən Əbülhəsən
Mərzban oğlu
Dostları ilə paylaş: