53
hər birinə müqəddimə, onlardakı subyekt və predikata isə termin deyilir. Bəhmənyar qeyd edir
ki, sillogizmdə üç termindən düzəlmiş iki müqəddimədən nəticə çıxarılır. Lakin axtarılan çoxlu
müqəddimələrin köməyi ilə müəyyənləşərsə, burada müxtəlif sillogizmlər vardır. Şərq
peripatetiklərmin məntiqində istidlalın forması və materiyası haqqındakı fikirlər xüsusilə
qiymətlidir. İstidlalın forması dedikdə, onun quruluşu, müqəddimələr arasındakı əlaqə,
materiyası dedikdə müqəddimələrin faktiki məzmunu nəzərdə tutulur. İstidlalın düzgünlüyü
onun yalnız quruluşunun, formasının düzgünlüyündən deyil, eləcə də onun müqəddimələrinin
faktik məzmununun düzgünlüyündən asılıdır.
Bəhmənyar əqlin fəaliyyətini idrak qabiliyyəti baxımından qiymətləndirir. Filosofun
idrak nəzəriyyəsi öz məzmunu etibari ilə Şərq fəlsəfəsi fikrində mühüm əhəmiyyətə malikdir.
Bəhmənyarın məntiqi Aristotel ruhunda olsa da filosofun məntiqlə bağlı sərbəst mülahizələri
maraqlıdır. İdrak və məntiq məsələlərindən bəhs edən Bəhmənyar fikir, zehin, zəka, intuisiya
kimi anlayışları da təhlil etmişdir. İnsani nəfs ilə heyvani nəfs arasındakı başlıca fərq idrak
qabiliyyətindədir. Bəhmənyar fəlsəfi biliyin faydasına əxlaqi keyfiyyət baxımından yanaşır,
biliyə yüksək qiymət verir. Əql ən böyük varidatdır. Filosof dünyadakı nemətlərdən istifadə
etməyi, həyatdan zövq almağı hər bir adamın ədalətli, qanuni hüquqi hesab edir. Müasir dövr
üçün Bəhmənyarın etik baxışlarının əhmiyyətini xüsusi qeyd etmək lazımdır. İnsanda yaxşı
keyfiyyət kimi mərdlik, qocalıq, əliaçıqlıq, ağıllıq, xeyirxahlıq və s. hesab edən Bəhmənyarın
gözəlliklə bağlı fikirlərinə də olduqca maraqlıdır.
Orta əsr işraqilik fəlsəfəsinin banisi Şihabəddin Əbdülfutuh Yəhya Həbibi oğlu
Dostları ilə paylaş: