2-Dünyagörüşü anlayışı, onun məzmunu, strukturu və tipləri



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə42/86
tarix07.08.2023
ölçüsü1,66 Mb.
#138834
1   ...   38   39   40   41   42   43   44   45   ...   86
2-D nyag r anlay , onun m zmunu, strukturu v tipl ri (1)

Lüdviq Feyerbax
klassik alman fəlsəfəsinin axırıncı nümayəndəsi olmuş, mütləq ruh 
haqqında hər cür ideyalardan imtina etmiş, insanı mədəniyyətin yeganə yaradıcısı elan etmişdir. 
Qeyd etmək lazımdır ki, 30-cu illər Almaniyası üçün Feyerbaxın fəlsəfi kredosu (əqidəsi) ənənəvi 
deyildir: o öz böyük sələflərinin (Fixte, Şellinq, Hegel) idealizmini kəskin və qəti şəkildə rədd 
etmiş və özünü materialist və ateist elan etmişdir. İdealizmin praktiki olaraq şəriksiz hökmranlığı 
və dini ənənələrə xüsusi hörmətin olduğu ümumi fəlsəfi zəmində bu cür kəskin dönüş diqqəti cəlb 
etməyə bilməzdir. Feyerbax çox cəsarətli və vaxtında yaşamış filosof oldu. Çətin başa düşülən, 
çox yer tutan, olduqca mürəkkəb, hətta sadəcə olaraq anlaşılmaz olan Fixte və Hegel 
konstruksiyasından sonra Feyerbaxın fikirləri sadə və aydın idi. O, sağlam düşüncəyə qayıdışı, 
dumanlı mücərrədliyin buludların üzərində olan yüksəklikdə canlı və günahlı həyata enməsi kimi 
təqdim olundu. Bütün klassik alman fəlsəfəsində olduğu kimi Feyerbaxın yaradıcılığında da 
başlıca insan dəyəri kimi azadlıq mövzusu açıq səslənir. İnsanın mahiyyəti, onun 
özgəninkiləşdirilməsinin dəf edilməsi, ictimai həyatın ağıllı quruluşu problemi insanı onun 
yolunda çıxan hər cür xurafat və mövhumatdan, – o cümlədən fəlsəfi – azad etmək naminə öz 
həllini tapmalıdır. 
Feyerbax insanı «azad etməyi» öz dahi müəllimi Hegelin fəlsəfi sistemini kəskin tənqid etməkdən 
başlayır. İlk növbədə o Hegelin məhbəsə salınmış «mütləq ruh» kateqoriyasını azadlığa buraxmaq 
istəyir; sən demə bu real insandan ayrı salınmış və ilahiləşdirilmiş adi insan şüurudur. 
Feyerbaxın fəlsəfəsini adətən antropoloji (yunanca: antropos – insan, loqos – söz, anlayış, təlim) 
materializm kimi qiymətləndirirlər. Bu mütəfəkkirin yeni fəlsəfə yaratmaq iddiası ilə bağlıdır; bu 
fəlsəfənin mərkəzində insan dayanmalıdır. Feyerbax izah edir ki, «yeni fəlsəfə insanı, həm də 
insanın bazisi kimi təbiəti fəlsəfənin yeganə, universal, xarici predmetinə çevirir, nəticə etibarilə 
antropologiyaya ...universal elmə çevirir».
Amma çox vaxt olduğu kimi, Feyerbaxın baxışlarının, necə deyərlər, «pozitiv» hissəsi 
«tənqidi»dən xeyli zəif alınmışdır. O, öz tənqid edən müəllimlərinin başlıca tapıntılarını – 
dialektikanı və tarixiliyi – qəbul edə bilməmiş və ya qəbul etmək istəməmişdir. Ona görə də ictimai 
münasibətlərin (onlardan ən əsas kimi psixoloji və fizioloji münasibətlər qəbul olunur) şərhində 
onun konsepsiyası tarixə ziddiliyi (məsələn, Feyerbaxda insanın mahiyyəti bütün zamanlarda 
daimidir, həm də onun təmiz bioloji tərəfləri götürülür), təbiiliyi, qnoseologiyada isə seyrçiliyi ilə 
(sanki idrakın subyektinin fəal rolunun aydınlaşdırılmasında Kant və Fixtenin nailiyyətləri 
olmamışdır) və s. səhvə yol verir. 

Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin