2-D nyag r anlay , onun m zmunu, strukturu v tipl ri (1)
Həsən bəy Məlikov Zərdabinin (1842-1907) millət yolundakı tarixi xidmətlərini yüksək qiymətləndirmiş və onu
“Qafqaz müsəlmanlarının atası”, “Zaqafqaziya müsəlmanlarının milli oyanışının ilk bələdçisi”,
“Zaqafqaziya müsəlman ziyalılarının müəllimi və mənəvi atası” adlandırmış, “Müsəlmanlar
arasında Avropa təhsili alan ilk azərbaycanlı” kimi qəbul etmişlər. Zərdabi şüurlu həyatının 40
ildən çoxunu doğma xalqın maariflənməsinə, onun mədəni xalqlar səviyyəsinə yüksəlməsinə, ana
dilində dünyəvi təhsil ocaqlarının yaradılmasına, milli ziyalıların yetişdirilməsi işinə həsr etmişdir.
Böyük maarifçi mütəfəkkirin fikrincə, maarifdən, elmdən məhrum olan xalq işıqdan məhrumdur,
o inkişaf etmiş millətlər arasında doğma millətinin də imzasını görməyi arzulamış, həyatını
xalqının elm, maarif, təhsil yolunu işıqlandırılmasına həsr etmişdir. Onun Zərdabi “Torpaq, su və
hava”, “Barama qurdunun saxlanması” və s. əsərlərində, “Əkinçi”qəzetində və digər mətbu
orqanlarda təbiətşünaslığa və tibbə dair çap edilmiş məqalələrində ayrı-ayrı elm sahələrinə aid
materialist dünyagörüşü mövqeyindən təhlil edilən çoxlu və zəngin məlumatlar vardır. Digər
maarifçi mütəfəkkirlər kimi Zərdabinin də dünyagörüşünün formalaşması və inkişafına Şərq,
Rusiya və Avropa mədəniyyətini dərindən mənimsəməsi, xüsusilə XIX əsrin mütərəqqi materialist
təbiətşünaslığı, maarifçilik və inqlabi-demokratizm ənənələrinin böyük təsiri olmuşdur. XIX əsrin
II yarısı-XX əsrin əvvəllərində Azərbaycan ictimai-siyasi və mədəni fikir tarixinin təkrarolunmaz
simalarından olan Zərdabinin milli maarifçilik, milli oyanış, milli dirçəliş ideyalarının
gerçəkləşməsi yolundakı xidmətləri misilsizdir. Mütəfəkkir alimin coxcəhətli fəaliyyətində
maarifçilik, ana dilində təhsil, qadın təhsili, xalqın maariflənməsi, milli özünütanıma və
özünüdərketmə ideyaları əsas yer tutur.
XIX əsrin görkəmli mütəfəkkiri, maarifçi-alimlərindən biri, yaradıcılığı ilə Azərbaycan və
rus mədəniyyətlərini təmsil edən Qazan və Peterburq universitetlərinin professoru