68
məsələsini irəli sürür və
belə bir nəticəyə gəlir ki, bu ilk səbəb ali mənəvi başlanğıcdır, yaxud
aləmi yaradan allahdır. Neotomistlərin təliminə görə, ali həqiqət yalnız vəhy və dini iman yolu ilə
dərk edilir ki, elm və fəlsəfə də özünün dünyagörüşü əhəmiyyəti olan bütün prinsipial nəticələrini
bu dini imanla uzlaşdırmalıdır.
Tənqidi rasionalizm
əsrimizii 90-cı illərində postpozitivizmin ən inkişaf etmiş
məktəblərindəndir. Onun banisi XX əsrin görkəmli filosofu Karl Popperdir (1902-ci
ildə anadan
olmuşdur). K.Popper təqidi rasionalizmi elmin əsas metodu və alimin davranışının ən rasioial
strategiyası adlandırmışdır. K.Popperin "Məntiq və elmi biliyin artımı", "Obyektiv bilik", "Realizm və
elmin məqsədi", "Açıq cəmiyyət və onun duşmənləri" kimi əsas əsərlərində elmi bilik, rasionallıq,
elmi həqiqət, tarixi proses və onun inkişafı problemlərindən geniş bəhs edilir, bir sıra orijinal fəlsəfi-
sosioloji ideyalar irəli sürülür və əsaslandırılır. 40-50-ci illərin axırlarında o, marksizmi tənqid edərək
sosial-reformizm ideyalarını irəli sürür. K.Popper marksizmi istorisizm adlandıraraq onun
determinizmini Laplasın mexaniki determinizminə oxşadır və belə hesab edir ki, marksizmin yoxsulluğu
da məhz bundan ibarətdir. K.Popper sosial
inkişafda qanunlarla meylləri, onların qarşılıqlı
münasibətlərini fərqləndirməyi irəli sürür. Onun fikrincə, qanun ümumi olduğundan, istənilən hadisədə
fəaliyyət göstörir, meyl isə bu cür əlamətə malik deyildir. K.Popper tarixi materializmi tarixi reallığı
sxemlə əvəz etməkdə günahlandırır.
Fəlsəfi konsepsiya kimi
Dostları ilə paylaş: