2-Dünyagörüşü anlayışı, onun məzmunu, strukturu və tipləri



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə60/86
tarix07.08.2023
ölçüsü1,66 Mb.
#138834
1   ...   56   57   58   59   60   61   62   63   ...   86
2-D nyag r anlay , onun m zmunu, strukturu v tipl ri (1)

Sokratın 
təlimində öz fəlsəfi inikasını 
(ifadəsini) tapmışdır. Sokrat dialektikaya müxtəlif və hətta əks fikirlərin toqquşması və razılaşması 
yolu ilə həqiqətin üzə çıxarılması incəsənəti kimi baxırdı. O, ümumi anlayışların (həqiqət, mərdlik, 
gözəllik) mənası haqqında elmi söhbətlərin (dialoqların) aparılmasını təcrübədən keçirmişdir. Bu 
söhbətlərin məqsədi anlayışların (gözəl qız, gözəl at, dəniz, quru vuruşmalarında, mülki işlərdə 
mərdlik) tipik olmayan hadisələrdə istifadəsindən onların müəyyənliyi üçün ümumi tələb olunan 
istifadəyə keçmək idi. Sokratın təcrübəsini ümumiləşdirən, onun şagirdi 
Platon
dialektikanı 
anlayışların analizi və sintezi metodu kimi, fikrin müxtəlif konkret mənasından ümumi anlayışlara 
-həqiqi mövcud olanları ifadə edən - ideyalara hərəkəti kimi təqdim edir.
Bir tərəfli verilən və buna görə də bu və ya digər məsələnin bəsit anlaşılması fikirlərinə 
münasibətində Sokrat 
istehza
metodundan istifadə edir - müsahibini qismən düz olduğunu etiraf 
etməyə təhrik edir. Filosof dialoq incəsənətini 
mayevtika 
(yunan sözü olub - maieutike - 
mamaçalıq incəsənəti) adlandırırdı, güman edirdi ki, dialoq yeni olan, mübahisə başlayanda 
olmayan, ancaq müzakirə prosesində yaranan nə isə yeni həqiqətin doğulmasına kömək edir. Bu 
cür yanaşmanı bəzən
 evristik
(yunan sözü olub - heurisko - açıram, axtarıram) də adlandırırdılar. 
Bununla qeyd olunurdu ki, yeni qərar, cavab - dialoq iştirakçılarının özünəməxsus yaradıcılığı 
nəticəsidir. Fikrin inkişafı, məsələnin daha dərindən anlaşılması ziddiyyətlərin həll edilməsi 
yolunda fikirlərin toqquşmasında müxtəlif, hətta zidd yanaşma ilə ümuminin aydınlaşdırılmasında 
və müxtəlif fikirlərin müəyyən razılığının yaranmasında yetişir. 


70 
Dialektika mübahisə incəsənəti kimi orta əsrlərdə də inkişaf etmişdir. Orta əsrlər 
dialektikasının zirvəsi 
Pyer Alberyarın
əsərləri oldu. O 
“Hə və yox
” kitabını antik nümunədə 
qurmuşdur, yəni müəllimin verdiyi suallar və şagirdin verdiyi cavablar sistemi əsasında yazmışdır. 
Müəllim bilə - bilə, qəsdən şagirdləri düzgün olmayan nəticəyə gətirir, sonra isə dəf edilməz, 
qarşısı alınmaz və şübhəsiz dəlillərlə onların fikrini rədd edirdi, öz nöqteyi - nəzərini qəbul etməyə 
məcbur edirdi. Orta əsrlərdə mübahisə incəsənəti təbliğçilik (mübəlliğlik) ustalığı vasitəsi kimi, 
başqa cür fikirləşənləri dəlillərinin rədd etmək metodunun işlənib hazırlanması vasitəsi kimi 
yayılırdı. Bu cür məhdud məqsədli olmasına baxmayaraq o, Avropa mədəniyyətinə müəyyən töhvə 
vermişdir və bizim günlərdə də yaradıcı elmi, fəlsəfi, iqtisadi, hüquqi və digər diskussiyalarda 
istifadə olunan müasir dialoq formasının yaranmasına kömək etdi. 
Əsrlərlə yığılan dialektik polemika mədəniyyətinin - mürəkkəb problemləri müzakirə etmək 
bacarığını, müxtəlif, çox vaxt zidd nöqteyi - nəzərləri dəqiqləşdirmək, anlamaq, aşkar etməyi 
bacarmaq - keçici olmayan əhəmiyyəti vardır. Yaradıcı dialoqun dialektikasının məqsədi - 
opponentin əzilməsi, məhv edilməsi yox, ziddiyətin həll edilməsi gedişində mürəkkəb problemlərə 
düzgün, əsaslı yanaşmağa cəhd etməkdir. 
Vaxt getdikcə dərk olundu ki, fikirlərin toqquşması və ziddiyətlərin dialektik həll edilməsi 
üsulu yalnız real adamların canlı mübahisəsi şəraitinə tətbiq edilmir - o, həm də müxtəlif vaxtlarda, 
müxtəlif ölkələrdə, sosial sistemlərdə, mədəniyyətlərdə qəbul edilmiş ziddiyətli baxışlar, 
mövqelər, fikir istiqamətlərinin təhlili üçün də vacibdir. Mətnlər və digər informasiya vasitələri 
bir - birindən uzaq və hətta bizdən əvvəl yaşamış adamlarla real və ya fikir polemikasına girməyə 
imkan verir. Nəsillərin, dövrlərin, mədəniyyətlərin, milli, siyasi, dini, fəlsəfi ənənələrin, 
məktəblərin dialoqu da mümkündür. Müxtəlif tərəflərin mübahisəsinin sxemi bir adam tərəfindən 
ümumi cizgilərlə və həqiqət axtarmaq prosesində işlənib hazırlanır. Tədricən belə bir baxış yetişdi: 
yaradıcı təfəkkür öz məğzinə görə dialoqludur. Belə bir şeyə də nail olundu ki, dialektika yalnız 
insan təfəkkürünə xas deyildir. İnsanlar arasındakı narazılığı həll etmək üsulu varlığın mürəkkəb 
şəraitində yaranan mübahisələri həll etmək üçün də əvəz olunmaz üsuldur. Yaradıcı mübahisə 
vərdişi varlığın real çoxcəhətliliyini və hərəkətliliyini, dəyişkənliyini anlamağa kömək edirdi. Real 
aləmin bu xüsusiyyətləri çoxdan qeyd olunub, ancaq onların dərk olunmasında hər dəfə çətinliklər 
yaranır.

Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin