2-Dünyagörüşü anlayışı, onun məzmunu, strukturu və tipləri



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə53/86
tarix07.08.2023
ölçüsü1,66 Mb.
#138834
1   ...   49   50   51   52   53   54   55   56   ...   86
2-D nyag r anlay , onun m zmunu, strukturu v tipl ri (1)

Mirzə Ələkbər Sabir
öz qələmi ilə 
proletariatın tərəfində durmuş, burjuaziya və mülkədarlara qarşı barışmaz mövqe tutmuş, 
haqsızlığı, zülm və istismarı kəskin tənqid və ifşa edən şeirlər yazmışdır. İnqilaba qədər dini-
sxolastik ruhda şeirlər yazan Sabir inqilabdan sonra gerçəkliyi özündə əks etdirən daha ciddi 
məzmunlu əsərlər yazmağa başlamış, köhnəlik və yeniliyin mübarizəsində yeniliyi müdafiə etmiş, 
insanları öz hüquq və haqlarını tələb etməkdə əzmkarlıq göstərməyə çağırmışdır. Sabir inqilab, 
yenilik, milli azadlıq hərəkatının, mütləqiyyət quruluşunun məhv edilməsinin, zülm və istismarın 
aradan qaldırılmasının tərəfdarı olmuşdur. Sabir beynəlmiləlçiliyin, bütün xalqların dostluq və 
qardaşlıq şəraitində yaşamalarının və həmrəy, çətinliklərə, əsarətə, haqsızlığa, ədalətsizliyə qarşı 
mübarizədə yekdil olmalarının tərəfdarı və müdafiəçisi olmuşdur.
Uzun və çətin yaradıcılıq yolu keçmiş 
Abdulla Şaiqin
yaradıcılığı həmişə təkamüldə olmuş, 
get-gedə inkişaf etmiş, cilalanmışdır. Şaiqin yaşadığı dövrdə Azərbaycanda burjua ideologiyası, 
proletar dünyagörüşü və demokratik fikir cərəyanları geniş yayılışdır. Azərbaycan burjua 
ideologiyasında müasir cəmiyyətin mahiyyəti, onun gələcək inkişafı problemi, cəmiyyətin 
həyatını müəyyən edən amillər, cəmiyyətdə tərəqqi və tənəzzül, cəmiyyətin hərəkətverici 
qüvvələri, dövlət quruluşu, siniflər və sinfi mübarizə, sosializm ieyaları, həyatın maddi və mənəvi 
qüvvələri, gələcək ədalətli ictimai quruluş kimi problemlər qoyulurdu. Burjua ideoloqları 
cəmiyyətin inkişafında obyektiv qanunauyğunluqların olmasını qəbul etmir, onun inkişafının ayrı-
ayrı fərdlər və subyektlərin iradəsi ilə müəyyən olunduğunu iddia edirdilər. Azərbaycanda güclü 
sosial fikir cərəyanlarından biri də demokratik cərəyan idi. Bu cərəyana yaxın mövqedə duran 
Azərbaycan romantiklərinin dünyagörüşü, xüsusilə onların fəlsəfi baxışları bu dövrdə sosial fikrin 
parlaq səhifələrindən birini təşkil edir. 


65 
fikir 
cərəyanlarının 
mübarizəsi 
şəraitində 
formalaşmış 

Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin