normativ hüquqi aktda dəyişikliklərin edilməsi – normativ hüquqi akta onun müddəalarının
mətnini dəyişən və ya əlavə normaların daxil edilməsi;
1.0.24.
normativ hüquqi aktdan sui-istifadə imkanı – normativ hüquqi aktda korrupsiya təzahürləri
üçün şəraitin yaranmasına kömək edən müddəaların mövcudluğu;
1.0.25.
diskresion səlahiyyətlər – orqanın (şəxsin) öz mülahizəsinə görə tətbiq edə biləcəyi
səlahiyyətləri;
1.0.26.
dispozitiv imkan – orqanın (şəxsin) öz seçimi ilə davranış imkanı;
1.0.27.
normativ hüquqi aktın hüquqi qüvvəsi – normativ hüquqi aktın müvafiq ictimai münasibətlərə
tətbiqinin məcburiliyini, habelə onun digər normativ hüquqi aktlar barəsində üstünlüyünü və ya tabeliyini
müəyyən edən xarakteristika.
M a d d ə 2. Normativ hüquqi aktlar və onların hüquqi qüvvəsi 2.1. Normativ hüquqi aktların növləri Azərbaycan Respublikası
Konstitusiyasının 148-ci maddəsi ilə
müəyyən edilir.
2.2. Normativ hüquqi aktların hüquqi qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının
149-cu maddəsinin II, III, IV, V, VI hissələri və 151-ci maddəsi ilə müəyyən edilir.
2.3. Referendumla qəbul edilmiş akt (bundan sonra – referendum aktı), qanun, fərman və ya digər
normativ hüquqi akt Azərbaycan Respublikasının Konstitusiyası ilə ziddiyyət təşkil etdikdə Azərbaycan
Respublikasının Konstitusiyası tətbiq edilir.
2.4. Qanun, fərman və ya digər normativ hüquqi akt referendum aktı ilə ziddiyyət təşkil etdikdə
referendum aktı tətbiq edilir.
2.5. Azərbaycan Respublikasının
Mülki Məcəlləsi mülki hüquq normalarını əks etdirən digər məcəllə və qanunlarla ziddiyyət təşkil etdikdə Azərbaycan Respublikasının Mülki Məcəlləsi tətbiq edilir.
2.6. Fərman və ya digər normativ hüquqi akt qanunla ziddiyyət təşkil etdikdə qanun tətbiq edilir.
2.7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı, mərkəzi icra hakimiyyəti orqanlarının
normativ hüquqi aktları fərmanla ziddiyyət təşkil etdikdə fərman tətbiq edilir.
2.8. Mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları Azərbaycan Respublikası Nazirlər
Kabinetinin qərarı ilə ziddiyyət təşkil etdikdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı tətbiq
edilir.
2.9.