Milli Məclisinin təsdiqinə verir; 12) Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ali komanda heyətini vəzifəyə
təyin və vəzifədən azad edir ;
13) Azərbaycan Respublikası
Prezidentinin Administrasiyasını təşkil edir və onun rəhbərini təyin edir; 14) Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin seçilməsi haqqında Azərbaycan
Respublikası
Milli Məclisinə təqdimat verir; 15) Azərbaycan Respublikasının
xarici ölkələrdə və beynəlxalq təşkilatlarda diplomatik nümayəndəliklərinin təsis edilməsi haqqında Azərbaycan Respublikası
Milli Məclisinə təqdimat verir, Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda diplomatik
nümayəndələrini təyin edir və geri çağırır; 16) xarici dövlətlərin diplomatik nümayəndələrinin
etimadnamə və övdətnamələrini qəbul edir; 17) dövlətlərarası və hökumətlərarası beynəlxalq müqavilələri bağlayır, dövlətlərarası və Azərbaycan
Respublikasının qanunlarından fərqli qaydalar nəzərdə tutan hökumətlərarası müqavilələri təsdiq və ləğv
olunmaq üçün Azərbaycan Respublikasının
Milli Məclisinə təqdim edir; təsdiqnamələri imzalayır; 18) referendum
təyin edir; 19) qanunları
imzalayır və dərc edir; 20) vətəndaşlıq məsələlərini həll edir;
21) siyasi sığınacaq verilməsi məsələlərini həll edir;
22) əfv edir;
23) dövlət təltifləri ilə təltif edir;
24) ali hərbi və ali xüsusi rütbələr verir;
25) ümumi və qismən
səfərbərlik elan edir , habelə səfərbərlik üzrə çağırılanları
tərxis edir; 26) Azərbaycan Respublikası vətəndaşlarının müddətli hərbi xidmətdə çağırılması və müddətli hərbi
xidmətdə olan hərbi qulluqçuların ehtiyata buraxılması
barədə qərarlar qəbul edir; 27)