xalqının vahidliyini təcəssüm etdirir və
Azərbaycan
dövlətçiliyinin varisliyini təmin edir.
III. Azərbaycan Respublikasının Prezidenti Azərbaycan dövlətinin
müstəqilliyinin, ərazi bütövlüyünün və Azərbaycan Respublikasının
tərəfdar çıxdığı beynəlxalq müqavilələrə riayət olunmasının təminatçısıdır.
IV. Azərbaycan Respublikasının Prezidenti
məhkəmə hakimiyyətinin müstəqilliyinin təminatçısıdır.
M a d d ə 9 . Silahlı Qüvvələr I. Azərbaycan Respublikası öz təhlükəsizliyini və müdafiəsini təmin etmək məqsədi ilə Silahlı Qüvvələr yaradır. Silahlı Qüvvələr Azərbaycan Ordusundan və başqa silahlı birləşmələrdən ibarətdir. II. Azərbaycan Respublikası
başqa dövlətlərin müstəqilliyinə qəsd vasitəsi kimi və
beynəlxalq münaqişələrin həlli üsulu kimi müharibəni rədd edir.
III. Azərbaycan Respublikasının
Prezidenti Azərbaycan Respublikası Silahlı Qüvvələrinin
Ali baş komandanıdır. M a d d ə 1 0 . Beynəlxalq münasibətlərin prinsipləri Azərbaycan Respublikası başqa dövlətlərlə münasibətlərini
hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarında nəzərdə tutulan prinsiplər əsasında qurur.
M a d d ə 1 1 . Ərazi I. Azərbaycan Respublikasının ərazisi
vahiddir ,
toxunulmazdır və
bölünməzdir .
II. Azərbaycan Respublikasının
daxili suları, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına
mənsub olan bölməsi,
Azərbaycan Respublikasının
üzərindəki hava məkanı Azərbaycan Respublikası
ərazisinin tərkib hissəsidir.
III. Azərbaycan Respublikasının ərazisi özgəninkiləşdirilə bilməz. Azərbaycan Respublikası öz ərazisinin
heç bir hissəsini heç bir şəkildə kimsəyə vermir;