dünyəvi xarakter daşıyır.
M a d d ə 1 9 . Pul vahidi I. Azərbaycan Respublikasının
pul vahidi manatdır. II. Pul nişanlarının tədavülə
buraxılması və tədavüldən çıxarılması hüququ yalnız
Mərkəzi Banka mənsubdur. Azərbaycan Respublikasının
Mərkəzi Bankı dövlətin müstəsna mülkiyyətindədir .
III. Azərbaycan Respublikasının ərazisində manatdan
başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. M a d d ə 2 0 . Dövlətin borclarına qoyulan məhdudiyyətlər Azərbaycan
dövlətinə qarşı qiyama və dövlət çevrilişinə kömək məqsədi ilə alınmış
borclar Azərbaycan Respublikası tərəfindən
öhdəlik kimi qəbul edilə və ödənilə bilməz. M a d d ə 2 1 . Dövlət dili I. Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan
dilinin
inkişafını təmin edir.
II. Azərbaycan Respublikası əhalinin danışdığı başqa dillərin
sərbəst işlədilməsini və inkişafını təmin edir. M a d d ə 2 2 . Paytaxt Azərbaycan Respublikasının paytaxtı
Bakı şəhəridir.
M a d d ə 2 3 . Azərbaycan dövlətinin rəmzləri I. Azərbaycan Respublikasının
dövlət rəmzləri Azərbaycan Respublikasının
Dövlət bayrağı ,
Azərbaycan Respublikasının
Dövlət gerbi və Azərbaycan Respublikasının
Dövlət himnidir .
7
Esed_muellim_rustemli
051-395-94-95
II. Azərbaycan Respublikasının Dövlət bayrağı bərabər
enli üç üfüqi zolaqdan ibarətdir . Yuxarı zolaq