ya xüsusi rütbəsi olmayan şəxslərə (dövlət qulluqçusu olmayan işçilər – xadimə, dalandar, bağban, gözətçi, ocaqçı,
ixtisas dərəcəsi olmayan fəhlə və s. istisna olmaqla)
bu Qanun şamil edilir .
2.4. Bu Qanunda başqa hal nəzərdə tutulmayıbsa, bu Qanun Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinə və vitse-prezidentlərinə, Azərbaycan Respublikası Milli
Məclisinin deputatlarına, Azərbaycan Respublikasının Baş nazirinə və onun müavinlərinə, Azərbaycan Respublikası
məhkəmələrinin hakimlərinə, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinə (Ombudsmana),
Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinə və onların müavinlərinə, Azərbaycan
Respublikası Mərkəzi Seçki Komissiyasının sədrinə, sədr müavinlərinə, katibinə və üzvlərinə, Azərbaycan
Respublikası Hesablama Palatasının sədrinə, sədr müavininə və auditorlarına, yerli icra hakimiyyəti orqanlarının
rəhbərlərinə (başçılarına), Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatlarına, Naxçıvan Muxtar
Respublikasının Baş nazirinə və onun müavinlərinə, Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti
orqanlarının rəhbərlərinə, habelə hərbi qulluqçulara
şamil olunmur. 2.5. Bu Qanun müvafiq icra hakimiyyəti
(Yerli İcra hakimiyyəti) orqanlarının tabeliyində olan müəssisələrin
işçilərinə şamil edilmir. Bu işçilərin əmək münasibətləri Azərbaycan Respublikasının
Əmək Məcəlləsi ilə tənzimlənir.
M a d
M a d d ə 3 . Dövlət qulluğunun əsas vəzifələri
3.1. Dövlət qulluğunun əsas vəzifələri aşağıdakılardır:
3.0.1. Azərbaycan Respublikasının Konstitusiyası və digər qanunvericilik aktları əsasında
vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi; 3.0.2. dövlət orqanlarının səlahiyyəti hüdudlarında qərarların hazırlanması, qəbul edilməsi, icrası və icraya nəzarət
edilməsi;
3.0.3. dövlət orqanlarının səmərəli fəaliyyətinin və dövlət qulluqçuları tərəfindən vəzifə səlahiyyətlərinin yerinə
yetirilməsinin təmin edilməsi.
M a d
M a d d ə 4 . Dövlət qulluğunun prinsipləri
4.1. Dövlət qulluğu aşağıdakı prinsiplərə əsaslanır:
43
Esed_muellim_rustemli
051-395-94-95
4.1.1. qanunçuluq;
4.1.2. Azərbaycan Respublikasında qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının