Konstitusiyasını qanunlarını və onlara müvafiq olaraq qəbul edilmiş digər qanunvericilik aktlarını rəhbər tuturlar
və
siyasi partiyaların və ictimai birliklərin qərarlarının onlara dəxli yoxdur.
M a d
M a d d ə 5 . Dövlət qulluğunu idarəetmə orqanları
5.1. Azərbaycan Respublikasında bu Qanunun tətbiqinə nəzarəti, dövlət qulluğunun normativ-metodiki
təminatını, Azərbaycan Respublikasında dövlət qulluqçuları kateqoriyasına aid edilən şəxslərin siyahısını müəyyən
etməyi Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası həyata keçirir (bundan sonra—Şura).
Şura 18 nəfər üzvdən ibarətdir. Şuranın
6 üzvü Azərbaycan Respublikasının Prezidenti tərəfindən, 6 üzvü Azərbaycan
Respublikası Milli Məclisinin sədri tərəfindən
, 6 üzvü isə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri
tərəfindən təyin edilir.
Şuranın səlahiyyətləri qanunla təsdiq edilən Əsasnamə ilə müəyyən edilir .
5.2.
Şura dövlət orqanı deyil və onun üzvləri öz səlahiyyətlərini ictimai əsaslarla həyata keçirirlər. 5.3. Şuranın qəbul etdiyi qərarların məcburiliyi müvafiq dövlət qulluqçuları üçün müvafiq olaraq Azərbaycan
Respublikasının
Prezidenti , Azərbaycan Respublikası
Milli Məclisinin sədri və Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin sədri tərəfindən təmin edilir.
M a d
M a d d ə 6 . Dövlət qulluğu haqqında qanunvericilik
Dövlət qulluğu haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan,
Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, Azərbaycan Respublikasının dövlət qulluğunu
hüquqi cəhətdən tənzim edən və dövlət qulluqçularının hüquqi vəziyyətinin xüsusiyyətlərini müəyyən edən digər
qanunvericilik aktlarından ibarətdir.
I I f ə s i l