tam orta təhsili olmalıdır.
13.4. İnzibati və yardımçı vəzifələri tutmaq üçün əlavə tələblər
qanunvericiliklə və vəzifə təlimatları ilə
müəyyən edilir.
I V f ə s i l
DÖVLƏT QULLUQÇUSU M a d M a d d ə 1 4 . Dövlət qulluqçusu
14.1. Dövlət qulluqçusu bu Qanunla müəyyən edilmiş qaydada maaşlı (maaş yalnız bu Qanunun 7.1-ci maddəsində göstərilən mənbələrdən verilə bilər) dövlət qulluğu vəzifəsini tutan və inzibati vəzifə üzrə dövlət
qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən
Azərbaycan Respublikasının vətəndaşıdır. 14.2.
inzibati vəzifə tutan və hakimiyyət səlahiyyətləri alan dövlət qulluqçusu dövlət vəzifəli şəxsdir. M a
M a d d ə 1 5 . Dövlət qulluqçusunun andı
15.1. And Azərbaycan Respublikası ilə dövlət qulluqçusu arasında
açıq hüquqi borc və sədaqət münasibətlərini təsdiq edir.
15.2.
İlk dəfə daimi dövlət qulluğuna qəbul edilmiş vətəndaş vəzifəsinin icrasına başlamamışdan əvvəl aşağıdakı məzmunda and içir :
«Azərbaycan Respublikasına sadiq olacağıma, onun Konstitusiyasına dönmədən əməl edəcəyimə, dövlət sirrini və
xidməti sirri qoruyacağıma, dövlət qulluğunun mənə verdiyi hüquqları və üzərimə qoyduğu vəzifələri qərəzsiz,
vicdanla, ancaq qanunauyğun surətdə, var gücümlə və vətənin mənafeyi naminə həyata keçirəcəyimə and içirəm».
15.3. Andiçmə təntənəli şəraitdə Azərbaycan Respublikasının
Dövlət bayrağı altında Azərbaycan Respublikasının Konstitusiyasına əl basmaqla həyata keçirilir.
15.4.
Andiçmə bir dəfə olur . And içən dövlət qulluqçusu andın mətnini imzalayır və bu sənəd onun şəxsi işində
saxlanılır.
15.5. Dövlət qulluğunun ayrı-ayrı növlərində andın status xüsusiyyətləri Azərbaycan Respublikasının