48
Esed_muellim_rustemli
051-395-94-95
aşağı salına bilər. Bu qaydada aşağı salınmış ixtisas dərəcəsində qulluq müddəti həmin intizam tənbehinin verilməsi
haqqında əmrin imzalandığı gündən hesablanır.
17.8. İxtisas dərəcəsinin verilməsi, aşağı salınması və ixtisas dərəcəsindən məhrum etmə tətbiq olunarkən
dövlət qulluqçusunun əmək kitabçasında və şəxsi işində müvafiq qeydlər edilir
İnzibati vəzifə
Qulluqda Təsnifatda İxtisasda
Ali
X
X
X
1-2
5
3
3-4-5
3
6
2
7
2
Yardımçı vəzifə
İxtisasda ardıcıl
olaraq
1-ci təsnifat
2 il
2-ci təsnifat
2 il
3-cü təsnifat
1 il
4-cü təsnifat
1 il
M a d
M a d d ə 1 8 . Dövlət qulluqçusunun əsas vəzifələri
18.0. Dövlət qulluqçuları vəzifədə olaraq aşağıdakıları etməlidirlər:
18.0.1. qanunvericiliyi və dövlət orqanlarının qəbul etdikləri başqa normativ hüquqi aktları həyata keçirməli;
18.0.2. rəhbərlərin öz səlahiyyəti hüdudunda verdikləri əmrləri, sərəncamları və göstərişləri yerinə yetirməli;
18.0.3. dövlət orqanında müəyyən edilmiş qulluq reqlamentinə riayət etməli;
18.0.4. başqa dövlət qulluqçularının işini çətinləşdirən, yaxud qulluq keçdiyi dövlət orqanının nüfuzunu aşağı sala
biləcək hərəkətlərə yol verməməli;
18.0.5. vətəndaşların, müəssisə, idarə və təşkilatların müraciətlərinə vaxtında baxmalı və öz səlahiyyətləri hüdudunda
onları qərəzsiz
həll etməli;
18.0.6. lazım gəldikdə öz ixtisası hüdudunda rəhbərin göstərişi ilə əlavə iş görməli;
18.0.7. dövlət sirrini və qanunla mühafizə edilən digər sirri həmişə, o cümlədən dövlət qulluğuna xitam verildikdən
sonra da saxlamalı;
18.0.8. vəzifə borcunun yerinə yetirilməsi vaxtı daxil olan və vətəndaşların şəxsi və ailə həyatı, şərəfi və ləyaqəti ilə
bağlı məlumatları gizli saxlamalı və qanunla nəzərdə tutulmuş hallar istisna edilməklə, belə məlumatların verilməsini
tələb etməməli;
18.0.9. qulluq keçdiyi orqanın rəhbərinə hər il öz gəlirləri və əmlak vəziyyəti haqqında maliyyə hesabatı verməli,
orada əlavə gəlirlərin
mənbəyini, növünü və məbləğini göstərməli;
18.0.10. qanunvericilikdə müəyyən edilmiş hallarda və qaydada müvəqqəti olaraq başqa yaşayış yerinə keçməli,
başqa yerdə qulluq keçməli və ya başqa vəzifələri icra etməli;
18.0.11. qanunvericilikdə müəyyən edilmiş hallarda və qaydada öz fiziki və əqli qabiliyyətinin və ya tapşırılan
funksiyaların icrasına yararlı olmasının müəyyən edilməsi üçün tibbi komissiyalarda müayinə keçməli;
18.0.12. etik davranış qaydalarına əməl etməlidir.
M
Dostları ilə paylaş: