52
Esed_muellim_rustemli
051-395-94-95
25.9. Dövlət qulluqçusu qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada
inzibati və cinayət
məsuliyyətinə cəlb
oluna bilər.
25.10. Dövlət qulluqçusu onun təqsiri üzündən dəymiş zərər üçün qanunvericiliklə müəyyən edilmiş qaydada
maddi
məsuliyyət
daşıyır. Dövlət qulluqçusunun qanuna uyğun hərəkətləri nəticəsində dəymiş zərərin əvəzi tam
həcmdə
Azərbaycan Respublikasının dövlət büdcəsinin, Naxçıvan Muxtar Respublikasının büdcəsinin, sosial təminatı və
müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının və işsizlikdən sığorta fondunun büdcəsinin vəsaiti hesabına
ödənilir.
25.11. Dövlət qulluqçusu
“Korrupsiyaya qarşı mübarizə haqqında”
Azərbaycan Respublikası Qanununun
5.1
-ci
maddəsində müəyyən edilmiş tələblərə əməl etmədikdə və ya həmin Qanunun
9-cu
maddəsində göstərilən
hüquqpozmaları törətdikdə
(onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) intizam
məsuliyyətinə cəlb olunur.
M a d M a d d ə 2 6 . Qanunsuz göstərişin yerinə yetirilməsi üstündə dövlət qulluqçusunun məsuliyyəti
26.1. Dövlət qulluqçusu öz hərəkətlərinin qanuniliyi üçün cavabdehdir.
26.2. Rəhbər işçinin göstərişini qanunsuz sayan dövlət qulluqçusunun etirazına baxmayaraq, həmin rəhbər işçi öz
göstərişini qüvvədə saxlayırsa və ondan yuxarı vəzifəli rəhbər işçi həmin göstərişi ləğv etmirsə,
dövlət qulluqçusu
məsuliyyətdən azad olunur.
V f ə s i l
DÖVLƏT QULLUĞU KEÇMƏ
M a d d ə 2 7 . Dövlət qulluğuna qəbul edilmək hüququ
27.1. Azərbaycan Respublikasının 16 yaşına çatmış, irqindən,
etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən,
sosial mənşəyindən, əmlak vəziyyətindən, yaşayış yerindən, əqidəsindən, ictimai və digər birliklərə mənsubiyyətindən
asılı olmayaraq
Dostları ilə paylaş: