69
Esed_muellim_rustemli
051-395-94-95
Korrupsiyaya qarşı mübarizə haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Bu Qanun korrupsiya ilə əlaqədar hüquqpozmaların aşkar edilməsi, qarşısının alınması və nəticələrinin
aradan qaldırılmasına, sosial ədalətin, insan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiə olunmasına,
iqtisadiyyatın inkişafı üçün əlverişli şəraitin yaradılmasına, dövlət orqanlarının və yerli özünüidarəetmə
orqanlarının,
publik hüquqi şəxslərin (bundan sonra – qurum), vəzifəli şəxslərin fəaliyyətinin qanuniliyinin,
şəffaflığının və səmərəliliyinin təmin edilməsinə yönəlmişdir.
Bu Qanun, habelə dövlət orqanlarına
və yerli özünüidarəetmə orqanlarına, qurumlara əhalinin etimadının
möhkəmləndirilməsi, peşəkar kadrların dövlət orqanlarında və yerli özünüidarəetmə orqanlarında
,
qurumlarda qulluğa girməyə həvəsləndirilməsi, həmin şəxslərin korrupsiya ilə əlaqədar hüquqpozma törətməsini
istisna edən şəraitin yaradılması məqsədini daşıyır.
Dostları ilə paylaş: