sənədləşdirilmiş və ya açıq elan edilmiş xəbər şəxsiyyət barədə məlumata
aiddir. Şəxsiyyət haqqında
sənədləşdirilmiş məlumat mənbəyi onun adına verilmiş, onun tərəfindən imzalanmış sənədlər və öz səlahiyyətləri çərçivəsində orqanlar tərəfindən şəxsiyyət haqqında toplanmış məlumatlardır . Şəxsiyyətin
dini mənsubiyyəti və əqidəsi barədə məlumat yalnız onun tərəfindən könüllü təqdim edildikdə dövlət orqanları tərəfindən toplana bilər. Şəxsiyyətin
siyasi partiyaya üzvlüyü və ya bitərəf olması barədə məlumat yalnız qanunla nəzərdə tutulmuş hallarda dövlət
orqanlarına təqdim edilməlidir.
M a d d ə 1 4 . Şəxsiyyətin onun haqqında toplanmış məlumatla tanış olmaq hüququ
Şəxsiyyət haqqında məlumat
qanunla müəyyən edilmiş qaydada toplanır, işlənir və mühafizə olunur .
Məlumatın aldatma, hədə-qorxu və başqa qanunsuz vasitələrlə toplanması qadağandır .
Qanunla müəyyən edilmiş qaydada əməliyyat-axtarış fəaliyyəti zamanı əldə edilən məlumatlar,
habelə cinayət işinin istintaqı ilə əlaqədar toplanılan məlumatlar istisna olmaqla şəxsiyyətin onun haqqında
məlumatın toplanması ilə əlaqədar aşağıdakı hüquqları vardır:
onun haqqında toplanan məlumatla tanış olmaq; məlumat toplanması vaxtı onun haqqında toplanan məlumatın hansı məqsədlə və necə, həmin məlumatın kim tərəfindən istifadə olunmasını bilmək; məlumatda dəqiqləşdirmələr aparılmasını tələb etmək .
Şəxsiyyətin onun haqqında məlumatların toplanılması ilə bağlı
“Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq digər hüquqları da vardır.
Qanunvericiliyə müvafiq surətdə dövlət orqanlarının topladığı məlumatların kənar şəxslər
tərəfindən əldə etməsinə yol verilmir.
Şəxslər haqqında məlumatın saxlanılması qanuni məqsədlər üçün qanunvericiliklə müəyyən