2 Esed muellim rustemli 051-395-94-95


müraciətə baxan subyektin rəhbəri, dövlət



Yüklə 1,8 Mb.
Pdf görüntüsü
səhifə149/240
tarix21.07.2022
ölçüsü1,8 Mb.
#62858
1   ...   145   146   147   148   149   150   151   152   ...   240
Əsəd-Rüstəmli 2021

müraciətə baxan subyektin rəhbəri, dövlət 
orqanında inzibati vəzifə tutan və hakimiyyət səlahiyyətləri olan şəxs, digər müraciətə baxan 
subyektlərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti 
işləyən və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər; 
3.0.9. şifahi müraciət – vətəndaşların fərdi və kollektiv qəbulu zamanı və ya müraciətə baxan subyektin 
nümayəndəsinin iştirakı ilə canlı yayımlanan teleradio proqramları zamanı, habelə telefon müraciət xidməti 
vasitəsilə edilən müraciət; 
3.0.10. telefon müraciət xidməti – müraciət edənin şifahi müraciətinin qəbulunu, texniki vasitələrin 
köməyi ilə qeydiyyatını və cavablandırılmasını həyata keçirmək üçün yaradılmış rabitə xidməti; 
3.0.11. yazılı müraciət – kağız üzərində və ya elektron formada tərtib edilmiş müraciət; 
3.0.12. elektron müraciət – müraciətə baxan subyektin və ya onun vəzifəli şəxsinin elektron ünvanına 
göndərilən və ya rəsmi internet saytı vasitəsilə daxil edilən müraciət; 
3.0.13. kollektiv müraciət – eyni məsələyə dair iki və daha çox şəxsin birgə müraciəti, yaxud ictimai 
iştirakçılığın həyata keçirilməsi ilə əlaqədar olan müraciətlər; 
3.0.14. təkrar müraciət – müraciətin bu Qanunla müəyyən edilmiş baxılması müddəti ötdükdə və ya 
həmin müraciət cavablandırıldıqda eyni şəxsin eyni məsələ ilə bağlı eyni müraciətə baxan subyektə və ya onun 
vəzifəli şəxsinə göndərdiyi növbəti müraciət; 
3.0.15. anonim müraciət – müraciətə baxan subyektə və ya onun vəzifəli şəxsinə vətəndaşın soyadı, adı, 
atasının adı, ünvanı, şəxsi və ya elektron imzası (hüquqi şəxslərə münasibətdə hüquqi şəxsin adı və hüquqi 
ünvanı, onun rəhbərinin imzası) olmadan yazılı formada göndərilən müraciət. 
M a d d ə 4. Vətəndaşların müraciətlərinə baxılmasının əsas prinsipləri 
4.0. Vətəndaşların müraciətlərinə baxılmasının əsas prinsipləri aşağıdakılardır: 
4.0.1. qanunçuluq; 
4.0.2. vətəndaşların müraciət hüququnun sərbəst və könüllü həyata keçirməsinə şərait yaradılması; 
4.0.3. müraciətlərə dair tələblərin vahidliyi; 
4.0.4. fiziki və hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin qorunması; 
4.0.5. müraciətlərə baxılmasında ayrı-seçkiliyə və süründürməçiliyə yol verilməməsi; 
4.0.6. müraciətə baxan subyektlərin və onların vəzifəli şəxslərinin fəaliyyətində şəffaflığın təmin 
edilməsi; 
4.0.7. vətəndaşların müraciət etmək hüququ ilə dövlət maraqlarının uzlaşdırılması. 
M a d d ə 5. Bu Qanunun tətbiq dairəsi 


81 
Esed_muellim_rustemli 
051-395-94-95 
5.1. Azərbaycan Respublikasının Konstitusiya qanunlarında, başqa qanunlarda, onların əsasında qəbul 
edilmiş digər normativ hüquqi aktlarda, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq 
müqavilələrdə başqa qayda nəzərdə tutulmayıbsa, bu Qanunun müddəaları vətəndaşların bütün müraciətlərinə 
şamil edilir. 
5.2. Bu Qanunun müddəaları vətəndaşların 

Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   ...   145   146   147   148   149   150   151   152   ...   240




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin