şəxsinin elektron ünvanına göndərilir və ya
onun rəsmi internet saytına daxil edilir . Müraciətə baxan subyektin rəsmi
internet saytına daxil edilən müraciətdə
vətəndaşın elektron və ya poçt ünvanı göstərilməlidir.
6.8.
Elektron sənəd formasında göndərilən müraciət elektron imza ilə təsdiq olunmalıdır. 6.9. Müraciətin mətni oxunaqlı olmalı, müraciətdə edilən təklif və ya tələb aydın ifadə edilməlidir.
Müraciətin
mətnində təhqir və böhtana yol verilməməlidir. M a d d ə 7. Vətəndaşların yazılı müraciətlərinin qəbulu, qeydiyyatı və onlara baxılması qaydası 7.1. Müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri bu Qanunla müəyyən edilmiş qaydada
verilən yazılı müraciətləri mütləq qəbul etməli, qeydiyyata almalı və onlara baxılmasını təmin etməlidirlər.
Bu Qanunun tələblərinə uyğun olaraq verilən müraciəti qəbul etməkdən imtina qadağandır.
7.2. Vətəndaşların müraciətləri ilə bağlı kargüzarlıq müvafiq icra hakimiyyəti orqanının
(Prezident) müəyyən etdiyi qaydada aparılır və
müraciətə baxan subyektin rəhbəri tərəfindən təmin edilir.
7.3. Müraciətə baxan subyektlərin müraciətlərin qəbul edilməsi və cavablandırılması işini habelə
elektron formada həyata keçirmək hüququ vardır.
7.4. Vətəndaşın müraciətinə onun
daxilolma tarixi və qeydiyyat nömrəsi qoyulur. Müraciət edən
şəxsin tələbi ilə ona müraciətin
qeydiyyat nömrəsi, tarixi və onun icraçısına dair məlumat bildirilir .
7.5. Müraciətdə göstərilən məsələyə baxıldıqda və bu barədə vətəndaşa (kollektiv müraciətlərdə -
müraciət edən şəxslərdən birinə) əsaslandırılmış cavab verildikdə müraciət baxılmış hesab olunur. Müraciətə
dövlət dilində cavab verilir.
7.6. Elektron müraciətlərə müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri tərəfindən müraciət
edənin göstərdiyi elektron ünvan vasitəsilə