məhkəmə icraatı və ya inzibati icraat çərçivəsində etdikləri
müraciətlərə şamil edilmir.
5.3. Hərbi qulluqçuların
xidmətlə əlaqədar bilavasitə rəislərinə və ya böyük rəislərinə müraciət etmə
və onlara baxılması qaydası Azərbaycan Respublikası Silahlı Qüvvələrinin
Daxili Xidmət Nizamnaməsi və İntizam Nizamnaməsi ilə tənzimlənir.
5.4.
Referendumun və seçkilərin bilavasitə təşkili və keçirilməsi ilə əlaqədar müraciətlərin edilməsi
və onlara baxılması qaydası Azərbaycan Respublikasının
Seçki Məcəlləsi ilə tənzimlənir.
5.5. Azərbaycan Respublikasının
İnsan hüquqları üzrə müvəkkilinə (ombudsmana) insan hüquqlarının
pozulmasına dair şikayətlərin verilməsi və bu şikayətlərə baxılması qaydası “Azərbaycan Respublikasının
İnsan hüquqları üzrə müvəkkili
(ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu ilə tənzimlənir.
5.6. İnformasiya əldə edilməsi üçün
sorğunun verilməsi və informasiya əldə edilməsi haqqında sorğuya baxılması qaydası
“İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə
tənzimlənir.
5.7. Məişət zorakılığı barədə şikayətdə
cinayət tərkibinin əlamətləri olmadıqda şikayətlərə baxılması
qaydası
“Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə
tənzimlənir.
5.8.
Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan ictimai əhəmiyyətli funksiyaları yerinə yetirən hüquqi şəxslərə, habelə normativ hüquqi aktlar və ya müqavilə əsasında təhsil, səhiyyə, mədəniyyət və sosial sahələrdə xidmət göstərən özəl hüquqi şəxslərə və fərdi sahibkarlara müraciət edilməsi və həmin müraciətlərə baxılması qaydası bu Qanunla tənzimlənir .
5.9. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa qayda nəzərdə
tutulmayıbsa, bu Qanunun müddəaları əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin və xarici hüquqi şəxslərin