təşkilatın adının (sənədin blankında əks etdirilir) və sənəd növünün adının
(məktublar istisna olmaqla), sənədin başlığının (mətni A5 (210x148) formatlı kağızda çap olunan sənədlər, teleqramlar və bildirişlər istisna olmaqla) göstərilməsi, sənədlərə ünvan yazılması, tarix və
nömrə qoyulması, mətnin razılaşdırılması haqqında qeydlər yazılması, sənədin rəsmiləşdirilməsi, habelə
sənədin hərəkəti və icrası haqqında qeydlərin yazılması zəruridir.
14. Bir qayda olaraq, sənədlərin mətnləri
iki hissədən ibarət olur. Birinci hissədə sənədin hazırlanması
üçün əsas götürülmüş faktların və hadisələrin təsviri verilir. İkinci hissədə nəticələr, təkliflər, qərarlar və
sərəncamlar ifadə olunur.
Sənədin yaranması üçün başqa sənəd əsas olduqda,
birinci hissədə bu sənədin hazırlanması üçün əsas götürülmüş sənəd növünün adı (adlıq halda), nömrəsi, tarixi və mətnin başlığı göstərilir .
İkinci hissənin mətni hərəkətlərin xarakterinə, icraçılara, müddətlərə görə və başqa meyarlar əsasında
ərəb rəqəmləri ilə nömrələnmiş
bəndlərə və yarımbəndlərə bölünə bilər .
Ayrı-ayrı hallarda sənədin mətni yalnız son hissədən (əmrdən, göstərişdən və s.) ibarət ola bilər.
15. Sənədlərin mətnləri, mətn hissələri və ya ayrı-ayrı cümlələri vahid şəklə salına bilər. Mətnlərin
vahid şəklə salınması tam oxşar və daim təkrarlanan məlumat sənədləri üçün dil trafaretlərinin işlənib
hazırlanmasından ibarətdir.
16. Sənədin başlığı vərəqin ortasında mətndən əvvəl yazılır.
Sənədlərin başlığı maksimum qısa, dəqiq olmalı və “nə haqqında” sualına cavab verməklə feli ismin
köməyi ilə ifadə edilməlidir (“... ciddi nöqsanlar haqqında”, “...tədbirləri haqqında”, “...yerinə yetirilməsi
haqqında”, “... işinin təşkil edilməsi haqqında” və s.).
17. Göndərilən
sənədlərdə (məktublarda, məlumat xarakterli arayışlarda, məlumat vərəqələrində)