kargüzarlıq xidməti həyata keçirir. Mərkəzləşdirilməmiş kargüzarlıq sistemində isə sənədlərin və qeydə alınması tələb olunmayan korrespondensiyanın qəbulunu, göndərilməsini, uçotunu, sənədlərin struktur bölmələrinə paylanmasını kargüzarlıq xidməti, sənədlərin qeydə alınmasını, rəsmiləşdirilməsini, işlərin formalaşdırılmasını isə struktur bölmələri həyata keçirirlər. 6. Təşkilatların və struktur bölmələrinin rəhbərləri dəyişdirildikdə, işlər və ya icrada olan sənədlər
akt üzrə qəbul edilir və təhvil verilir. Aktın
bir nüsxəsi kargüzarlıq xidmətində saxlanılır.
İşdən çıxarıldıqda və ya başqa işə keçirildikdə, icraçı onda olan işləri və sənədləri bu vəzifəyə yeni
təyin edilən və ya həmin vəzifəni müvəqqəti icra edən şəxsə
akt üzrə təhvil verməlidir .
Aktda bütün işlər və ayrı-ayrı sənədlər icra vəziyyəti göstərilməklə sadalanır. 2. Sənədlərin hazırlanması üçün ümumi tələblər 7. Təşkilatlarda sərəncam mahiyyətli sənədlərin (qərarlar, sərəncamlar, əmrlər) yaranmasının hüquqi
əsasları aşağıdakılardır:
7.1. qüvvədə olan normativ hüquqi aktların tələbləri; 7.2. yuxarı təşkilatların konkret tapşırıqları; 7.3. təşkilat tərəfindən onun üzərinə düşən vəzifələrin icra edilməsi üçün, səlahiyyətləri daxilində cari təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat fəaliyyətinin həyata keçirilməsi; 7.4. təşkilatın aparatının işini hüquqi baxımdan tənzimləmək zərurətinin yaranması. 8. Sənədlərin hazırlanması üçün “işlətmək üçün kağız formatları” -
9327 - 60 dövlətlərarası standart
üzrə A4 (210x297 mm) və A5 (210x148 mm) formatlı blank və kağızlardan istifadə edilir.
95
Esed_muellim_rustemli
051-395-94-95
9. Sənəd dövriyyəsi böyük olan təşkilatlarda ayrı-ayrı sənəd növləri üçün blanklar tətbiq edilir və
onların üzərində